Mərdəkan Mədəniyyət Sarayında Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ulu Öndər Heydər Əliyev irsi mənəvi sərvətimizdir” mövzusunda Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdlərinin hazırladıqları "Biz ev tikirik” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Əvvəlcə qonaqlar foyedə rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Yeni Azərbaycan Partiyasının Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov çıxış edərək şagirdlərə Heydər Əliyev irsi barədə dolğun məlumat veriblər.
Daha sonra Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdlərinin hazırladıqları Ümummilli Liderin anadan olmasının 100 illik yubileyinə həsr oıunmuş "Biz ev tikirik” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kompozisiyada Ümumilli Liderin və Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın kərpic-kərpic qurularaq müasir və güclü dövlətə çevrilməsi mahnı, şeir və rəqslərlə vahid süjet halında təqdim olunub.
Sonda gimnaziyanın direktoru Tural Mirzəliyev çıxış edərək iştirakçılara təşəkkür edib.






Digər xəbərlər
loading...