• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Azərbaycan və Bosniya və Herseqovina liderləri mətbuata bəyanatlarla çıxış etdi

17:28 13.04.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda mətbuata bəyanatlarla çıxış ediblər.

MilliYol.az xəbər verir ki, əvvəlcə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri bəyanatla çıxış etdi.

Sədr Jelka Tsviyanoviçin bəyanatı:

- Hər kəsə təşəkkür edirəm.

Bizim hörmətli qonağımız cənab Prezident İlham Əliyevi salamlayıram. Mən bir aydan bir az çox müddət öncə Bakıda oldum. Orada mənə cənab İlham Əliyev kimi dost tərəfindən isti, mehriban qonaqpərvərlik göstərildi. Orada mən cənab Prezidenti buraya dəvət etdim. Qısa bir zamanda cənab Prezident buraya səfər edib, Bosniya və Herseqovinanın dostu olduğunu sübut edib.

Biz qərara gəldik ki, bu gün artıq əməkdaşlığımızın yeni səhifəsini açaq və daha səmərəli əməkdaşlıq etməyə başlayaq. Bu fürsətdən istifadə edərək, cənab Prezident Əliyevə və ölkənizə 2014-cü ildə bizim ölkədə baş vermiş daşqın zamanı göstərilmiş yardıma görə minnətdarlığımı bildirirəm. Bizim xalqımız böyük çətinliklərlə üzləşmişdi və Azərbaycan o zaman bizim yanımızda oldu, daha sonra koronavirus və pandemiya dövründə də Azərbaycan bizə yardım göstərdi. Bütün bu müddət ərzində Azərbaycan bizim bir neçə şəhərimizdə mühüm lazımi infrastruktur layihələri həyata keçirdi. Banya Luka şəhərində tibbi mərkəz yaradıldı, Sarayevo şəhərində dostluq parkı salındı. Eyni zamanda, Sarayevoda tibb müəssisəsi təsis edildi. Ölkəmizdə hər hansı bir çətinlik baş verən vaxtda da Azərbaycan hər zaman bizim yanımızda olmuşdur. Bu gün bizim imzaladığımız Bəyannamə ilə biz strateji tərəfdaşa çevrilmişik. Bu Bəyannamə bizə imkan verəcək ki, daha sıx siyasi dialoq həyata keçirək, eyni zamanda, daha səmərəli iqtisadi əməkdaşlıq edək. Bunun sayəsində biz - işgüzar dairələr, dövlət qurumları həm iqtisadi mənfəət görəcəyik, eyni zamanda, təhlükəsizlik sahəsində də əməkdaşlıq başlanılacaq.

Çox şadıq ki, Azərbaycan artıq Bosniya və Herseqovinada səfirliyini açmışdır və mən məmnuniyyətlə qeyd edə bilərəm ki, biz də ölkəmizin Bakıda səfirliyini açmaq qərarına gəlmişik. Biz bunu həyata keçirəcəyik və bu məsələ ilə bağlı da cənab Prezidentə məlumat vermək istəyirəm ki, biz hər üç üzv yekdil qərar verdik ki, Bakıda səfirliyin açılması vacibdir. Bununla bağlı təlimatlarımızı artıq Xarici İşlər Nazirliyinə vermişik və əminəm ki, səfirliyimiz açılan kimi onun bəhrəsini görəcəyik.

Qeyd edim ki, Azərbaycan Bosniya və Herseqovinada bir çox işlər görüb, artıq biz indi praktiki əməkdaşlığa başlayırıq. Dünən biz Azərbaycanın iqtisadiyyat naziri və nümayəndə heyəti ilə görüş keçirdik. Bizim Nazirlər Şurasında və işgüzar dairələrdə görüşlər həyata keçirildi ki, biz hansı istiqamətdə əməkdaşlığımızı davam etdirə bilərik. Biz nəqliyyat, energetika, turizm və digər sahələrdə imkanları nəzərdən keçirdik. Hesab edirəm, bu, yaxşı fürsətdir ki, biz bununla bağlı nazirliklərimizə təlimat verək ki, konkret layihələrlə bağlı siyahı hazırlansın, maraqlarımız nədən ibarətdir, sərmayə harada tələb olunur. Biz bütün bunlarla bağlı təlimatlarımızı verəcəyik.

Azərbaycan bizim üçün çox mühüm ölkədir. Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli münasibətlərimiz də daha yüksək səviyyəyə qalxacaqdır. Çox şadam ki, biz bu məsələdə də inkişaf görürük.

Cənab Prezident, Sizi burada salamlamaq mənim üçün böyük şərəfdir. Sağ olun ki, mənim dəvətimi qəbul etdiniz. Şadam ki, bu gün biz bu fürsəti əldə etmişik. Burada da əzmimizi ifadə edirik ki, əməkdaşlığımızı davam etdirəcəyik.

Sizə təşəkkür edirəm.

X X X

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı:

- Hörmətli xanım Sədr, hörmətli cənab Komşiç, hörmətli cənab Beçiroviç.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, xanım Sədr, mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Siz qeyd etdiyiniz kimi, biz Sizinlə bir ay yarım bundan əvvəl Bakıda görüşmüşdük. Siz məni ölkənizə dəvət etmişdiniz və mən böyük məmnuniyyətlə bu dəvəti qəbul edib bu gün Sizin ölkənizdəyəm.

Bu gün biz geniş fikir mübadiləsi əsnasında Bosniya və Herseqovina-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı vahid mövqeyə gəlmişik. Yəni, bu əlaqələr bundan sonra yüksələn xətlə inkişaf edəcək.

Əlaqələrimizin tarixi də çox gözəldir. Xüsusilə siyasi müstəvidə aparılan məsləhətləşmələr və əlaqələr bizim münasibətlərimizi yüksək səviyyəyə qaldırmışdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi bütün məsələlərdə dəstəkləmişik və bu dəstək bu gün də hiss olunur. Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi.

Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq.

Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını dəstəkləmişdir.

Bu gün isə bizim münasibətlərimizin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, qeyd etdiyim kimi, yeni imkanlar açır. O cümlədən bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir.

Biz müntəzəm olaraq siyasi və diplomatik müstəvidə məsləhətləşmələr aparacağıq. Eyni zamanda, iqtisadi sahədə işlər daha məqsədyönlü şəkildə aparılacaq. Birgə komissiya, yəni, Birgə İqtisadi Komissiya haqqında qərar qəbul edilmişdir. Bu gün aparılan danışıqlar əsnasında, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması da razılaşdırılıb və qısa müddət ərzində bu istiqamətdə addımlar atılacaq.

Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək.

Əməkdaşlığın digər istiqamətləri ilə bağlı onu deyə bilərəm ki, ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir. Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzində öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq.

Eyni zamanda, energetika sahəsində çox geniş imkanlar vardır. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir.

Bununla bərabər, hidroenergetika, eyni zamanda, bərpaolunan digər enerji növləri üzrə birgə araşdırmalar aparılacaq. Əminəm ki, bu istiqamətdə də ciddi addımların atılması mümkün olacaq. Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur və əlbəttə ki, Bosniya və Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır.

Bununla paralel olaraq nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətləri geniş araşdırılmalıdır. Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib, onları başa çatdırıb, eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur. Ona görə Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı da hesab edirəm ki, bütün bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər.

Biz bu gün söhbət zamanı, həmçinin mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi apardıq, bizim təcrübəmizi bölüşdük. Hesab edirəm ki, bu istiqamətdə də birgə fəaliyyətin böyük önəmi ola bilər. Həm Bosniya və Herseqovina, həm Azərbaycan çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir. Burada da fikir mübadiləsi, təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.

Mən bir daha bu dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Bir məqamı da qeyd etməliyəm ki, 1972-ci ildə - hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanmışdır. O vaxtdan Sarayevo və Bakı qardaş şəhərlər sayılır. Əminəm ki, bu səfərdən sonra bizim qardaşlığımız daha möhkəm olacaq. Sağ olun.

 


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az