• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

“Sevimli Dad” saxtakarlığını etiraf etdi: Sosiskaya qatılan bu heyvanın əti haradan gətirilir?

12:01 12.04.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb. Ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında analiz edilib. Yoxlama nəticəsində 89 məhsuldan 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.

Ən qorxulusu isə bir neçə markaya məxsus kolbasa və sosiska məhsullarının üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. Bunlar “Köhnə Dad”-a məxsus yarımhisə verilmiş “Servelat” kolbasası, “Sevimli Dad”-ın “əla növ südlü sosiska”sı, “Səhliyalı”ya məxsus “Halal 5+”-in “Sacüstü” halal sosiskasıdır.

Pozuntu aşkar edilən məhsullardan biri - “Sevimli Dad” adı ilə “əla növ südlü sosiska” istehsal edən “M&T” Ltd firmasının menecment sisteminin rəhbəri və laborotoriya müdiri, Biologiya üzrə fəlsəfə doktoru Azadə Rzayeva FED.az-a şirkətin istehsalı olan məhsulda tapılan problemlə bağlı vəziyyəti izah edib.

Laboratoriya müdiri etiraf edib ki, doğrudan da sosiskanın üzərində tərkibində mal əti olduğu göstərilsə də, mal əti tapılmayıb, əvəzində onun tərkibində camış əti olub:

“Biz bununla bağlı AQTA-nin əməkdaşları ilə görüşmüşük. Ümumiyyətlə, yanlış anlaşılma olub. Markalanmada səhv olaraq “mal əti” yazılıb, amma resepturamızda “mal və ya camış əti” olaraq gedir. Problem bundadır. Əslində problem də sayılmaz, sadəcə məhsulun tərkibində mal və ya camış ətinin biri olmalıdır, fakt odur ki, tərkibində camış əti var”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İctimai Şuranın üzvü Eyyub Hüseynov Publika.az-a bildirib ki, məhsulun tərkibinə qatılan maddələrin markalanma zamanı qeyd olunmaması istehlakçıların hüququnun pozulmasıdır.

Onun sözlərinə görə, yerli istehsalçılar mal əvəzinə camış ətindən istifadə edirlər. Buna görə də, AQTA yoxlamalar zamanı kolbasaların tərkibində mal əti müəyyən edə bilməyib.

“İstehsalçı şirkət kolbasanın üzərində camış əti olduğunu mütləq qeyd etməlidir. Camış əti ölkəmizə Hindistandan gətirilir. Xəstə olmayan yaşlı camış ətinin kiloqramı çox ucuz qiymətə - 3-4 manata başa gəlir və ondan da kolbasa sexləri istifadə edir. Təəssüflər olsun ki, istehsalçı şirkətlər məhsulun markalanması zamanı camış ətindən istifadə oldunduğunu qeyd etmirlər. Camış iribuynuzlu heyvanlara aiddir, buna görə də mal əti hesab oluna bilər. İstehlakçı hüquqlarının pozulmaması nöqteyi-nəzərindən məhsulun üzərinə “camış əti” yazılsa, doğru olar. Onda AQTA bunu ciddi nöqsan kimi qiymətləndirməzdi. Lakin birmənalı şəkildə əhalinin camış əti ilə bağlı informasiyası azdır. Qeyd edim ki, camış əti inək ətindən daha sağlamdır. Çünki camışın saxlanılmasında baytarlıq müdaxiləsi çox az olur. Adıçəkilən şirkətlər AQTA-nın tələbinə uyğun olaraq məhsulun etiketini dəyişdirib üzərinə camış ətindən istifadə olunduğunu qeyd etsinlər. Kiloqramı 2 manata olan, eyni zamanda xaricdən idxal olunan kolbasa məhsulları da ciddi yoxlanılmalıdır”.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, camış ətinin kolbasaya əlavə olunması etiketdə göstərilməlidir, amma bunu etmirlər, standartlarda çox vaxt mal əti, dana əti göstərilir:

"Çünki dana əti keyfiyyət baxımından üstün hesab olunur. Bütün bunlar marketinq hiylələrindən biridir. AQTA tərkibində mal ətinə rast gəlinməyən kolbasa məhsullarının adını açıqladı. Şirkətin açıqlama verərək camış ətindən istifadə edildiyini bəyan etməsi şübhə doğurur. Kolbasada müəyyən yağ turşuları var, onun miqdarı çoxdursa, uzunqulaq ətindən istifadə olunması ehtimalı da çoxdur.

Camış əti xüsusiyyətlərinə görə mal ətinə çox yaxındır. Əgər məhsulda camış və mal əti də yoxdursa, şübhə yaranır ki, heyvan şümüyündən istifadə edilib. Çünki çox vaxt camış ətindən istifadə etmirlər, üyüdülmüş sümük və ya heyvanın çıxıntılarından, yararsız ətlərindən istifadə olunur.

Eyni zamanda tərkibinə rəngləndirici, dadlandırıcı, ömrünü uzatmaq üçün qoruyucu maddələr vururlar. Eyni zamanda, üzərinə nişasta əlavə olunduğu qeyd olunur, amma nə nişastası olduğu yazılmır. Maya dəyəri də ucuz başa gəldiyi üçün həmin kolbasa və sosiska məhsullarının qiyməti də çox ucuz olur. Həmin məhsulların kiloqramını 5-6 manata satılır. Halbuki o qiymətə yarım kilo ət almaq mümkün deyil. Güman ki, soyadan da istifadə olunur, amma çox vaxt bunu göstərmirlər. Ona görə də istehsalçı şirkətlər ətin növünü, hətta ədviyyatlara qədər bütün qatılan maddələri göstərməlidirlər”.

 


Etiket:

Digər xəbərlər

Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az