• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Generalın geri aldığı əmlaklar yenidən müsadirə oluna bilər - Şıxəliyevə gözlənilməz zərbə

13:25 28.02.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun apellyasiya şikayəti üzrə proses davam edir.

Qaynarinfo xəbər verir ki, sonuncu prosesdə ilk olaraq zərərçəkən Əhməd Mirzəyev çıxış edib. O, heç bir günahı olmadan həbsə alındığını bildirib:

"Heç bir qaçaqmalçılıqla məşğul olmadığım halda məni istintaqa cəlb etdilər. MTN-nə çağırdılar, birbaşa İstinaq Baş İdarəsinin rəisi olan Mövlam Şixəliyevin otağına apardılar. Məndən 500 min manat pul istədi. Əks halda ən azından qaçaqmalçılıqla 8 il azadlıqdan məhrum olunacağımı bildirdi. 1 aya yaxın məni qanunsuz olaraq həbsdə saxladılar. Şirkətimə Çingiz Əsədullayevin bankından 300 min dollarlıq kredit xətti açdılar. Ümumilikdə 400 min dollar pul alıblar. Bundan sonra 15 aprel 2010-cu il tarixdə Təhsin Ağayev məni otağına gətizdirdi, “pul çatıb, səni azad edəcəyik” dedi. Təhsin Ağayev də məndən 10 min manat alıb qaçdı. Bu gün məhkəmələrə gəlmir. Pulu aldıqları gün məni azadlığa buraxdılar. Amma bundan sonra da Mövlam Şıxəliyev məndən əl çəkmədi. Hər dəfə bir sifariş göndərirdi.

2010-2015-ci illər ərzində santexnka malları satılan mağazamdan müntəzəm olaraq öz malikanələri, obyektləri üçün pulsuz kafel-metlax və santexnika avadanlıqları daşıtdırdı. Payçısı olduğum Gədəbəy Mineral Suları zavodundan pulsuz 5 il ərzində “Slavyanka” suları ilə öz evlərini və obyektlərini təmin edirdi. Qızıldan “Vertu” telefonu və “Stefano Ricci” mağazasından ad gününə kostyum almaq adı altında məndən 25 min dollar qopardı”.

Zərərçəkən Müsənnif Salahov da məhkəməyə verdiyi apellyasiya şikayətini müdafiə edib:

“Mövlam Şıxəliyevə verilmiş cəzanın ağırlaşdırılmasını tələb edirəm. 2012-ci ilin martında “Texnikabank işi” üzrə MTN-də aparılan araşdırıma ilə bağlı MTN-nə dəvət olunmuşam. O zaman bankın Sumqayıt filialının rəhbəri idim. Martın 27-də ümumi suallar verib izahat aldılar. Vüsal Ələkbərov məni apardı Mövlam Şıxəliyevin müavini Təhsin Ağayevin yanına. Orada məndən 3 milyon pul istənildi. Həmin gün evə qayıtdım və səhərisi gündən təzyiqlər başladı. Zəngləri Təhsin Ağayev edirdi. Vüsal Ələkbərov deyirdi ki, pulu gətir, gətirməsən, sən də Etibarın(“Texnikabank” rəhbəri) yanına gedəcəksən. Dedim ki, məndə o pul yoxdur. Uzun-uzadı tələblər oldu, pulu verə bilmədim. Bir dəfə 200 min gətirib verdim. 1 həftə sonra qaytarıb verdilər ki, bəs biz ciddi adamlarıq, bu iş 200 minlə düzələn deyil. Dedilər ki, Mövlam Şıxəliyev yoxdur, qızı xəstədir, onunla bərabər Türkiyədədir. Sağ olsun, gələndən sonra çox xahiş-minnətdən sonra 600 min manatın üzərində dayandı. 500 minini aparıb verdim. 1 həftə vaxt verdi ki, 100 mini də verim. Gətirib o pulu da verdim. Ona görə də bu gün şikayətimi müdafiə edirəm, dəymiş zərərin ödənməsini istəyirəm".

Digər zərərçəkənlər də Mövlam Şıxəliyevin ünvanına ittihamlar səsləndirərək, onun cəzasının ağırlaşdırılmasını xahiş edib.

Bundan sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov çıxış edib. Vəkil bildirib ki, müvəkkilinin əməlində cinayət sıfıra bərabərdir. Vəkil bildirib ki, Mövlam Şıxəliyevə məxsus olan və üzərinə həbs qoyulan əmlakların 90 faizini o, MTN İstintaq Baş İdarəsinin rəisi olmazdan əvvəl əldə edib. Vərəsəlik şəkilində onun alə üzvlərinə keçən pay torpağı müsadirə olunub.

Vəkil bildirib ki, Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyeva bacısı oğlu Ağabala Şıxıyevlə birlikdə mebel biznesi ilə məşğul olublar. Biznesdə Aybəniz Şıxəliyevanın oğlu Elgün Şıxəliyev də iştirak edib. Vəkil Səbail rayonu ərazisində Aybəniz Şıxəliyevanın mebel biznesindən əldə etdiyi gəlirlər hesabına əmlaklar aldığını diqqətə çatdırıb. Bildirib ki, həmin əmlakların 2-də bir hissəsi müsadirəyə götürülüb. Halbuki həmin dövrə aid Mövlam Şıxəliyevin əməlində hər hansı bir ittiham yoxdur.

Daha sonra sonra hakim çıxış üçün sözü dövlət ittihamçısına verib. O, Bakı Hərbi Məhkəməsinin Mövlam Şıxəliyev və digər 3 şəxs barəsində çıxardığı hökmün cəza hissəsi ilə razı olduğunu deyib. Dövlət ittihamçısının narazı qaldığı hissə isə müsadirəyə götürülən əmlaklarla bağlıdır.
Belə ki, Bakı Hərbi Məhkəməsi istintaq dövründə üzərinə həbs qoyulan əmlakların yarısına qədərini Mövlam Şıxəliyevə qaytarıb. Dövlət ittihamçısı isə bildirib ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunub və geri qaytarıla bilməzdi. Ona görə də məhkəmədən xahiş edib ki, xüsusi müsadirədən çıxarılan həmin əmlaklar tam olaraq müsadirəyə götürülsün.

Dövlət ittihamçısının çıxışından sonra proses martın 6-na qədər təxirə salınıb.


Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az