• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Heydər Əliyev Fondu 165 min ailəni sevindirib - FOTOLAR

20:17 23.12.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Heydər Əliyev Fondu tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Heydər Əliyev Fondunun müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 23-dən etibarən respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə çatdırılmağa başlanılıb. Layihə çərçivəsində 165 mindən çox aztəminatlı ailəyə Heydər Əliyev Fondunun bayram sovqatları paylanılacaq.

Heydər Əliyev Fondu tərəfindən başlanılan aksiya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə həyata keçirilir. Fond, eyni zamanda, digər təşkilat və şirkətləri də bu layihəyə qoşulmağa çağırır. Respublika üzrə reallaşan bu genişmiqyaslı layihədə iştirak etmək istəyən qurumlar Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əlaqə saxlaya bilərlər (tel: 012 505 0 150).

Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının 12 rayonunda - Binəqədi, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər, Yasamal rayonlarında, Gəncə şəhəri və respublikanın digər bölgələrində kimsəsiz, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil olunacaq, hədiyyələr veriləcək.

İlk belə bayram süfrəsi dekabrın 23-də Qaradağ rayonunda təşkil olunub və 500-dək şəxsi əhatə edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən tədbirin iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. O, hər il Heydər Əliyev Fondu tərəfindən rayonda təşkil olunan belə tədbirlərin əhalinin sosial müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.

Fondun təşəbbüsü ilə rayonda bir sıra sosial obyektlərin tikildiyini və ya əsaslı təmir olunduğunu diqqətə çatdıran Süleyman Mikayılov bütün bunların Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin tərkib hissəsi olduğunu qeyd edib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxışında bildirib ki, Fondun müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 23-dən etibarən respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə çatdırılmağa başlanılıb. Layihənin Heydər Əliyev Fondu və Fondun təsis etdiyi Regional İnkişaf İctimai Birliyi ilə birgə həyata keçirildiyini deyən Anar Ələkbərov aksiyaya Dövlət Neft Şirkəti tərəfindən dəstək göstərildiyini diqqətə çatdırıb və digər təşkilatların da layihəyə dəstək verərək qoşulacağına ümid etdiyini deyib.

Anar Ələkbərov tədbir iştirakçılarına Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb.

Qeyd olunub ki, 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına yönəlik dövlət proqramlarına dəstək verərək müxtəlif layihələr həyata keçirir. Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlik layihələr Fondun daim diqqət mərkəzindədir. Bu baxımdan Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Fond, həmçinin hər il orta məktəblərdə təhsildə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün Yeni il və Novruz şənlikləri keçirir, Qurban və Ramazan bayramlarında, eləcə də digər əlamətdar günlərdə uşaq evləri, internat məktəbləri, qocalar evi və aztəminatlı ailələrə bayram hədiyyələri göndərir, konsert proqramları və əyləncəli tədbirlər təşkil edir. Həyata keçirilən bütün bu layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır.

Bildirilib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində keçirilən növbəti genişmiqyaslı layihə Heydər Əliyev Fondu tərəfindən vətəndaşlarımıza bir bayram hədiyyəsi olmaqla yanaşı, həm də ailələri bayram süfrəsi arxasında həmrəy olmağa səsləyən rəmzi məna daşıyır.

Qaradağ ictimaiyyəti adından rayon ağsaqqalı Allahverdi Məmmədov çıxış edərək Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi irimiqyaslı layihələrdən danışıb. O, Fondun Qaradağ rayonunda da çoxlu layihələr reallaşdırdığını, xüsusilə kimsəsiz uşaqlara və qocalara hər zaman qayğı göstərdiyini, eləcə də təhsil və səhiyyə ocaqlarının tikintisini həyata keçirdiyini deyib. Rayon ağsaqqalı bugünkü tədbirlə də aztəminatlı ailələrə sevinc bəxş etdiyinə görə Fondun rəhbərliyinə minnətdarlığını çatdırıb.

Qaradağdakı rus icması adından çıxış edən Lyubov Ryabtskova multikultural və tolerant mühitin hökm sürdüyü Azərbaycanda yaşamasından məmnunluğunu ifadə edib. Respublikamızın hər yerində olduğu kimi, Qaradağda da bütün millətlərin və dinlərin nümayəndələrinin dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayan Lyubov Ryabtskova onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib. Aztəminatlı ailələrə Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az