• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

73 yaşlı alim-məmur AMEA-nı canlandıra biləcəkmi?

09:59 27.10.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Akademik İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib. 1949-cu ildə dünyaya gələn İsa Həbibbəyli ictimaiyyətə tanış adamdır. Onun PA-nın və akademiyanın sabiq rəhbəri Ramiz Mehdiyevə yaxın şəxslərdən biri olduğu haqda iddialar da var. Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.

Nə Ramiz Mehdiyevin dövründə, nə Arif Həşimovun zamanında AMEA-nın fəaliyyətində hər hansı bir dönüş, canlanma olmadı. Onu da qeyd edək ki, bir müddət öncə AMEA-nın bir sıra strukturları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda Akademiyada strukturların da yenilənməsinə, birləşməsinə ehtiyac var. AMEA-nın hətta formal bir təşkilat kimi qaldığını söyləyənlər də var.

İsa Həbibbəyli akademiyanın mövcud funksiyaları ilə onu canlandıra biləcəkmi? Gözləntilər nədir? İsa Həbibbəylinin AMEA rəhbəri olması sosial və normal mediada da ciddi müzakirələrə səbəb olub. Araşdırmaçı jurnalist, “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev hesab edir ki, bu təyinat AMEA-nı daha da batıracaq. Məsuliyyətli bir dövrdə AMEA-nın prezidenti kimi bir vəzifəyə göstərdiyi yüksək etimada görə dövlətimizin başçısına minnətdaram.

Qeyd edək ki, İsa Həbibbəyli jurnalistlərə açıqlamasında qarşıda duran bır sıra vəzifələrdən danışıb: “Qarşımızda AMEA-nın nüfuzunu bərpa etmək, onun yenidən təşkilatlanmasını həyata keçirmək və AMEA-nın dünya elminə inteqrasiyasını həyata keçirmək kimi mühüm vəzifələr durur. Çalışacağıq ki, dövlətimizin dəstəyi ilə Azərbaycan elmini, elm və təhsil sahəsində inteqrasiyanı inkişaf etdirək, dünya elminin nailiyyətlərini ölkəmizə gətirək və dünya elminə ölkəmizin töhfə verməsini təmin edək”, - deyə akademik İsa Həbibbəyli bildirib.

BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “İsa Həbibbəylinin prezident seçilməsinin birmənalı qarşılanmamasına çox təbii baxıram. Çünki o özü də birmənalı adam deyil. Akademiya rəhbərliyində adətən tanınmış, görkəmli, elm sahəsində ciddi uğurları olan, daha dəqiq elmləri təmsil edən insanlar olur. İndi birdən-birə onun seçilməsi, əlbəttə, müəyyən bir reaksiya doğurur. Əlbəttə, Akademiya rəhbərinin kimin adamının olması, keçmişdə kim olması və sairə müzakirə mövzusu deyil. Çünki biz yaşadığımız sistemdə bunlar təbii ola bilər. Amma onun elmi uğurları, keyfiyyətləri, bacarığı, indiyə qədər qazandığı nailiyyətlər müzakirə olunmalıdır. Mən hesab edirəm ki, akademiyanın indiki durumu çox qeyri-müəyyəndir. Orada da İsa Həbibbəylinin nə isə yaradacağına əmin deyiləm. Elə sahələr var ki, ora kül üfürmək olur, ictimaiyyəti aldatmaq olur, yalançı mesajlar vermək olur, işləmək görüntüsü yaratmaq olur. Amma elm sahəsi konkret özünüifadə meydanıdır, ona görə gərək öz elmi təfəkkürünü, düşüncəni göstərə biləsən. Bu olmayanda, insanlar başlayır üçüncü, dördüncü dərəcəli işlərlə məşğul olmağa, cürbəcür sərgilər keçirirlər, şeirlər yazırlar, nağıllar danışırlar. Bununla da ictimaiyyəti aldatmağa çalışırlar. Akademiyanın yeni rəhbəri heç bir cəhəti ilə fərqlənməyən adamdır. Uzun müddət vitse-prezident olub, bəlkə də onun kiçik elmi təhqiqat institutunda lokal təşkilatçılığı mövcuddur. Amma akademiya prezidenti böyük fəaliyyət meydanıdır. Açığı, İsa Həbibbəylinin orada böyük fəaliyyət göstərəcəyinə ciddi şübhəm var”.

Akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov da mediaya açıqlamasında yeni prezidentin müsbət dəyişikliklərə təkan verəcəyinə inanmadığını deyib: "Hazırkı tərkiblə akademiyanın inkişafı ilə bağlı hər hansı bir möcüzənin olacağına qətiyyən inanmıram. Neçə ildir bu istiqamətdə mübarizə aparıram, sözümü deyirəm, təkliflər verirəm. Amma yenə də orada hər hansı müsbət hərəkətlilik yoxdursa, bundan sonra da olacağına inanmıram. İsa Həbibbəylinin AMEA prezidenti seçilməsi heç bir müsbət dəyişikliklə nəticələnməyəcək. O seçilərsə, elmi tədqiqatlar üçün iş şəraiti yaradacaq, plagiatizmə qarşı mübarizə aparacaqmı? Həmçinin elmi tədqiqatların keyfiyyəti ilə maraqlana biləcəkmi?! Sadaladığım bütün istiqamətlərdə müsbət addımların atılması vacibdir. Sadəcə, formal olaraq seçilmək və fəaliyyət göstərmək kifayət deyil. Akademiyanın inkişafa meylli, öz səhvlərini etiraf etməyi bacaran rəhbərə ehtiyac var. AMEA-da köklü dəyişiklikliyə ehtiyac var, tərkib tamamilə yenilənməlidir. İlk olaraq akademiyada ciddi şəkildə yoxlamalar aparılmalıdır. Məsələn, 600-700 manat əmək haqqı alan alim hansı yolla villalara sahib olmağı bacarıb? Bu kimi hallar araşdırılmalıdır. Elm təmizliyi, saflığı sevir. Əgər orada dürüstlük, səmimiyyət yoxdursa, necə müsbət dəyişiklikdən, inkişafdan söhbət gedə bilər? Mən AMEA-nın hazırkı fəaliyyətini “akademşəbəkə” adlandırıram, orada olanlar elmə deyil, kimlərinsə maraqlarına xidmətdir. Faktları təqdim edib, mənfilikləri göz önünə gətirdiyimiz zaman İsa Həbibbəyli niyə reaksiya vermirdi? Oradakılar həqiqəti qəbul etmək istəmirdilər, bütün doğruları, faktları böhtan adlandırırdılar. Məsələn, Vladimir Lenin "Oxumaq, oxumaq, yenə də oxumaq" deyib. İsa Həbibbəyli də baş redaktor olaraq cümlədən öz işində istifadə edib, amma heç bir istinad verməyib. Axı bu düzgün deyil, heç bir reaksiya da bildirilmir. Bu səbəblə akademiyanın müsbət gələcəyinə ümidim yoxdur".


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az