• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Millət vəkili Türkiyədə əməliyyat olundu (FOTO)

10:39 24.10.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Türkiyədə əməliyyat olunub

MilliYol.Az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Bu, bir tale işidir... Uşaqlıqdan bəri, ömrümün ən çətin anlarında, yolun bitdiyini, ipin qırıldığını düşündüyüm, ümidimi itirdiyim vaxtda gözlənilmədən önümdə bir yol açılıb, bir güclü əl qoluma girib... Bir dost məsləhəti, ağsaqqal öyüdü, tanımadığım bir adamın təmənnasız köməyi, qəfil bir sevgi dalğası xilaskarıma çerilib, məni vurub burulğandan çıxarıb. Görünür, həyatımızın və insan münasibətlərinin ən dəyərli süjetləri bunlardır; lakin biz bunlara xırda məsələlər kimi baxır və başqa mövzular axtarırıq.

Bu dəfə də həmin "ənənə" pozulmadı; xəstəlik məni İstanbulda tanınmış cərrah, Prof.Dr Vafi Atalayla tanışdırdı. Türkiyədə həkim dostlarımız çoxdur; bu yeni ünvanı köhnə dostum, görkəmli alimimiz Firudin Agasıoğlunun hörmətli həyat yoldaşı Fəridə xanım və oğlu Tenğiz həkim seçmişdilər və buna görə onlara ürəkdən minnətdaram...

Evdə həkimə ehtiyacımız olanda, adətən qızım Nərgiz, qardaşım qızı Aygün və Tengiz yada düşür. Lakin bu dəfə məsələ ciddiləşmişdi və ayağımda başlanan "xırda ağrı" məni İstanbulun Con Hopkins xəstəxanasına gətirmişdi. Prof. Dr. Vafi Atalayla ilk söhbət zamanı bu seçimin də bir tale işi olduğunu anladım. Onun təhlili və apardığı yoxlamaların nəticələri dərin bir uçurumun kənarına gəldiyimi göstərir, eyni zamanda ümid verirdi ki, hər şey yaxşı olacaq.

Lakin Vafi bəyin sakit, özünəgüvənlə danışığı işin texniki və icra tərəfinə bağlı idi.

Bir də məsələnin xəstənin gücü və psixologiyası ilə bağlı tərəfi vardı ki, onu insanın özündən başqa heç kim hesablaya bilməz. Bu duyğunu ilk dəfə yaşayırdım. Fikrimdən tez-tez belə bir sual keçirdi: "həkim üçün bu, birinci iş deyil, peşəkardır, əməliyyatı uğurla başa vuracağını bilir, ancaq mənim ürəyim necə, bu mürəkkəb və uzun prosesə dözəcəkmi?" Gecə boyu baş verə biləcək variantları, o cümlədən ürəyimin qəfildən dayana biləcəyini və mənimlə gəlmiş ailə üzvlərimin vəziyyətini düşünürdüm. Boşuna itirdiyim vaxtlar və görməli oldiğum işlər haqqında fikirlər beynimdə burulğana dönmüşdü. Səhərə yaxın üzümə su vuranda, zəif işıqlanmış güzgüdə özümü görəndə birdən-birə bu sıxıntıya son qoyuldu. Gün ərzində neçə güzgünün önündən keçsək də orda özümüzlə göz-gözə dayandığımız anlar az olur. Amma bu səhər güzgüdəki arıqlamış, yorğun adamla göz-gözə dayanmışdıq və agrıdan böyüyüb parlaqlığı artmış gözlərdə qəribə bir arxayınçılıq görürdüm.. Onlar mənə deyirdi, "qorxma, dözəcəksən, Tənzilə xanım düz deyir, sən köhnə torpaqsan, bundan qat-qat ağır yüklər daşımış ürəyin bu sınaqdan da keçəcək..."

Birdən-birə ovqatım yaxşılaşdı. Məni təkərli çarpayıda əməliyyata yola salan ailə üzvlərimin, İstanbulda yaşayan dostlarımızın kefini açmaq üçün Əziz Nesinin bir gülməli hekayəsini danışırdım. Qapılar açılıb-örtüldü, hekayə yarımçıq qaldı, bir də 7 saat sonra onlar narkozdan ayılmağıma yardım üçün, zarafatla əhvalatın nə ilə bitdiyini soruşanda mən heç nə olmayıbmış kimi hekayəni davam etdirmişdim...

Sonra Vafi bəy gəldi. İstirahətdən qayıdan adam kimi, dinc və sakit... "Durum gözlədiyimizdən mürəkkəbdi, lakin rahatsız olma, təklükə sovuşdu, vaxtında gəlmisiz... Sonra əlavə etdi ki, belə xəstələri reanımasiyada bir neçə gün saxlayırıq, lakin səni bir neçə saat sonra öz odana aparacaqlar!"...

Prof. Dr. Atalayın işi başından aşır. Görürəm. Həkimlərin məsləhət saatları, yeni xəstələr, əməliyyatlar, Universitetdə oxuduğu mühazırələr... Buna baxmayaraq, gündə bir neçə dəfə, imkan tapıb mənə də baş çəkir. Və onun müalicəmlə bağlı hər dəfə verdiyi məsləhətlər, gündəlik təhlillər əsasında gəldiyi nəticələr, pozitivliyi və nəhayət, mənim gücümə inamı halımı gündən-günə yaxşılaşdırır. Sonradan bəlli oldu ki, xəstəxanada çalışan azərbaycanlı həkim və texniki işçilər bizdən xəbərsiz məni Vafi bəyə tanıtdırıblar. Özü də sosial mediada fəaldır, maraqlanıb. Mən bu yazını yazıb xəstəliyimi bildirmək istəməzdim. Lakin o, artıq bu xəbəri və şəklimizi paylaşıb.

Aramızda səmimi bir münasibət yaranıb. Vafi bəy Fələstin kökənlidir. Lakin 43 illik ömrünün 25 ilini Türkiyədə keçirib. Arada Azərbaycana da gəlib. İmkan düşəndə öz doğulduğu yerlər, Fələstin xalqının yaşadığı faciələr barədə düşüncələrini bölüşür. Böyük Fələstin şairi Mahmud Dərvişlə qiyabi tanışlığım, onun "Beyrut" poemasını Azərbaycan türkcəsinə çevirməyim, ona "Didərginlər" adlı ayrıca bir poema həsr etməyim söhbətlərimizə yeni bir rəng qatır.
"O, bizim Milli himnimizin müəllifidir"- deyir.

"Con Hopkins" xəstəxanası Türkiyənin ən yaxşı sağlıq mərkəzlərindən biridir. Həkimlərindən başlamış həmşirələrə qədər bütün heyət diqqətlə seçilmiş peşəkarlardır. Başda Prof.Dr Vafi Atalay olmaqla onların hamısına, biri-birindən mehriban həmşirələrə və nəhayət, on gün başımım üstündən çəkilməyən fədakar ailə üzvlərimə, İstanbullu yaxınlarımıza təşəkkür və minnətdarlığımı bildirirəm", deyə Sabiq Rüstəmxanlı bildirib.


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az