• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Camaat saatlarla gözləyir, “BakuBus”ın qarajında 500 avtobus çürüyür (FOTOLAR)

09:56 23.09.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Son günlər-xüsusilə sentyabrın 15-dən bəri Bakıda nəqliyyatın hərəkəti yenidən iflic vəziyyətə düşüb. Yay aylarından sonra paytaxta axışan vətəndaşlar saatlarla qalacaqları tıxacdan əvvəl 30-40 dəqiqə də dayanacaqlarda gözləyirlər. Sərnişinlər pik saatlarda marşrut avtobuslarının hərəkət intervalının azalacağını gözləsələr də, əksi olub. 

Bununla bağlı sərnişinlər sosial şəbəkələrdə yazmaqla bərabər, saytımıza da xeyli müraciət daxil olub. Vətəndaşlar bildirir ki, artıq tədris ilinin, dərslərin başlamasından 1 həftə keçməsinə baxmayaraq, avtobusların sayı artmaq əvəzinə günbəgün azalır.

Maraqlıdır ki, bu azalma, sərnişin sıxlığı ən çox dövlətin balansında olan “Bakubus MMC”nin istismarındakı marşrut xətlərində özünü göstərir. Sərnişinlər əvvəllər “Bakubus” avtobuslarını 10-15 dəqiqə gözləmək məburiyyətində qalırdısa, hazırda bəzi xətlərdə interval yarım saatı keçir. Bunlara 1, 13 kimi ən çox istifadə edilən marşrutları, eyni zamanda Bakı kəndlərindən şəhərə sərnişin daşımalı olan avtobusları aid etmək olar. Belə ki, sərnişinlər adıçəkilən avtobusları uzun növbələrlə gözləyir. Əsas məsələ isə avtobus gələndən sonra başlayır. Marşruta minmək üstündə sübh tezdən başlanan mübarizə sakinlərin narazılığı, sürücünün hövsələdən çıxması ilə nəticələnir. Arxa qapılardan minənlər kim, əli-ayağı bağlanmayan qapıların arasında qalanlar kim...

Vətəndaşlar şikayət üçün zəng etdikləri 141 qısa nömrəsindən də tutarlı bir cavab ala bilmədiklərini deyirlər. “Sizi gələcəyə aparır” adlı sloqanla açılan, amma işləməyən bakubus.az saytına isə ümumiyyətlə daxil olmaq mümkün deyil. 

Adətən aidiyyəti qurumlar yollardakı vəziyyətin bu həddə çatmasını minik maşınlarının artması ilə əlaqələndirir, insanlara ictimai nəqliyyata üstünlük verməsini tövsiyə edirlər. Amma şəhərdə avtomobillərin sayının artmasına səbəb həm də avtobusların işinin düzgün təşkil edilməməsidir, marşruta minməkdə çətinlik çəkənlər, iş, mənzil başına avtobusla vaxtında, salamat çata bilməyənlər maşın almağa məcbur olublar...

Sürücülər özləri də bu vəziyyətdən yorulub. Məsələn, Maştağa qəsəbəsindən şəhərin mərkəzinə və geriyə hərəkət edən M8 saylı marşrut xəttinin sürücüsü deyir ki, son günlərədək bu istiqamətdə 10 avtobus işləyirdisə, indi bu say 8-9-a endirilib. O bildirir ki, “Bakubus”ın istismarında olan marşrut xətlərində avtobusların sayı hər gün daha da azaldılır, interval çoxaldılır. 

Bəs marşrut sayının artırılmağı şərt olduğu bir vaxtda, “Bakubus”ın avtobusların sayını azaldıb vətəndaşları narazı salmaqda məqsədi nədir?

Apardığımız qısa araşdırma zamanı məlum oldu ki, hər gün “Bakubus”a məxsus olan “Koroğlu”da, Zığda və Buzovnada yerləşən qarajlarda 500-ə yaxın  avtobus saxlanılır. Belə ki, gündüz saatlarında Zığdakı qarajda 300 ədəddən artıq avtobusun saxlanılmasını vizual olaraq müşahidə etmək mümkündür. “Bakubus”un Buzovna qəsəbəsində yerləşən qarajında isə 120-130 ədəd yeni və müasir avtobus “yatır”. Söhbətləşdiyimiz sürücülər bildirirlər ki, Buzovnada saxlanılan avtobusların əksəriyyəti Bakıda, ümumiyyətlə, sürülməyib və onların niyə qarajda çürüdülməsi müəmmalıdır. “Bakubus”un Koroğludakı ən müasir qarajında isə gündüz saatlarında 50-dək avtobusun istifadəsiz qaldığını görmək mümkündür.


Halbuki hər gün Bakıda yüzminlərlə insan ictimai nəqliyyatı gözləyir və bu sahədəki bərbad idarəetmə səbəbindən stres keçirir, vaxt itirir, ümumiyyətlə isə nəqliyyat şəraitinin günbəgün daha da pisləşməsi insanların həyat keyfiyyətinin aşağı düşməsinə, hava və səs kirliliyinin yüksəlməsinə səbəb olur.

Bu ilin aprel ayında Hesablama Palatasının “BakuBus” MMC-də apardığı yoxlamaların nəticələri də bunu təsdiqləyir. Hesabata əsasən, şirkətin balansında olan 303 ədəd “İveco” markalı sərnişin avtobusundan 198 ədədinin istismarı dayandırılıb. Səbəb isə avtobusların təmir edilməməsidir. Yəni "Bakubus" sıradan və cari təmiri həyata keçirmək əvəzinə 198 avtobusun 80-dən istifadəyə yararlı müxtəlif ehtiyat hissələrini söküb, digərlərinə quraşdırıb.

Hesablama Palatası 01.01.2019-cu il tarixindən 01.01.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı ortaya bəzi məqamlar da çıxıb. Bəlli olub ki, 80 milyon manat dövlət vəsaiti hesabına alınan avtobusların 25 faizi ümumiyyətlə xəttə buraxılmayıb. Belə ki, şirkət xəttə buraxılmayan avtobusları ehtiyat hissəsi kimi saxlayıb.

"Bakubus"ın Zığ qəsəbəsindəki əsas qarajı

"Bakubus"ın yeni avtobuslarının saxlanıldığı Buzovna qarajı

"Bakubus"ın xəttə buraxılan avtobuslarının saxlanıldığı "Koroğlu" qarajı

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Mais Ağayev sualı belə cavablandırıb: “Hazırda yollarda nəqliyyat sıxlığı var və bu da avtobusların hərəkətinə təsir edir. Adətən gecikmələr günün pik saatlarında olurdusa, hazırda günün qeyri-pik saatlarında da biz marşrutların gecikməsini müşahidə edirik. Gecikmələr hətta 15 dəqiqədən çox olur. Həm nəqliyyat sıxlıqlarının, tıxaclarının, həm də ictimai nəqliyyatın fəaliyyətinin səmərəliliyinin təmin olunması üçün yeganə həll yolu şəhər modelli prinsiplərdən çıxış edərək bu prinsiplərdən irəli gələn tədbirlərin tədricən mərhələli şəkildə görülməsidir. Bu çərçivədə ilk olaraq və şəhərimiz üçün görülməsi zəruri olan məsələ avtobus zolaqlarının əhatə dairəsinin genişləndirilməsi, avtobus zolaqlarının şəbəkə halına gətirilməsi və bir də digər nəqliyyat vaistələrinin sürücülərinin avtobus zolağı tələbinə ciddi riayət etməsidir. Yalnız bu halda biz ictimai nəqliyyatın fəaliyyətində səmərəliliyi əldə edə bilərik”.

M.Ağayev düşünür ki, ictimai nəqliyyatda stabilləşmə olarsa, bu, artıq onun cəlbediciliyini də artırar: “İctimai nəqliyyatın cəlbediciliyinin artırılması artıq tədricən şəhər əhalisinin şəhərdaxili səyahətlərini avtobuslarla həyata keçirməsinə sövq edəcək. Onlar artıq ciddi zərurət olduğu halda minik avtomobilləri ilə səyahətlərini edəcəklər. İnsanların minik avtomobillərindən imtina edib avtobuslara yönəlməsi tıxac probleminin həll olunmasına gətirib çıxarar. Ona görə də bütün bu problemlər nə qədər mürəkkəb olsa da, həlli əslində çox sadədir. Bircə avtobus zolaqları təşkil etmək və onları şəbəkə halına gətirməklə problem həll ola bilər. Hazrda BNA-da bu istiqamətdə ciddi iş aparır. Amma hazırki vəziyyətdə əlavə avtobusların xəttə buraxılması məsələnin həlli deyil”.

Mənbə: Qafqazinfo.az


Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az