• Xəbər lentİ
Fləş

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Gələcəyə işıq salan seçki

17:05 02.09.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Moskvada ciddi təqiblər, nəzarət altında yaşayan fərdi pensiyaçı H. Əliyev 1990-cı ilin iyul ayında Vətənə - Azərbaycana - Naxçıvana qayıtdı. Heydər Əliyev Moskvada M. Qorbaçovun, onun ermənipərəst ətrafının təqib və təzyiqləri altında, böyük çətinliklə 1990-cı il iyulun 20-də Bakıya yola düşdü. Azərbaycan hakimiyyəti onun respublikaya dönüşündən ciddi təşvişə düşdü və ona qarşı müxtəlif təxribatçı hərəkətlərə rəvac verdi. Siyasi hakimiyyətin təzyiq və təxribatları altında, iki gün sonra o, anadan olduğu Naxçıvana yollandı.

1990-cı ildən onun Naxçıvanda yaşaması, əhali ilə fəal təmasları, parlament seçkilərinə qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana üz tutması, Heydər Əliyevlə təmasa can atması, insanlarla günü-gündən genişlənən çoxsaylı və kütləvi görüşlər Azərbaycanda milli azadlıq hərəkatının vüsət almasına və getdikcə daha mütəşəkkilləşməsinə müsbət təsir göstərməyə başladı.

Həmyerliləri ilk gündən görkəmli dövlət xadiminin Naxçıvana gəlişini böyük sevinc hissi ilə qarşıladılar. Azərbaycanın üzləşdiyi siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xalqı yalnız onun xilas edə biləcəyini nəzərə alaraq 1990-cı ildə Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatlığına namizədliyini irəli sürdülər.

Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR, 2 nömrəli Naxçıvan seçki dairəsindən isə Muxtar Respublika xalq deputatlığına namizəd göstərildi. 1990-cı ildə Nehrəm kənd seçiciləri ilə görüşündə Heydər Əliyev özünün seçki platforması ilə çıxış edərək ilk dəfə rəsmi formada Azərbaycanın gələcək inkişafı ilə bağlı siyasi fikirlərini açıq formada bəyan etdi. O,Azərbaycanı tam müstəqil, azad, demokratik respublika kimi görmək istədiyini xüsusi vurğulayaraq, bu məqsədə gedən yolun xalqın milli iradəsindən, həmrəyliyi və vətəndaş birliyindən keçdiyini bəyan etdi.

1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında deputatlar iclasın aparılmasını yekdilliklə görkəmli dövlət xadimi, 2 nömrəli seçki dairəsindən deputat seçilmiş Heydər Əliyevə tapşırdılar. Sessiyada Azərbaycanda gedən ictimai-siyasi proseslər, milli dövlət quruculuğu və suverenlik məsələləri geniş müzakirə olundu, tarixi əhəmiyyət kəsb edən bir sıra qərarlar verildi. Bu qərarların sırasında Naxçıvan Muxtar Respublikasının və Ali Sovetinin adından Sovet Sosialist sözlərinin çıxarılması, Azərbaycan Demokratik Respublikasının rəmzi olan üçrəngli bayrağın rəsmi şəkildə dövlət bayrağı kimi qəbul olunması və s. var idi. Bundan baçqa, Heydər Əliyevin təkifi ilə Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Ali Məclisin qəbul etdiyi bu rəsmi qərarlar Azərbaycanda milli-azadlıq hərəkatının vüsət alması və müstəqil dövlətçiliyin yaranması yönündə atılan mühüm tarixi addım oldu. Ali Məclis bu qərarlarla bağlı 1990-cı il noyabrın 19-da Azərbaycanın siyasi rəhbərliyinə və rəsmi KİV-lərə müraciət etdi.

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin ilk sessiyalarında irəli sürdüyü təkliflərdən biri 1990-cı ilin 20 yanvar hadisələrinə qiymət verilməsi ilə bağlı oldu. O, Ali Məclisin 1990-cı il noyabrın 20-də keçirilən sessiyasında çıxış edərək 20 yanvar faciəsinə siyasi-hüquqi qiymət vermədiyinə görə Azərbaycan rəhbərliyini günahlandırdı, onu faciənin səbəblərinin üstünü ört-basdır etməkdə və təqsirkarları hələ də müəyyənləşdirməməkdə ittiham etdi.

Azərbaycan SSR xalq deputatı H. Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də keçirilən birinci sessiyasında iştirak etdi. H. Əliyevin çıxış etməsi heç də iqtidarda olanların ürəyindən deyildi, lakin o, çıxış etdi. Heydər Əliyevin Azərbaycan Respublikasının 12-ci çağırış birinci sessiyasında çıxışı (7fevral 1991-ci il) mühüm əhəmiyyətli bir tarixi sənəddir. İlk dəfə olaraq bu sənəddə 1988-ci ildən başlayaraq Azərbaycanda baş verən siyasi hadisələrə düzgün qiymət verilirdi. H. Əliyev Sovet İttifaqında və Azərbaycanda mövcud olan vəziyyət haqqında öz fikir və təkliflərini Ali Məclisə çatdırdı. Heydər Əliyevin çıxışında irəli sürülən fikirlər bütün ölkədə siyasi, iqtisadi və dövlət üsuli-idarəsinin keçirdiyi böhranı dərk etməyə kömək etdi.

Heydər Əliyev öz çıxışında Dağlıq Qarabağ «probleminin» yaradılması, onun tarixi torpaqların ermənilər tərəfindən ələ keçirilməsi və onun səbəblərinin təhlilinə mühüm yer verirdi. 1988-ci ildə Dağlıq Qarabağ məsələsi qaldırılan vaxt Azərbaycan hökuməti qarşısını ala bilərdi. Qorbaçov və onun ətrafında olan erməni müşavirləri, erməni mülətçiləri Azərbaycanın bacarıqsızlığından, zəifliyindən və xəyanətindən istifadə edib vəziyyəti daha da gərginləşdirdi. H. Əliyev ilk günlərdən Dağlıq Qarabağ «məsələ»sində Mərkəzin xəyanətkar addımlarının xronikasını və Azərbaycan rəhbərliyinin səhvlərini şərh etmişdi.

Martın 5-nə kimi Ali Sovetin sessiyasında fasilə elan edildi. Martın 5-də
sessiya öz işini davam etdirdi. Müzakirə olunan problemlərdən biri də SSRİ-nin saxlanıb-saxlanmaması haqqında məsələ idi. Heydər Əliyev referendumda iştirak etməyin əleyhinə çıxdı. Öz təklifini hərtərəfli əsaslandırdı. Martın 5-dəki çıxışında yaranmış vəziyyət ətraflı təhlil edildi. Azərbaycan rəhbərliyinin mövqeyi kəskin tənqid edildi və vəziyyətdən düzgün çıxış yolu göstərildi. Lakin Naxçıvan MR Ali Məclisinin martın 14-də keçirdiyi birinci sessiyası referendumda iştirak etməməyi qərara almışdı. Naxçıvan Muxtar Respublikası iştirak etmədən martın 17-də Azərbaycanda saxta yolla SSRİnin saxlanması barədə referendum keçirildi. SSRİ-nin saxlanması üzrə keçirilən saxta referendumda Naxçıvan Muxtar Respublikası seçicilərinin cəmi 20 faizi iştirak etmişdir ki, bunların da əksəriyyəti muxtar respublika ərazisində xidmət edən hərbi qulluqçular və onların ailə üzvləri idilər.

1991-ci il sentyabrın 4-də Naxçıvan MR Ali Məclisinin sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR-nm xalq deputatı H. Əliyevi Məclisin sədri seçdi. «Həyat» qəzetinin 5 sentyabr 1991-ci il tarixli nömrəsində dərc olunmuş hesabatda deyilirdi: «Heydər Əliyev dərhal söz alaraq namizədliyini geri götürdüyünü bildirmişdir. Lakin bir neçə deputat təkidlə onun namizədliyi üzərində dayanmışdır. Deputat H. Əliyev dəfələrlə tribunaya qalxıb razı olmadığını israrla bildirsə də, Məclis əksər səslə onu Ali Məclisin sədri seçmişdi».

Sentyabrın 3-də çətinliklə də olsa, yetərsay toplanır, sessiya öz işinə başlayır. Bu vaxt Naxçıvanın hər yerindən Məclisin binası qarşısında əllərində Heydər Əliyevin portretləri olan seçicilər toplanmışdı. Xahiş edirdilər ki, Naxçıvan MR Ali Məclisinə Heydər Əliyevi sədr seçsinlər. AXC Naxçıvan Vilayət şöbəsinin fəallarının əksəriyyəti isə bildirdilər ki, H. Əliyev sədr seçilərsə, onun əleyhinə geniş kampaniyaya başlayacaqlar. Lakin seçicilərin təzyiqi ilə deputatlar Naxçıvan MR Ali Məclisinin sədrliyinə Heydər Əliyevin namizədliyini irəli sürdülər. H. Əliyev üç dəfə çıxış edib, namizədliyini geri götürdüyünü bildirsə də, bu bir nəticə vermədi. Sessiyada iştirak edən 75 deputatdan 70 nəfəri lehinə səs verməklə, 5 nəfəri bitərəf qalmaqla Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi (Azərbaycan O, bütün Azərbaycandakı siyasi vəziyyətlə məşğul olur, eyni zamanda 20 Yanvar faciəsinə hərtərəfli hüquqi-siyasi qiymət verilməsinə xüsusi diqqət verirdi. H. Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MR Ali Məclisi noyabr ayının 21-də qəbul etdiyiqərarda 20 Yanvar faciəsini işğalçı siyasət və düşünülmüş hərbi təcavüz kimi qiymətləndirir və BMT-nin İnsan Hüquqları Bəyanaaməsinin kobud şəkildə pozulması faktı hesab edir.

Qəbul edilən qərarda 1) Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən, demokratik proseslərə qəsd kimi qiymətləndirilir; 2) Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilir; 3) Bir ilə yaxıtı vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat istintaq komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə cəlb olunmamasına qəti etiraz olunur. Azərbaycan SSR Ali Sovetindən tələb edilir ki, ən qısa müddətdə həmin məsələ parlamentin müzakirəsinə çıxarılsın; 4) Bu qərar qəbul edilən andan 20 Yanvar gününün hər il Naxçıvan MR-da Milli Matəm günü kimi qeyd olunması qərara alınır; 5) Azərbaycan SSR Sovetindən xahiş olunur ki, 20 Yanvar günü hər il Azərbaycan SSR-də Milli Matəm günü kimi qeyd edilsin.

Naxçıvan MR Ali Məclisi milli-azadlıq hərəkatını boğmaq üçün SSRİ rəhbərliyinin 20 yanvarda Bakıda törətdiyi cinayətə düzgün siyasi qiymət verdi. Naxçıvanda keçirilən demokratik tədbirlər bütün Azərbaycan üçün nümunə olmuşdu. Demokratik qüvvələrin tələbi ilə Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də keçirilən sessiyası bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı - «Azərbaycan SSR» adı dəyişdirilərək, «Azərbaycan Respublikası» adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq edildi.

1991-ci il oktyabrın 16-18-də Azərbaycan Respublikası Ali Sovetinin ikinci sessiyasında dövlət müstəqilliyi haqqında Konstitusiya aktının layihəsinin müzakirəsi keçirildi. Gərgin şəraitdə keçən müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul olundu. Müzakirə oktyabrın 18-nə kimi davam etdi. Müzakirələrdə belə bir fikir də irəli sürülmüşdü ki, Azərbaycan xalqı dövlət müstəqilliyi məsələsinə öz münasibətini referendum yolu ilə bildirməlidir.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent.


Etiket:

Digər xəbərlər

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

09.06.2026
Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az