• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 11 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Hadisə

“Qollarımı və ağzımı tutub məni soyundurdu...” - Qazaxda dəhşətli cinayət

21:53 15.12.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Sevdiyi qızı oğurlayaraq zorlamaqda təqsirli bilinən 1990-cı ildə Qazax şəhərində anadan olmuş Xəzər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəzər Əliyev “KCA Deutag” şirkətində boru operatoru vəzifəsində işləyib. O, istintaqa məlum olmayan bir qrup şəxslə cinayət əlaqəsinə girib.

Xəzər Əliyev 9 iyul 2014-cü il tarixdə, saat 03 radələrində tanışı Samirə Babayevanın (ad və soyad şərti verilib) Türkiyənin İstanbul şəhərindən Bakı şəhərinə gəldiyini öyrənib.

Şübhəli izləmə

Xəzər Əliyev tanışı ilə birlikdə Samirə Babayevanı Bakı Beynəlxalq Hava Limanından yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7 saylı binanın qarşısına qədər izləyib.

Həmin ünvanda Samirənin “Mercedes” markalı avtomobildən düşərək tək qalmasını görüb və ona arxadan yaxınlaşaraq silah qismində istifadə etdiyi bıçağı boğaz nahiyəsinə dirəyib.

O, digər əli ilə qızın ağzını tutmaqla istintaqa məlum olmayan tanışının köməkliyi ilə zorla özünə məxsus olan “Kia” markalı “90-MJ-477” dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında otuzdurub. O, daha sonra avtomobili sürərək oradan uzaqlaşıb.

Zorlama

Xəzər Əliyev yolda tanışını avtomobildən düşürtdürüb və sonra Samirə Babayevanı Xətai rayonu, X.Məmmədov küçəsi 20 saylı binada kirayə tutduğu mənzilə gətirib.

Xəzər Əliyev orada Samirə Babayeva ilə zorla cinsi əlaqədə olub. Samirə Babayevanın şikayətindən sonra Xəzər Əliyev həbs edilib.
3 maddəli cinayət işi

Xəzər Əliyev Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.5-ci (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu törətmək) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham edilib.

“Məni sevdiyini bildirdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Babayeva bildirib ki, təqsirləndirilən Xəzər Əliyevlə həmkəndli olub: “Xəzəri məktəb illərindən tanısam da, onunla heç bir münasibətim olmayıb. Bakı şəhərinə gəldikdən sonra Xəzər məni sevdiyini bildirib. Amma Xəzərin bu sevgi təklifinə rədd cavabı vermişəm”.

Samirə Babayevanın sözlərinə görə, iyulun 9-da, gecə Bakı şəhərində təyyarədən enən kimi anasına və bacısı Nuraya zəng edərək hava limanında olduğunu deyib: “Bacım sürücünü hava limanına göndərdiyini bildirdi. Həmin vaxt Xəzər də durmadan mənə zəng edib, hava limanından bayıra çıxmağımı tələb edirdi. Lakin Xəzər tərəfindən qaçırılacağımdan qorxduğum üçün bayıra çıxmadım və sürücünü gözlədim. Sürücü hava limanına çatdıqda çıxdım və onun maşını ilə yaşadığım binaya gəldim. Avtomaşından düşərək bloka daxil oldum. 2-ci mərtəbədə qarşıma tanımadığım bir oğlan çıxdı. Ona yol verdim. Elə həmin vaxt arxadan kimsə bir əli ilə ağzımdan, digər əli ilə isə qarnımdan tutdu. O, məni qucağına aldı və geriyə doğru blokdan çıxartmağa başladı”.

“Məni də, özünü də öldürəcəyini dedi”

Zərərçəkmiş qeyd edib ki, arxaya baxdıqda həmin şəxsin Xəzər olduğunu, tanımadığı həmin oğlanın isə onun çantasını götürərək blokdan çıxdığını görüb: “Həmin vaxt ayaqlarım ilə çırpındım, Xəzərin əlini dişləməyə çalışdım. Lakin Xəzər məni tanımadığım oğlanla birgə “KİA” markalı avtomaşınının arxa oturacağına otuzdurdu. Tanımadığı şəxs isə arxa oturacaqda, yanımda oturdu. Xəzər qaranlıq bir yerdə avtomaşını saxladı. Mənə doğru dönərək səs-küy salacağım təqdirdə əlindəki bıçaqla məni də, özünü də öldürəcəyini dedi”.

Samirə Babayeva qeyd edib ki, bir qədər də getdikdən sonra tanımadığı şəxs maşından düşdü: "Xəzər məni də maşından düşürtdü və qabaq oturacaqda yanında otuzdurdu, kəməri də bağladı. Həmin vaxt Xəzər əlində olan bıçaqla yenə də məni hədələyərək tərpənməməyi tapşırdı. Bir qədər getdikdən sonra qaranlıq həyətə çatdıq. Xəzər avtomaşını evin həyətində saxladı. Mənə həmin ünvanda dayısının evinin olduğunu dedi. Qorxumdan səsimi çıxarmadım. Məcbur Xəzərlə liftə mindim”.

“Mənzildən qaçmağa çalışdım”

Zərərçəkmiş şəxsin sözlərinə görə, 2-ci mərtəbədə olarkən Xəzər telefonunun maşında qaldığını və məndən geri dönənədək onu gözləməyimi tələb etdi: “Qaranlıq yerdə qorxa-qorxa Xəzəri gözlədim. Xəzər geri qayıtdı və birlikdə 3-cü mərtəbəyə qalxdıq. Mənzilin qapısını açaraq içəri keçdik. İçəridə heç kəs yox idi. Başa düşdüm ki, o, məni aldadıb. Xəzəri itələyərək vurmağa başladım. Sonra mənzildən qaçmağa çalışdım”.

Samirə Babayeva bildirib ki, bu zaman Xəzər onun qollarından tutaraq müqavimət göstərməsinə imkan verməyib: “Xəzər məni divana otuzdurdu, sonra isə qolumdan dartaraq digər otaqda olan çarpayının yanına apardı. Məni arxası üstə çarpayıya yıxdı və mənimlə cinsi əlaqədə olacağını dedi. Xəzər qollarımı tutduğuna görə, onu ayaqlarımla itələdim. Qışqırmamağım üçün bir əli ilə hər iki qolumu, digər əli ilə isə ağzımı tutdu. Məni soyundurdu. Mənimlə zorla cinsi əlaqədə oldu”.

Şahid: “Qızım özünü öldürəcəyini dedi”

Cinayət işi üzrə zərərçəkmiş Samirə Babayevanın anası Fatma Babayeva da (ad və soyad şərti verilib) şahid qismində ifadə verib. O, bildirib ki, iyulun 9-da Samirə Bakıya qayıtmalı olub: “Həmin gün tanımadığım nömrədən mənə zəng olundu və bir qadın Samirənin Xəzər tərəfindən qaçırıldığını dedi. Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdik. İyulun 9-da, saat 19-20 radələrində polislər Xəzəri və Samirəni tapdılar, sonra 16-cı polis bölməsinə gətirdilər. Bölmədə olarkən polis əməkdaşları Tərlan, Məhərrəm və digərlərinin yanında Samirəyə bildirdim ki, əgər Xəzərlə könüllü qaçıbsa, onunla yaşasın. Ancaq Samirə qətiyyən Xəzərlə yaşamayacağını, belə bir şey olsa özünü öldürəcəyini dedi”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəzər Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan Xəzər Əliyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bildirib ki, Samirə Babayeva onunla könüllü qaçıb. O, adam oğurluğu və zorlama cinayətlərini qəbul etməyib.

Bakı Apelyasiya Məhkəməsində, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Xəzər Əliyevin apelyasiya şikayəti araşdırılıb. Hakim heyəti Xəzər Əliyevin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.

Bu qərardan narazı qalan Xəzər Əliyev kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara görə, Xəzər Əliyevin kasasiya şikayəti təmin edilməyib.(Teleqraf.com)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az