• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Prezident və xanımı “Grand-Agro İnvitro” MMC-nin müəssisəsi ilə tanış olub (FOTOLAR)

14:33 03.08.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsinin fəaliyyəti ilə tanış olublar və "Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin badam emalı zavodunun açılışında iştirak ediblər.
 
MilliYol.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Grand-Agro İnvitro” MMC-nin icraçı direktoru Taleh Zeynalov dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verdilər.
 
İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapır. Eyni zamanda, qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının payı artır. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın aradan qaldırılması deməkdir.
 
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyəti ilə tanış olduqları "Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsi və "Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olan badam emalı zavodu məhz qeyri-neft sektoru və kənd təsərrüfatının inkişaf konsepsiyasının uğurla reallaşdırılmasının nəticəsidir.
 
Prezident İlham Əliyev: Son vaxtlar fındıqçılıq Azərbaycanda çox inkişaf edir. Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik. Amma badam istehsalı, əfsuslar olsun ki, Azərbaycanda çox aşağı idi və daxili tələbatı ödəmirdi. Ona görə indi badamçılıqla da ciddi məşğul olmaq lazımdır. Bu meyvə sortları yerli sortlardır, yoxsa xarici sortlardır?
 
Taleh Zeynalov: Həm xarici sortlarımız, həm yerli sortlarımız var. Məqsədimiz də odur ki, yerli sortların içərisində məhsuldar və təbiətə uyğun çeşidləri seçib seleksiya yolu ilə onların artırılmasına nail olaq.
 
Prezident İlham Əliyev: Burada çox vacib məsələ odur ki, əlbəttə, intensiv bağçılıq daha çox məhsulun həcminə istiqamətləndirilir. Amma bizim xüsusiyyətimiz və üstünlüyümüz odur ki, - hər zaman belə olub, bu gün də belədir, - bizdə yetişdirilən meyvə-tərəvəz təbiidir. Yəni, orqanikdir və onun xüsusi dadı var. Burada yerli sortlara daha çox üstünlük verilməlidir. Yəni, kəmiyyət dalınca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik. Buna xüsusilə diqqət yetirin. Çünki bizim istər narımız olsun, almamız olsun, pomidorumuz olsun, xurmamız olsun, doğrudan da xüsusi dada malikdir. Biz onu itirməməliyik.
 
Qeyd edək ki, 2017-ci ildə fəaliyyətə başlayan "Grand-Agro İnvitro” MMC məhsuldar meyvə və digər bitki tingləri yetişdirməklə məşğuldur. Müəssisənin tətbiq edilən müasir texnologiyalar sayəsində ənənəvi üsullarla çoxaldılması mümkün olmayan, həmçinin yerli və xarici bazarda rəqabətədavamlı yüksəkkeyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur. Növ seçimi bazarın tələbatı və müştərinin sifarişinə uyğun olaraq müəyyən edilir.
 
"İnvitro” layihəsinə yatırılan investisiyanın ümumi məbləği 21 milyon manatdır.
 
İstixanalar müasir damcı üsulu və sisləmə sistemi ilə suvarılır. Müəssisənin beynəlxalq standartlara tam cavab verən laboratoriyası isə ən müasir texnologiyalarla təchiz olunub. İnkubasiya otaqlarının geniştutumlu olması sayəsində laboratoriya il ərzində 4 milyon ədəd müxtəlif cins və sort yetişdirmək imkanına malikdir.
 
Müəssisədə 84 nəfər daimi işlə təmin olunub.
 
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdikləri badam emalı zavodu isə "Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istehsal müəssisəsidir.
 
İqtisadiyyat naziri Mikayıl Cabbarov və "Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayev dövlətimizin başçısına və birinci xanıma zavod barədə məlumat verdilər.
 
Qeyd edildi ki, layihənin həyata keçirilməsi iki mərhələdə planlaşdırılıb. Birinci mərhələ üzrə 2017-2019-cu illərdə Abşeron rayonunun Qala və Bilgəh qəsəbələrində Aralıq dənizi badam sortlarından olan Quara (160 hektar), Belona (95 hektar), Avijor (138 hektar) və Soleta (34 hektar) növlü ağaclardan ibarət badam bağları salınıb. Bağlara yatırılan ümumi investisiya məbləği 17 milyon manatdır.
 
İkinci mərhələdə yaradılan zavod ölkədə ilk badam emalı müəssisəsidir. İnşası 2021-ci ilin sentyabrında tamamlanan zavodun ümumi investisiya dəyəri 13,5 milyon manatdır. Bunun 10 milyon manatı Sahibkarlığın İnkişafı Fondu hesabına ayrılan güzəştli kredit, 3,5 milyon manatı isə təsisçi kapitalıdır.
 
Mikayıl Cabbarov: 2015-2019-cu illərdə ölkədə istehlak olunan təmizlənmiş badamın 90-95 faizi idxal edilirdisə, 2021-ci ilin nəticələrinə görə artıq biz ürəkaçan dinamikanı görə bilirik.
 
Anar Ağayev: İdxalı 50 faizə qədər azaltmışıq. 2024-cü ildə isə yalnız bizim bağ bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək. Digər bağlardan alacağımız badamları da emal edib ixrac edəcəyik.
 
Prezident İlham Əliyev: Çox yaxşı, öz bağlarınızın da sahəsini genişləndirin. Çünki badam yetişdirmək üçün Abşeron torpağı çox münbitdir. Burada boş sahələr çoxdur. Biz gələndə gördük ki, bütün yol boyunca sağ-sol zeytun bağlarıdır. Əvvəllər bu ərazi boş sahə idi, son vaxtlar əkilmişdir. Bu, böyük imkanlardır. Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır. Burada hələ boş torpaqlar var, onlardan mütləq istifadə etmək lazımdır. Çünki biz gələcəkdə badamı da fındıq kimi ixrac edəcəyik.
 
Dövlətimizin başçısı İlham Əliyev zavodu işə saldı.
 
Bildirildi ki, zavodda məhsulun ilkin emalı, sındırılması, qurudulması və çeşidlənməsi nəzərdə tutulur. Müəssisə İspaniyanın "Jose Borrell S.A.” brendinə məxsus avadanlıqla təchiz edilib. Zavodun illik emal gücü 2 min ton badam ləpəsidir.
 
Onu da deyək ki, "Azbadam” MMC investisiya təşviqi hesabına edilən güzəştlərdən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib. Badam ləpəsinin ölkədaxili illik istehlak həcmi 750-800 ton təşkil edir. 2015-2019-cu illərdə ölkədə istehlak edilən badam ləpəsinin 90-95 faizi idxal olunurdu. Bu məqsədlə ölkədən hər il 6 milyon ABŞ dolları məbləğində valyuta xaricə çıxırdı. Müəssisənin fəaliyyəti nəticəsində 2024-cü ildən etibarən daxili bazarın tələbatı "Azbadam” MMC-nin emal müəssisəsi hesabına nəinki tam şəkildə təmin olunacaq, məhsullar Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, MDB və Mərkəzi Asiya respublikalarına, Hindistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə "Made in Azerbaijan” brendi ilə ixrac ediləcək.
 
Müəssisə əhalinin məşğulluq məsələsinin həllinə də töhfə verir. Burada 130 nəfər daimi işlə təmin olunub.
 
 


















 


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az