• Xəbər lentİ
Fləş

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Azərbaycan milli tarixində müstəqil dövlətçiliyin imzasını həkk edən müdrik şəxsiyyət Heydər Əliyev!

17:25 20.06.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə ağıllı tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət siyasətçilərin, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.

1991-ci il martın 7-də Ali Sovetdə Sovetlər İttifaqının saxlanılması barədə referendum keçirilməsi haqqında məsələ müzakirə olunarkən Heydər Əliyev dərin məzmunlu bir nitq söylədi. O, öz çıxışında Sovetlər İttifaqında və Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyəti təhlil edərək,Sovet imperiyasının süquta doğru getdiyini tutarlı arqumentlərlə əsaslandırdı və Azərbaycanın gələcək müstəqilliyi üçün lazımi tədbirlərin görülməsinin vacibliyini vurğuladı.

Zaman Heydər Əliyevin haqlı olduğunu sübut etdi. O dövrdə baş verən proseslərin məntiqi nəticəsi kimi 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul etdi. Təəssüflər olsun ki, müstəqilliyin ilk illərində o dövrkü rəhbərlik üzərinə düşən məsuliyyəti tam dərk edə bilmir, siyasi səbatsızlıq nümayiş etdirirdi. Bu isə, ölkəni iqtisadi, siyasi, mənəvi böhrana sürükləyirdi.

1993-cü ildə “Azərbaycan yanırdı”.

1993-cü ilin iyunun 4-də iqtidarın fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. Hadisələrin ertəsi günü - iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda qəhrəman Cavad xanını nəvələri - gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu:

“Əziz həmvətənlərimiz! Baş vermiş hadisə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da qəzəb və hiddətlə qarşılanmışdır. Biz bunu müstəqil dövlətçiliyimizə edilən qəsd, yenicə titrək addımlarını atan Azərbaycan dövlətinə arxadan vurulan zərbə hesab edirik.

Belə bir ağır şəraitdə biz, Naxçıvan MR xalq deputatları, seçicilərimizin fikirlərini ifadə edərək Azərbaycan dövlətçiliyini qorumaq məqsədilə xalqı birliyə çağırırıq!”.

O günlərdə Gəncədə aramsız mitinqlər keçirilirdi. Bu mitinqlərdə şəhər əhalisi ölkəni vətəndaş müharibəsinə sürükləyən respublika rəhbərliyinin istefasını və Gəncə hadisələrinə siyasi qiymət verilməsini qətiyyətlə tələb edirdi. Mitinqlərin birində bütün Azərbaycan xalqına bu məsələ ilə əlaqədar müraciət qəbul olundu.

İyunun 15-də Heydər Əliyev xalqın təkidli tələbi və yenilməz iradəsi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm.

Heydər Əliyevin ölkənin Ali Qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu.

Ölkədə sabitliyin bərqərar olması üçün gərgin iş aparıldığı bir vaxtda Prezident Əbülfəz Elçibəy müəmmalı şəkildə Bakını tərk etdi. İyunun 18-də Heydər Əliyev yaranmış vəziyyətlə əlaqədar xalqa müraciət etdi. O, hamını təmkinli olmağa, milli birliyə, vətəndaş həmrəyliyinə çağırdı. Milli Məclisdə keçən müzakirələrdə Əbülfəz Elçibəyə ünvanlanan müraciətlər bir nəticə vermədi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.

Ali Sovetin sədri mədəniyyətin, elmin və təhsilin inkişafına da böyük diqqət yetirir, alimlərlə, gənclərlə görüşlər keçirir, onlarla ölkənin gələcəyi barədə fikirlərini bölüşürdü.

Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Heydər Əliyev parlamentarizm ənənələrinin inkişafına müstəqilliyimizin qorunub saxlanması, daha da möhkəmlənməsi prizmasından yanaşır, bu sahəni dövlətçilik məfkurəsinin ayrılmaz tərkib hissəsi hesab edirdi. O, dəfələrlə qeyd edirdi ki, müstəqil Azərbaycan XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin varisidir. Hakimiyyətin mühüm qollarından biri kimi bugünkü Milli Məclis də varislik prinsipinə sadiq qalaraq parlamentarizm ənənələrini inkişaf etdirməkdədir.

Onun heyrətamiz xilaskarlıq missiyası nəticəsində Azərbaycan ötən əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətindən qurtuldu. Azərbaycan tezliklə təlatümlərindən, sarsıntılardan uğurla çıxaraq gələcəyə, inamla baxan bir dövlətə çevrildi.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor


Etiket:

Digər xəbərlər

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az