• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Türkiyənin nüfuzlu bankına qarşı etibar sui-qəsdinin PƏRDƏARXASI: Uğurla inkişaf edən “Ziraat Bank Azərbaycan” niyə hədəfdədir?

16:52 26.04.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycanla Türkiyə arasında, xüsusilə son illərdə yaxınlaşmanın xeyli intensivləşməsi, münasibətlərin dərinləşdirilməsi və əlaqələrin genişləndirilməsi “Bir millət, iki dövlət” prinsipini qəbul edənləri, doğrudan da, qürurlandırır.


İki qardaş ölkə arasında bütün sahələri əhatə edən əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir və bu çərçivədə mövcud potensialdan səmərəli istifadə olunması üçün bütün imkanlar dəyərləndirilir.

Azərbaycan-Türkiyə əlaqələrində inkişafın müşahidə edildiyi sahələr sırasında bank sektoru da var. Öz seqmentlərində geniş təcrübəyə malik olan Türkiyə bankları son 30 ildə Azərbaycanın müvafiq sektorunda öz fəallıqları ilə seçilməkdədirlər. Bununla belə, onların hamısının Azərbaycanın bank sektorunda möhkəmləndiklərini və dinamik inkişaf yolu ilə irəlilədiklərini söyləmək çətindir.

Lakin əlamətdar haldır ki, Azərbaycanda fəaliyyətə başladıqları ilk dönəmdən fəaliyyətini düzgün quran və çətin sınaqlardan çıxaraq, reputasiya və dayanıqlılığını qoruyaraq böyüməkdə davam edən Türkiyə bankları da mövcuddur. “Ziraat Bank Azərbaycan” onların sırasında xüsusi qeyd oluna biləcək maliyyə qurumudur.

Türkiyənin uyğun sektoruna təqribən 160 il əvvəl daxil olan bu bank öz fəaliyyəti dövründə müsbət dinamikası ilə fərqlənib. Hər halda, bankın mövcudluq tarixi uğurlu iş quruculuğunu təsdiqləyən ən əsas göstərici olaraq diqqəti cəlb edir. O baxımdan, 2014-cü ildə ölkəmizin bank sektoruna daxil olan “Ziraat Bank Azərbaycan”ın uğurlu fəaliyyəti təəccüb doğurmamalıdır.

Bankın 2022-ci ilin ilk rübünə aid göstəricilərinə nəzər saldıqda müsbət dinamikanın davam etdiyini görə bilirik. Hesabata əsasən, kredit portfelində və cəlb edilmiş əmanətlərdə əhəmiyyətli artım qeydə alınıb. Belə ki, ötən ilin sonu ilə müqayisədə kredit portfelində 14,45 faiz, əmanət portfelində isə 17,93 faiz artım müşahidə edilib. “Ziraat Bank Azərbaycan”ın aktivləri də ötən ilin sonu ilə müqayisədə 15,8 faiz artaraq 449 mln 370 min manata yüksəlib. Bankın cəmi kapitalı isə ötən ilin sonu ilə müqayisədə 19 milyon manat artaraq 101 milyon manatı keçib. Təqdim edilən maliyyə nəticələrinə əsasən, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti ötən ilin I rübü ilə müqayisədə 4 dəfə artaraq 2 mln manatdan çox olub. Qısacası, Türkiyənin dövlət bankı olan “Ziraat Bank Azərbaycan” dünyada cərəyan edən neqativ maliyyə-iqtisadi xarakterli proseslərə baxmayaraq, inkişaf tempini Azərbaycanda qoruya bilib, daha da böyüyüb.

Xüsusi qeyd etmək yerinə düşər ki, “Ziraat Bank Azərbaycan” son 1 ildə 60-dan çox şəxsi işlə təmin edib. Yəni Türkiyənin dövlət bankının 170-ə yaxın əməkdaşından sadəcə 3-ü qardaş ölkənin pasportunu daşıyır. Bunun özü belə fakt olaraq çox önəmli detaldır anlayan üçün…

Bunlardan başqa, “Ziraat Bank Azərbaycan” möhtəşəm zəfərlə başa çatdırılan 44 günlük Vətən müharibəsində ölkə iqtisadiyyatına verdiyi dəstəklə gerçək örnəyə çevrildi. Həmçinin müharibədən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəlik dəstəyi, “YAŞAT” Fonduna keçirdiyi vəsaitlər, müxtəlif sosial layihələrin həyata keçirilməsinə verdiyi töhfələr, fərqli fəaliyyət sahələrinin dayanıqlı inkişafında yaxından iştirak “Ziraat Bank Azərbaycan”ın geniş ictimaiyyətə görünməyən müsbət fəaliyyətinin sadəcə bir hissəsidir.

Lakin, çox təəssüf ki, “Ziraat Bank Azərbaycan”ın uğurlu fəaliyyətindən məmnun olmayanlar, bu nailiyyətləri özləri üçün təhlükə kimi görənlər də var. Ona görə də müxtəlif çevrələr “Ziraat Bank Azərbaycan”a qarşı hücumlarını daha da intensivləşdirərək onu gözdən salmaq üçün əl atmadıqları vasitə saxlamırlar.

Ancaq bank sektoru elə bir sahədir ki, burada uğurla fəaliyyət göstərənləri qaralamaqla, onlara qarşı intensiv hücumlar təşkil etməklə gerçəyi dəyişdirmək mümkün deyil. Yuxarıda əks olunan rəqəmlər də belə cəhdlərin əbəs olduğunu isbatlayır.

Bəs “Ziraat Bank Azərbaycan”a qarşı çirkin hücumların məqsədi nədir? Cavab çox sadədir: Bank sektorunda normal fəaliyyət göstərən, öz maraqları ilə yanaşı, müştərilərinin mənafelərini də qorumağa çalışan uğurlu bir bankı sıradan çıxarmaq, maliyyə bazarında öz standartlarını oturtmaqdır. Üstəlik, söhbətin qardaş Türkiyəyə məxsus bankdan getdiyini nəzərə alsaq, o zaman daha fərqli nəticələr çıxarmaq da olar.

Çox maraqlıdır, “Ziraat Bank Azərbaycan”ı kimlər və nəyə görə hədəf seçiblər? Xüsusilə, Cocuq Mərcanlıdan Şuşaya qədər Qarabağın hər nöqtəsində çalışan türk və azərbaycanlı iş adamlarının güvənc yeri olan, bu yöndə heç bir fədakarlıqdan çəkinməyən bir türk bankının bu qədər qulaqdan dolma, heç bir real əsası olmayan xəbərlərlə hədəf seçilməsi qəribə deyilmi?

Burada bankdan nələrsə qoparmaq istəyənlərlə yanaşı, ikinci bir kanalın – Türkiyənin Azərbaycandakı iqtisadi gücündən narahat olan “beşinci kolon”un varlığı özünü göstərməkdədir. Hər nə qədər kamuflyajlansa da, xüsusilə bölgədə böyük prosesləri cənab Əliyevlə cənab Ərdoğanın birlikdə başlatması fonunda “Ziraat Bank Azərbaycan”ın rolunun ortaya çıxması sonucunda hücumlara start verilməsi torbadakı əsas pişiyin xəbərçisidir. Biriləri türk bankının bölgədəki inkişafından narahatdır və belə bir psixoloji hücumla “Ziraat Bank Azərbaycan”a qarşı etibar sui-qəsdini davam etdirməkdədirlər. İnanırıq ki, bu məsələdə “axına qoşulanlar”ın çoxu hələ də məsələyə böyük pəncərədən baxa bilmədikləri üçün özləri də fərqinə varmadan bu əcnəbi oyununun iştirakçısına çevrilirlər.

Ancaq aydın olan budur ki, sağlam təməl üzərində qurulan və fəaliyyət göstərən “Ziraat Bank Azərbaycan”ı belə “arxadan zərbə”lərlə sarsıtmaq, iş fəlsəfəsini dəyişməyə məcbur etmək mümkün deyil. Bunu qeyd olunan hücumların sifarişçiləri və icraçıları da əvvəl-axır başa düşəcəklər…

Aqil ƏLƏSGƏR

 


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az