• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Mərkəzi Bankın taleyi həll olunur: On milyonlarla manat itirilə bilər...  

11:15 18.02.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

"Mərkəzi Bank on milyonlarla manat vəsait itirə bilər".

MilliYol.Az xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov fevralın 21-də Konstitusiya Məhkəməsi “Banklar haqqında” Qanunun 71, 81 və 82-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Nazirlər Kabinetinin sorğusuna baxılması ilə bağlı prosesdən danışarkən deyib. Vəkil bildirib ki, ləğv prosesində olan bankların ikili girovları mövcuddur:

"Hər hansı borcalanın müflis banka borcu üzrə qoyduğu girov predmeti eyni zamanda həmin bankın Mərkəzi Bank qarşısında da girovla yüklü edilib (həmin əmlakın real likvid qiyməti hər iki borcun ödənilməsi üçün kifayət deyil). Buna görə də borcalan borcunu ödəməkdə maraqlı deyil. Axı borcu ödəsə belə, girov yüklülükdən azad edilməyəcək. Bunun üçün gərək bankın Mərkəzi Bank qarşısında da borcu bağlansın. Buna görə də mövcud qanunvericiliyin bu halda Mərkəzi Bankın təminatsız sonuncu növbəli kreditora çevrilməsi imkanı baxımdan şərhi xahiş olunur. Yəni boracalan bank qarşısında borcunu ödəyən kimi girov predmeti yüklülükdən azad olunsun və Mərkəzi Bank girovsuz qalsın. Bu halda Mərkəzi Bank on milyonlarla manat vəsait itirəcək. Çünki müflis bankların mütləq əksəriyyəti kreditor tələblərinin əhəmiyyətli hissəsini ödəmək qabiliyyətinə malik deyil”.

Əkrəm Həsənov məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə aşağıdakı sorğunu təqdim edib:

1. Sorğu icraata qəbul edilməməli idi. Əvvəla ona görə ki, Nazirlər Kabineti sorğunun məzmununa dair “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 32.5-ci maddəsi ilə nəzərdə tutulmuş 4 tələbi pozub. Belə ki, Konstitusiyanın müvafiq maddələrinə istinad verməyib, şərh edilməli olan qanunun tarixi və nömrəsini göstərməyib, surətini qoşmayıb, nəhayət, öz mövqeyini da izah etməyib. Eyni zamanda “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun da tələbi pozulub. Belə ki, sorğuda şərh edilməli olan maddələrdə qeyri-müəyyənliklər və fərqlərin, habelə onların tətbiqi təcrübəsində ziddiyyətlərin nədən ibarət olması öz əksini tapmayıb. Sorğuda qaldırılan problem yalnız ondan ibarətdir ki, ləğv prosesində olan bankların borc alanlarına “Banklar haqqında” Qanunun mövcud qanunun müvafiq müddəaları sadəcə sərf etmir. Sanki Osmanlı sultanı Şüyxülislamına müraciət edərək, ona lazım olan fətvanın çıxarılmasını istəyir.

2. Əslində, “Banklar haqqında” Qanunun sözügedən maddələrində hər şey kifayət qədər aydın şəkildə təsbit edilib. Bu girovlar Əmanətlərin Sığortalanması Fondu tərəfindən, bir qayda olaraq, 30 gün ərzində satılmalı və girov saxlayanlar (o cümlədən Mərkəzi Bank) öz pulunu götürməlidir. Girov borcun tam bağlanmasına kifayət etmədikdə isə kreditor təmin edilməyən hissədə təminatsız kreditora çevrilməlidir. İkili, yəni sonrakı girov institutu Mülki Məcəllədə və “İpoteka haqqında” Qanunda, habelə “Müflisləşmə və iflas haqqında” Qanunda kifayət qədər aydın tənzimlənib. Belə ki, girovun satılması əsnasında əldə edilən vəsaitin əsas hissəsi ilkin girov saxlayana verilir, qalan hissəsi isə sonrakı girov saxlayana. Buna görə də sorğudakı “qanunverici tərəfindən ikili girovlarla bağlı yaranmış münasibətlər tənzimlənməmişdir” iddiası həqiqətə uyğun deyil. Elə Konstitusiya Məhkəməsinin özünün girova dair çoxsaylı düzgün qərarları mövcuddur. Girovun elə mahiyyəti elə ondan ibarətdir ki, borclu öz öhdəliyini icra etmədikdə kreditor girov qoyulmuş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. Bu hüququn tanınmaması girov institutunun iflici demək olardı. Buna görə də Konstitusiya Məhkəməsi heç bir halda Mərkəzi Bankı təminatsız kreditora çevirməməlidir.

3. O ki qaldı borc alanların ikili girovun tətbiqindən irəli gələn narazılığına, onlar əmlaklarını könüllü şəkildə iki kreditorun xeyrinə girovla yüklü ediblər. Bunu edəndə təbii ki, nəticələrini də göz önünə almalı idilər. Tutaq ki, ikili girov üzrə digər girov saxlayan qismində Mərkəzi Bank deyil, başqa bankdır. Deməli, onu da təminatsız kreditora çevirmək lazım gələcək. Üstəlik həmin bankın özü də müflisləşsə, onun da kreditorları zərərə məruz qalacaq. Yəni söhbət sırf Mərkəzi Bankın maraqlarından getmir, ölkənin hüquq sisteminin və bank sisteminin maraqlarından gedir. Buna görə də qeyd edilənlər heç bir halda Mərkəzi Bankın müdafiəsi kimi qəbul edilməməlidir.

4. Başqa məsələ ki, Mərkəzi Bankın sözügedən kreditlərdəki rolu birmənalı deyil. O, həm banklara lisenziya verib fəaliyyətlərinə nəzarət edir, həm də onlara kredit verir. Özü də banklara lisenziya verərək əhalini və sahibkarları vəsaitlərini heç bir girov tələb etmədən banklarda (bank hesablarında) saxlamağa sövq edir. Amma özü həmin banklara girovsuz kredit vermir. Banklar müflis olanda isə əksər kreditorlar təminatsız, Mərkəzi Bankı isə təminatlı kreditor olur. Bu yanaşmanın özü əlbəttə ki, ədalətsizdir".

Əkrəm Həsənov əlavə edib ki, Mərkəzi Bankın kreditləri üzrə ikili (sonrakı) girov institutundan istifadə edilməsinin özü şübhə doğurur:

“Axı niyə bankdan kredit götürən şəxs eyni zamanda əmlakını həm öz krediti, həm də bankın Mərkəzi Bank qarşısındakı krediti üzrə girova qoyur? Marağı nədir? Yoxsa reallıqda buna məcbur edilir? Digər mühüm məsələ odur ki, bu girov predmetlərinin dəyəri son nəticədə (bank müflisləşəndən sonra) hər iki kredit üzrə öhdəliyi tam təmin etmir. Mərkəzi Bank niyə banklar tərəfindən faktiki olaraq tam təminatlı kimi göstərilən, lakin reallıqda belə təminatı olmayan (sonrakı girov səbəbindən) kreditlərinə göz yumur? Nəinki göz yumur, hətta buna səbəb olur, çünki sonrakı girov məhz onun xeyir-duası ilə reallaşır.

Bir sözlə, belə suallar çoxdur və xüsusi araşdırma tələb edir. Konstitusiya Məhkəməsinin belə araşdırmaların aparılması üzrə təşəbbüs təcrübəsi də var. Mərkəzi Bank tərəfindən verilən kreditlər əsnasında cinayət əməlinin olub-olmaması da araşdırıla bilər. Bunun üçün Konstitusiya Məhkəməsi Baş Prokurora müraciət edə bilər. Cinayət əməlləri təsdiqləndiyi təqdirdə, həm borc alanlara, həm də ləğv prosesində olan bankların kreditorlara dəymiş zərəri cinayətkarlar və əməlləri üzrə mülki məsuliyyət daşıyan Mərkəzi Bank ödəməli olacaq. Yəni borc alanların və kreditorların hüquq və maraqlarının müdafiəsi doğrudan da önəmlidir. Onları müdafiə etmək lazımdır. Amma qanunun təhrif edilməsi və konkret olaraq girov institutunun başayaq tətbiqi yolu ilə yox. Təəssüf ki, hələlik biz fərqli mənzərəni müşahidə edirik. O cümlədən görürük ki, müflis banklar üzrə əmlak mülkiyyətçiləri, o cümlədən girov qoyanlar müəmmalı şəkildə “könüllü” olaraq əmlaklarından imtina edirlər. Kimlərsə problemləri qanun müstəvisində deyil, hədə-qorxu və s. qanunsuz yollarla həll etməyə üstünlük verir. Bu da təbii, ölkəmizdə investisiya mühitinə çox mənfi təsir göstərir”.

Ekspert hesab edir ki, Konstitusiya Məhkəməsi bununla bağlı da Nazirlər Kabinetinə dəyərli məsləhətlər versə yaxşı olar.


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az