• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 11 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Hadisə

“Qonşular polisi arvadımın yatağından çıxarmışdılar” - Məhkəmədə şok etiraflar

19:21 28.11.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Xaçmazda keçmiş gəlini Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə qətlə yetirməkdə təqsirləndirilən 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlovun cinayət işi üzrə məhkəmə başlayıb.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən M. Adıgözəlov özünü qismən təqsirli bilərək məhkəmədə sərbəst ifadə verib.
 
O ifadəsində bildirib ki, 2002-ci ildə oğlu Elsevər ilə Rəmziyyə Əbdürrəhmanova ailə həyatı qurub: “Onların birgə nikahdan 2 qız, 1 oğlan övladı var. Evliliklərindən bir müddət sonra aralarında münaqişə baş verməyə başladı. Dolanmırdılar. 2009-cu ildə oğlum Rəmziyyəni evin tövləsində Əsəd adlı şəxslə cinsi əlaqədə olarkən tutdu. Bununla bağlı qızın atasına və anasına məlumat versək də, heç bir nəticə olmadı. Oğlum gəlini boşadı, lakin məhkəmə onun bizimlə eyni evdə yaşaması barədə qərar qəbul etdi. Evdə çox söz-söhbət olurdu. Bizi təhqir edirdi, gündə bir kişini evə gətirirdi. Bir söz deyən kimi ora-bura şikayət edirdi. Qonşular şahiddirlər ki, nə oyunlardan çıxırdı. Həyətimizdə ona evdə tikmişdik ki, bizə ilişməsin. Hər fürsətdə bizi söyürdü, təhqir edirdi”.
 
Məlikməmməd Adıgözəlov ifadəsində hadisə günü ilə bağlı danışıb. O bildirib ki, hadisə olan gün Xaçmaz rayon Məhkəməsindən çıxıb evə gedib: “Məhkəmədən çıxıb evə getdik, Rəmziyyə isə harasa getdi. Onunla danışmırdıq. Axşam düşmüşdü, saat 9-10 radələri idi. Elsevər dedi, ata, gəl yemək yeyək. Dedim, 5 dəqiqəyə gəlirəm, həyətdə yaba ilə bir iki işim vardı. Bu zaman qapımıza bir maşın yaxınlaşdı. Yüksək musiqi səsi ilə məhəllədən keçirdi.  Maşından kimsə düşüb, darvazanı döyməyə başladı. Qapıya yaxınlaşdım. Səsindən eşitdim ki, gələn Rəmziyyədir. Başladı ki, qapını açın. Sonra da ağzına gələni dedi. Kişiyə yaraşmayan sözlərlə bizi təhqir edirdi, biz onsuz bunlara öyrəşmişdik. Dedim, qapını qırma gəlib açıram. O, yenə söyüş söyməyə davam elədi. Qapını açdım, üstümə şığıyaraq “ay cındır” dedi. Lənət şeytana dedim, mən sakit durduqca o, davam edirdi. Artıq hövsələdən çıxdım. Sakit olmağı ilə bağlı iradımı bildirdim. Mənim əsəbi olmamağım sanki onu daha da sevindirir, üzərimə gəlirdi. Bir anlıq dözmədim. Əlimdəki yaba ilə ona zərbə endirdim. Üz üstə yerə yıxıldı, qonşular başıma yığıldı”.
 
Təqsirləndirilən şəxs hakim və prokurorun suallarına cavabında bildirib ki, gəlini olmuş Rəmziyyəni əxlaqsız həyat sürdüyü və onları təhqir etdiyi üçün qətlə yetirib.
 
Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən Rəmziyyənin atası Qabil Əbdürrəhmanov ifadə verib. O ifadəsində bildirib ki, qızının əxlaqsız həyat tərzi yaşadığı haqqında məlumatı olmayıb: “Əgər qızım ələ şey edirdisə, mənə deyərdilər. Heç kim mənə heç nə deməyib. 7 il idi ki, qızım ərindən ayrılmışdı. Məhkəmə uşaqlara görə aliment kəsmirdi. 7 min aliment pulu verməliydilər, vermirdilər. Qız tələb edir ki, aliment pulumu versinlər. Hadisə baş verən gün də məhkəmə qızımın xeyrinə qərar qəbul etmişdi. Məhkəmədə olan zaman söhbətləri düşmüşdü, qıza deyiblər, sən gələrsən axşam evə. Sonrada bu cür hadisə baş verdi. Ən ağır cəzanın verilməsini tələb edirəm".
 
Prosesdə şahid qismində təqsirləndirilən şəxsin oğlu Elsevər Adıgözəlov ifadə verib. O ifadəsində bildirib ki, 2002-ci ildə Rəmziyyə ilə ailə həyatı qurub, 2009-da boşanıb: “Onu kəndlimiz olan Əsədlə evimizin tövləsində tutdum. O vaxta qədər mənə başqaları ilə xəyanət edib, xəbərim olmayıb. O zamanı anasını çağırıb sözümüzü demişdik. Demişdik ki, qızın budur. Elə məhkəməyə müraciət etdim. Polis gəlib münaqişəli ailə kimi qeydiyyata almışdı. Məsələni araşdırırdılar. İş polisin icraatına verilmişdi. Evdə olmamışam. Qonşular girib evə, həmin polisi Rəmziyyənin yatağından çıxarmışdılar. İnanmırsınız, şahid qismində dindirilən qonşulardan soruşa bilərsiniz. Bir gecədə hasardan 2-3 nəfər gəlib, gedirdi. Bir söz deyə bilmirdik. Qonşularda bir neçə dəfə ona demişdilər ki, özünü  yığışdırsın. Spirtli içki qəbul edirdi, Nabrandakı otellərdə sorağı yaxşı yayılmışdı”.
 
Şahid Elsevər Adıgözəlov hadisə günü barəsində də məhkəməyə məlumat verib. O bildirib ki, axşamüstü evdə oturmuşduq. Yemək yeyiləcək vaxt idi. Atama dedim, gəl yemək yeyək. Dedi, siz oturun gəlirəm. Bu vaxt məhəlləyə yüksək musiqi ilə bir maşın gəldi. Qapımız ağzında dayandı. Qapını döyməyə başladı. Atam qapını açmağa getmişdi. Bu vaxtı oğlum gəldi ki, anayla gəldik. Qapını babam açdı. Onlar mübahisə edirlər. Doğurdan da səs-küy gəlsə də, hər gün vərdiş etdiyimiz bir şey idi. Evdə söyüş, dava həyat tərzinə çevrilmişdi.  Birdə səs çoxaldı. Haray-həşir düşdü. Qızlar dedi ki, deyəsən ana babamı vurub qaçdı. Uşaqları evə yığdım. Qonşularda küçəyə yığışmışdı. Artıq mən çölə çıxanda hadisə baş vermişdi”.
 
Prosesdə şahid qismində həmin günü Rəmziyyəni avtomobillə evə gətirən taksi sürücüsü Tacəddin Qurbanov ifadə verib. O ifadəsində bildirib ki, Rəmziyyə onun bibisinin nəvəsidir: “Onu bir neçə dəfə getdiyi yerlərə aparmışam. Hadisə olan günü bacısıgildən gəlirdi. Yolda ərzaq dükanında dayandıq. Uşaqlarına bir-iki şey aldı. Mağazadan çıxanda avtomobil qabaq oturacağında oturdu. Dedim, söz olar, kənd yeridir, arxada otursan məsləhətdir. Dedi, kefim belə istəyir, kim nə deyir, desin. Yolda gedərək maqnitofonun səsini qaldırırdı. Mən isə səsini alırdım. Deyirdi ki, bu gün qələbə qazanmışam, kefim yaxşıdı. Qapıya çathaçatda yenidən musiqinin səsini qaldırdı. Etiraz elədim, dedim, kənd yerində bu cür hərəkətlər yolverilməzdir. Mənə qulaq asmırdı. Pulumu verdi, aşağı düşdü, tələsirdim, çıxıb getdim. Sonradan xəbər tutdum ki, bu cür hadisə baş verib”.
 
Rəmziyyənin şahid qismində dindirilən anası Gülbəniz Əbdürrəhmanova istintaqa verdiyi ifadəsini təsdiqləyib: “Ailələrində münaqişə 2005-ci ildən başladı. Qızım iki qız övladı dünyaya gətirəndən sonra evdə söhbətlər başladı. Qızımı döyürdülər, söyürdülər. Bunlardan xəbərim olub. Gün verib, işıq vermirdilər. 2009-cu ildə Elsevər zəng elədi ki, qızını tövlədə biri ilə tutmuşam, gəl qızına yiyə dur. Durub getdim, Rəmziyyə dedi ki, elə bir hərəkət olmayıb, yalan deyirlər”.
 
Məhkəmədə dindirilən şahid Rüfət Babayev bildirib ki, həmin ailənin qonşusudur: “Gəlini Zəncandan Dərbəndə qədər hamı tanıyırdı, kənddə hamı bilir ki, nə cür həyat tərzi ilə yaşayırdı. Dəfələrlə ona bu barədə xəbərdarlıq edirdik. Bir iki sənəd işi vardı, onu həll eləmişdim. Pul almamışdım, sözümə qulaq asırdı. Hətta ona dəfələrlə deyirdim ki, nə deyirsən edək, bu cür hərəkətlər eləmə”.
 
Məhkəmədə öldürülən qadının övladları da ifadə verib.
 
Mərhumun 9 yaşlı oğlu deyib ki, məhkəmədən çıxandan sonra anası ilə birlikdə hotelə gedib: “Orada bizdən savayı Emin adlı şəxs vardı. Birlikdə çay içdik. Emin telefonda oyun qoyub məni otaqdan çıxardı. Qapını bağladılar. Bir saatdan sonra biz taksiyə minib evə getdik. Yolda anam mənə maşın, bacılarıma isə sac sancağı aldı. Anam maşında qabaqda oturmuşdu. Taksi şoferi nə qədər desə də, o, arxada oturmadı. Evə çatanda babam qapını açdı, anam onu söyməyə başladı, “cındır” dedi. Mən qorxdum evə qaçdım”.
 
Məhkəmə prosesi dekabrın 8-də davam edəcək.
 
Qeyd edək ki, qətl hadisəsi bu ilin iyul ayında Xaçmaz rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov keçmiş gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
 
Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.
 
Ona Cinayət Məcəlləsinin 120-ci( qəsdən adam öldürmə) maddəsi ittiham verilib.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az