• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Erməni terrorçular Azərbaycan xalqından üzr istədilər

14:20 07.07.2021 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Modern.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Lüdvik Mkrtiçyan suallara cavab verib.

O bildirib ki, 1993-cü ildə Qarabağda Ağdərənin kəndində olub, amma həmin vaxt müharibə olmayıb:

"Bir ay həmin ərazidə olmuşam. Sonra Hadrutda olmuşam. Həmin vaxt müalicə olunmuşam. 1994-cü ildə Suqovuşana gəlmişəm. Səngər qazarkən mərmi yanımıza düşdü və kontuziya aldım. Mən o vaxt erməni silahlı birləşməsinin tərkibində olmuşam. Silahlı birləşmə Ermənistan yaratmışdı. Mən də həmin dəstə ilə Qarabağa gəlmişəm. Müharibə idi, nə deyirdilər, onu da edirdik. Döyüşlərdən sonra mən Ermənistanı tərk edib xaricə getmişəm".

Lüdvik Mktiçyan qeyd edib ki, Aprel döyüşlərinə təşkilat vasitəsilə könüllü gəlib:

"Həmin təşkilat xaricdə yaşayan ermənilər tərəfindən maliyyələşir. Onlar da Aprel döyüşlərində məni ora cəlb etdilər. Məcburiyyətdən qoşulmuşam döyüşlərə. Bilirdim ki, Qarabağı ermənilər işğal edib. 2020-ci il oktyabrında tanımadığım adamlarla birlikdə Hadruta gəldim və müdafiəyə qoşuldum. Bilirdim ki, həqiqətən Hadrut Azərbaycan ərazisidir. Amma orda ermənilər yaşayırdı".

Təqsirləndirilən şəxs oktyabrın 20-də Hadrutun adını bilmədiyi kəndində saxlandığını deyib:

"O zaman biz hərbiçilər geri çəkilirdik, meşələrdə gizlənirdik. Komandirimiz yoxa çıxdı, onun hara getdiyini bilmədim. Orada 120 nəfər əsgər var idi. Biz meşəlik ərazidə gizləndik. Bu zaman iki tərəfli istiqamətdən atışma başladı. Biz quyu kimi yerdə dayandıq. Hava qaralandan sonra dağ istiqamətində getməyə başladıq. Səhəri Azərbaycan ordusu tərəfindən əsir götürüldüm. Azərbaycanlı hərbi qulluqçuları özümə düşmən bilmirəm. Kaş belə bir müharibə olmayaydı".

O, hakimin sualına cavab olaraq bildirib ki, döyüşlərdə iştirakına görə 5 medalla təltif edilib: "Hamısı yubiley medallarıdır. Lakin onlar qiymətli medallar deyil".

Lüdvik Mkrtiçyan sonda Azərbaycandan, Azərbaycan xalqından elədiklərinə görə üzr istəyib:

"İnsanıq, hər birimiz səhv edə bilərik".

Prosesdə Alyoşa Xosrovyan da prokurorun suallarına cavab olaraq bildirib ki, Birinci Qarabağ müharibəsində iki ölkə arasında sərhəddə olub:

"Həmin vaxt mən mülki şəxs kimi orda iştirak etmişəm. Səmimiyyətlə demək istəyirəm ki, mən müharibədə könüllü olmamışam. Azyaşlı uşağım var idi, pul qazanmaq məqsədilə döyüşlərə getmişəm. Özümü yalnız Azərbaycan sərhədlərini pozduğum üçün günahkar bilirəm. Mən də sizdən, xalqdan, hamıdan üzr istəyirəm".

Prosesdə təqsirləndirilən şəxslərin yalan danışdığını deyən zərərçəkmiş Famil Əliyev isə bildirib ki, Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan müharibə bitəndən sonra da erməni hərbi birləşməsinin tərkibində olub və azərbaycanlı əsirlərə işgəncələr verib:

"1995-ci ilin may ayında ermənilər döyüşdə çox itki vermişdi, onların meyitlərini Şuşa həbsxanasına gətirdilər. Mkrtçyan da orda idi. Onda bizi amansızlıqla döydülər. İyun ayında Şuşada erməni zabitin toyu idi, bu da hərbçi kimi orda iştirak edirdi. Bunlara ermənilərin "ASALA"sı deyirdilər. Bunlar azərbaycanlılara xüsusi işgəncə verən kimi hörmətli hərbçilər idi".

Zərərəçəkmiş Cavid Hüseyn isə deyib ki, 1995-ci ilin mart ayının 21-də Şuşa türməsində onun gözünün çıxarılması prosesində Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan iştirak ediblər:

"Qarik mənim gözümü çıxaranda əllərimi divara Mkrtçyan və Xosrovyan bağlayıb. Həmin vaxt bunlar ikisi də türmədə bizə işgəncə verirdilər".

Prosesdə sənədlərin tədqiqi mərhələsinə keçid edilib.

Məhkəmə prosesi iyulun 14-də davam etdirləcək. Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.


Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az