• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 11 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Hadisə

İş adamının intiharının ilginc detalları

10:08 23.11.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Özünü güllələyən biznesmen Bəxtiyar Məmmədovun anası: “Adil Ağayev oğlumun pullarını mənimsədi, axırda balam özünü öldürdü, indi də bizi borcla yükləmək istəyirlər”

Qaynarinfo.Az Musavat.com-a istinadən xəbər verir ki, 2013-cü ildə borca görə intihar edən iş adamı Bəxtiyar Məmmədovun ailəsi daha bir problemlə üz-üzə qalıb. Redaksiyamıza müraciət edən mərhumun anası Şəfiqə Məmmədova bildirib ki, əvvəllər Tikinti Quraşdırma İdarəsinin rəisi vəzifəsində işləyən Adil Ağayev heç bir əsası olmadan onlardan 200 min manat pul tələb edir:

“Bəxtiyar Məmmədov bizneslə məşğul idi. Təxminən 2010-cu ildə Adil Ağayevlə işbirliyi qurublar, alış-veriş ediblər. A. Ağayevə bildirib ki, Bəxtiyarı yüksək vəzifəyə qoyacaq. Bunun  üçün Bəxtiyar Məmmədovdan 1  milyon 500 min manat alıb. Daha sonra Bəxtiyar Adilin məsləhəti ilə Xırdalan qəsəbəsində bina tikməyə 1  milyon 350 min manat vəsait ayırır. Bəxtiyarın 450 min manat dəyərində torpaq sahəsi var idi və onu bilinməyən səbəbdən Adil Ağayevin adına keçirib. Çünki Adil özünü Bəxtiyara inandıra bilmişdi. Bəxtiyar onun hər sözünə inanırdı və borc alıb biznesə qoyurdu. Nəhayətdə isə pullarının şəriki tərəfindən yoxa çıxarıldığını başa düşüb”.

Mərhumun anası Şəfiqə Məmmədovanın sözlərinə görə, oğlu bundan sonra özünə qapanmağa başlayıb: “Ana kimi sevinirdim ki, oğlumun işləri alınır. Amma sonra gördüm ki, o, getdikcə geriləyir, 85 kilo çəkidən 60 kiloya qədər düşmüşdü. Özünə qapanırdı, dərdini heç kimə demirdi. 2013-cü il aprelin 10-da mənə zəng edib dedi ki, ”ana, uşaqlardan muğayat ol, sən səbirlisən, onları 15 il saxlayarsan". Əvvəl başa düşmədim. Sonra anladıq ki, özünə qəsd etmək istəyir. Özümüzü ona çatdırmağa çalışdıq, amma alınmadı. Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində avtomobilində özünü silahla vuraraq intihar etmişdi. 

Yas mərasimi keçdikdən sonra Adil Ağayevin yanına gedib onun işləri, olub-qalan pulları haqda maraqlandım. Amma Adil məni birtəhər qarşıladı və oğlumun var-dövlətindən heç bir kəlmə də demədi. Çıxarkən isə bildirdi ki, “nə mənim ona, nə də onun mənə borcu yoxdur”. Axı bu necə ola bilərdi? Mənim oğlum biznesmen idi və bütün pullarını tikintiyə qoymuşdu. Aidiyyəti orqanlara müraciət etdik, bildirdilər ki, Adil Ağayevlə bağlı heç bir məsələ sübuta yetirilməyib. Daha sonra hər gün borclular gəlib pullarını tələb edirdilər. Məcbur qalıb qardaşının, bacısının, özünün evini satdıq.

İndi isə bu yaxınlarda bizə məhkəmədən bildiriş gəldi ki, Adil Ağayev Bəxtiyarın əmisi oğlu Elnur Məmmədovdan 200 min pul tələb edir, onun evinin satılmasını istəyir. Axı bu insan çox kasıb birisidir və onun evindən başqa heç nəyi yoxdur. Üstəlik, heç vaxt Elnur Məmmədov ondan borc pul almayıb. Məsələ belə olub ki, bir dəfə Bəxtiyar yanında işləyən əmisi oğluna zəng edib ki, gedib Adil Ağayevdən 200 min manat götürüb mənə çatdırarsan. O da mənim digər oğlumla birgə gedib pulu götürüb. 

Amma pul borc şəkildə götürülməyib, şərikli biznesə aid olan pul kimi Bəxtiyara çatmalı idi və Adil onu verib. Bu məsələdən neçə il keçib, Adil Bəxtiyarın əmisi oğlunu məhkəməyə verib ki, guya o, pulu borc alıbmış. Axı bu tam yalandır. Bunu məhkəmədə sübut edə bilmirik. Bəxtiyarın intiharından sonra onun pulları, var-dövləti itib batdı. Bu azmış kimi, bütün borcluları ailəsinin üstünə göndərdilər. İndi də guya əmisi oğlunun borc aldığını sübuta yetirməyə, bu yolla pul əldə etməyə çalışırlar. Neyləyək, biz də Bəxtiyar kimi intihar edək? Bəxtiyardan mənimsədikləri pullar hesabına bizim başımıza oyun açırlar. Mətbuat vasitəsi ilə bütün aidiyyəti orqanlara səslənirəm, haqq-ədalətin bərpa olunmasında bizə köməklik göstərsinlər".

Xatırladaq ki, 2013-cü ildə Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində Abşeron sakini, 1974-cü il təvəllüdlü Bəxtiyar  Barat oğlu Məmmədov özünə məxsus “Audi Q7" markalı, 90 RA 353 dövlət nömrə nişanlı avtomobildə ”Vinçestr" markalı silahdan atəş  açaraq özünü öldürüb. Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, sement biznesi ilə məşğul olan Bəxtiyar Məmmədov külli  miqdarda borcu olduğuna görə özünü öldürüb. Bəxtiyar Məmmədovun intiharından sonra onun şəriki, Tikinti Quraşdırma İdarəsinin rəisi vəzifəsində işləyən Adil Ağayev işindən qovulub.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az