• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 11 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Məktəbin yanında qanunsuz göydələn tikən nazir kimdir? (VİDEO)

11:07 23.04.2021 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bakının Xətai rayonunda, Gəncə prospekti 30 ünvanında, 269 saylı məktəbin düz önündə göydələn tikintisinə yenidən start verilib.

MilliYol.az Bakupost-a istinadən xəbər verir ki, ötən il bina tikintisinə cəhd edilsə də, ərazidə yaşayan sakinlərin etirazından sonra bünövrənin qazılması dayandırılmışdı.

Ancaq indi sakinlərin etirazının və müdaxiləsinin qarşısını almaq üçün əraziyə cəlb olunan polislərin müşayiəti ilə qazma işlərinə başlanılıb.

Sakinlər nəyə etiraz edir

Sözügedən ərazi qapalıdır, Gəncə prospektinə birbaşa çıxışı yoxdur. O binaya yol mütləq yandakı binaların həyətindən keçməlidir. Tikilinin prospektə çıxışını isə "Şəms” mərasim evinin böyük binası bağlayır.

Tikilməyə başlanılan göydələnin sol tərəfində 3 binadan ibarət, 455 mənzilli kompleks, sağ yuxarı tərəfində isə 130 mənzilli bina var. 4 binanın heç birinin həyəti, demək olar ki, yoxdur və maşınların saxlanılması, uşaqların oynaması üçün şərait mövcud deyil. Üstəlik, ərazinin sağ tərəfində 7 binadan ibarət böyük kompleks də tikilib və məskunlaşmasına başlanılıb.

İcra başçısı bu məmurdan o qədər qorxur ki... - Xətaidə etiraz aksiyası

Hazırda ciddi sıxlıq, avtomobillərin binaya girişində dəqiqələrlə gözləmə, parklanmada çətinliklər var. Bir müddət öncə binada baş verən yanğın zamanı FHN-in yanğınsöndürəni yanğın baş verən mənzilə yaxınlaşmaq üçün 30 dəqiqədən artıq gözləməyə məcbur olmuşdu. Çünki həyətdəki sıxlıq iri qabaritli maşınların hərəkətini mümkünsüz edir.

Yalnız bundan sonra həyətə giriş-çıxışa nəzarət gücləndirilib. Buna baxmayaraq, sıxlığa nəzarət etmək yenə də mümkün deyil.
455 mənzilli kompleksdə məskunlaşma tam başa çatmayıb, hələ 70-dən çox mənzil boşdur. Məskunlaşmanın tam başa çatmasından sonra binanın həyətinə düşən yoldakı sıxlığın hansı səviyyədə olacağı indidən bəllidir.

Ərazidə yalnız 269 saylı məktəbin önündə 0,3 hektar boş ərazi var – yəni 30 sot. Yeni binanın da tikintisinə orada başlanılıb.

Aksiya və İH məsələyə qarışır

Ötən il 44 günlük savaşdan dərhal sonra sözügedən ərazidə Qaya-İnşaat MTN bina tikilməsi üçün ikinci dəfə qazıntı işlərinə başladı. Sakinlər bu binanın sıxlığı dəhşətli dərəcədə artıracağı, bu ərazidə yaşamağın artıq mümkünsüz olacağını bildirərək, aksiya keçirdi və Xətai rayon İcra Hakimiyyətinə müraciət edildi.

Xətai Rayon İcra Hakimiyyətindən gələn nümayəndələr ərazidə bina tikintisinin münasib olmadığını, bu tikintiyə icazənin ləğv edilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edildiyini, cavab alındıqdan sonra sözügedən ərazidə kiçik park düzəldiləcəyini elan etdi.

Xətai İH-in mediaya da təqdim etdiyi rəsmi açıqlaması budur:

"Xətai rayonu, Gəncə prospekti 2942A ünvanındakı məhəllədə yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 125 saylı, 19.03.2015-ci il tarixli sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi üçün "Qaya-İnşaat” MMC-yə icarəyə verilib.

Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.11.2018-ci il tarixli 1118092941 qeydiyyat nömrəli çıxarışına əsasən yaşayış məntəqələrinin torpaqlar kateqoriyasına aid olan 0,32 ha torpaq sahəsi həmin müəssisənin istifadəsindədir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 24.10.2019-cu il tarixli 33 saylı sərəncamı ilə "Qaya-İnşaat” MMC-nin istifadəsində olan həmin torpaq sahəsində layihələndirilən çoxmərtəbəli yaşayış binasının şəhərsalma normalarına və qanunvericiliyin tələblərinə uyğun tikintiyə icazə verilməsi üçün komitə tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada rəy bildirmələri məqsədi ilə aidiyyəti qurumlara sorğular göndərilib. Hazırda həmin ərazidə heç bir tikinti işləri getmir və nəzarətimizdədir”.

Bu açıqlamadan qısa müddət sonra Fövqəladə Hallar Nazirliyindən əraziyə baxış üçün mütəxəssislər gəldi.

FHN mütəxəssisləri nələri aşkarladı?

FHN mütəxəssisləri ərazidə bina tikintisinin mümkün olub-olmadığını müəyyən etməli idilər. Onlar sakinlərin sözünü eşitmədən, ərazidə də heç bir ölçmə aparmadan yalnız MTK rəhbəri ilə "müzakirələr aparıb” çıxıb getdilər.

Ötən gün ərazidə tikintinin yenidən başlaması isə sübut edir ki, FHN tikintinin "normalara uyğun olması”na qərar verib - baxmayaraq ki, bir neçə ay öncə yanğın törəyən mənzilə FHN yanğınsöndürəni yaxınlaşa bilməmişdi. FHN hansı əsasla icazə verib, hansı ölçmə aparıb, prospektə birbaşa çıxışı olmayan, yolsuz, məktəbdən cəmi 8 metr məsafədə göydələn üçün dərin bünövrə qazılmasını necə sənədləşdirib?

Buna FHN cavab verməlidir.

Şəhərsalma və Arxitektura Komitəsi də ərazidə bina tikintisinin tikinti normalarına uyğun olmadığını mediaya açıqlamasında təsdiqləmişdi və bu barədə MTK rəhbərinə təlimat veriləcəyini vəd etmişdi.

Qeyd edək ki, Şəhərsalma və Arxitektura Komitəsinə 2020-ci ilin yanvar ayında yeni sədr təyin edilib. Prezident İlham Əliyev yeni sədr Anar Quliyevə təlimatlar da vermişdi: Bakıda özbaşınalığa son qoymaq, tikintiləri şəhərin arxitekturasına və yaşayış minimumlarına uyğun aparmaq və s.
A.Quliyev komitə sədri təyin olunandan sonra tikintilərin dayandırılması və yoxlanılması ciddi bir ümid də yaratmışdı. Üstəlik, Komitənin mediaya açıqlaması bu qanunsuz icazənin ləğv ediləcəyi, ərazinin yaşayış üçün cəhənnəmə çevrilməsinin qarşısının alınacağına ümid yaradırdı.
Ancaq qısa müddət sonra Xətai İH-in nümayəndəsi ərazidə yaşayan sakinlərə bildirdi ki, İH verdiyi vədi icra edə bilməyəcək. Çünki Qaya-İnşaat MTK-nı "nüfuzlu bir nazir” himayə edir və o, həm Arxitektura Komitəsinə, həm də İH-ə təsir edir. İH isə bu təsirə dözmək iqtidarında olmadığını etiraf etdi.

Kimdir bu iri nazir?

Hansısa nazirin bu kiçik ərazidə insanların həyatını cəhənnəmə döndərmək üçün təkid etməsi ağlasığmazdır. Niyə, məsələn, alternativ yer təklifi qəbul edilmir? Niyə mütləq məktəbin önündə bu bina tikilməli, məktəbin yolu bağlanmalı, ərazi dözülməz sıxlığa məhkum edilməlidir?

Bu sualların hamısı açıq qalır və hələlik, o nazirin adı də açıqlanmır.

Ərazidə yaşayan sakinlər isə həftə sonu aksiyaya hazırlaşırlar...

 


Etiket:

Digər xəbərlər

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az