• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 11 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Bakı meriyasının tabeliyindəki qurumda 2 milyon manatlıq yeyinti

13:06 16.04.2021 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqlayıb.

APA-nın məlumatına görə, audit 01.01.2019-cu il tarixindən 01.01.2020-ci il tarixinədək dövrü əhatə etməklə, 2020-ci il 31 avqust tarixindən 30 sentyabr tarixinədək keçirilib.

Sənəddə qeyd edilir ki, Suraxanı rayonu ərazisində fəaliyyət göstərən 208, 263, 273 və 277 saylı körpələr evi-uşaq bağçalarının istiliklə təmin olunması mənzil-kommunal sistemi tərəfindən həyata keçirildiyi halda, 4 halda qeyd olunan körpələr evi-uşaq bağçalarının ştat cədvəllərində hər birində 0,5 ştat vahidi olmaqla, ümumilikdə 2 ştat vahidi ocaqçı ştatına görə il ərzində 4787,0 manat vəsait xərc edilib.

Audit nəticəsində məlum olub ki, müvafiq normativlərdə 1-6 yaş kateqoriyasındakı uşaqlara verilməsi nəzərdə tutulmayan 40880,5 manat dəyərində 3408,4 kq kakao məxaricə silinib, 01.01.2020-ci il tarixə olan 70,54 manat məbləğində qalıq isə 2020-ci ildə istifadə edilib. Qida normasının tələblərinə görə, kakao 7-17 yaşlı uşaqlar üçün, 1-6 yaş kateqoriyasındakı uşaqlara isə yalnız dənəvər qəhvə, qəhvə içkisinin verilməsi nəzərdə tutulub. Bundan əlavə, Normalarda yaş qrupundan və müəssisədə qalma saatından asılı olaraq, cəmi verilməli çörəyin miqdarı "buğda çörəyi I növ” və "buğda çörəyi II növ” normasına uyğun verilməli olduğu halda, Normaların tələblərinə əməl edilməyərək, hər iki növ çörəyin əvəzinə yalnız "buğda çörəyi I növ” verilib, 2019-cu ilin yanvar-avqust ayları ərzində ümumilikdə 29129,3 manat məbləğində artıq xərcə yol verilib. Habelə məktəbəqədər təhsil müəssisələri və uşaq evləri üzrə qida rasionunda nəzərdə tutulmamış əlavə 3 adda (sümüksüz mal əti, banan və zeytun yağı üzrə) olmaqla, 715436,2 manat məbləğində ərzaq məhsullarının alışı həyata keçirilib.

Daimi içməli su ilə təmin edilməsinə baxmayaraq, Xəzər rayonunda yerləşən 2 və 213 saylı məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərə su mənbəyindən uzaqda yerləşməsinə görə 20% həcmində əlavə əməkhaqqı ödənilib.

İdarə tərəfindən məktəbəqədər uşaq müəssisələrinə (uşaq bağçalarına) cəlb olunmuş uşaqlar tam dövlət təminatında olmadığı halda, 2019-cu ildə 1 dəstinin qiyməti 47,0 manat olmaqla, ümumilikdə 39668 dəst və ya 1 864 396,0 manat dəyərində geyim formaları (uniformalar) alınmasına büdcə vəsaiti xərc edilib. Sənəddə qeyd olunur ki, əvvəlki audit zamanı da eyni hal qeydə alınmışdı.

"Azərsu” ASC-yə istehlak olunmuş suya görə büdcə vəsaiti ödənildiyi halda, içməli su təminatına görə Suraxanı rayonu üzrə 331 nömrəli uşaq bağçasına 2800,0 manat, Xəzər rayonu 63 nömrəli uşaq bağçasına 70,0 manat, Xəzər rayonu 246 nömrəli uşaq bağçasına isə 3150,0 manat, ümumilikdə 6020,0 manat büdcə vəsaiti ödənilib. Auditlə əhatə olunan ildə məktəbəqədər təhsil müəssisələrində cari təmir işləri üzrə rəsmiləşdirilib, lakin yerinə yetirilməyən işlər (5 halda 9076,3 manat), eyni işə görə təkrar ödəniş (2 halda 8625,5 manat), abadlaşdırma xidmətlərinin göstərilməsi (9 halda 20971,5 manat) adı ilə ümumilikdə 38673,3 manat məbləğində artıq vəsait xərc edilib. Malların (işlərin və xidmətlərin) satınalınmasının ehtimal olunan qiymətləri Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq üsullardan istifadə olunmadan müəyyənləşdirilərək malların alışı zamanı 350000,0 manat məbləğində artıq büdcə vəsaitinin ödənişinə yol verilib.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən auditin nəticələri üzrə akar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə İşçilərin tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq ödənilmiş 5453,0 manat, 1- 6 yaş kateqoriyasındakı uşaqlara dənəvər qəhvə əvəzinə verilmiş kakaoya görə ödənilmiş 40951,0 manat, çörəyin növləri arasında (I növ və II növ) qiymət fərqi üzrə 29129,3 manat, işçilərə su mənbəyindən uzaqda yerləşməsinə görə düzgün olmayaraq ödənilmiş 29207,4 manat (o cümlədən 2020-ci il ərzində 13210,2 manat), istehlak olunmuş suya görə podratçıya artıq ödənilmiş 6020,0 manat, cari təmir, kommunal və kommunikasiya, abadlaşdırma işlərinin yerinə yetirilməsinə görə artıq ödənilmiş ümumilikdə 38673,31 manat, müqavilə şərtlərinə uyğun olaraq xidmətlərin göstərilməsi üzrə gecikdirilmiş günlər üçün hesablanmış cərimə məbləği üzrə 3440,0 manat, 1995-2011-ci illərdə ərzaq məhsullarının alınmasına görə yaranmış 9021,46 manat və Yasamal Qaz İdarəsi üzrə təbii qazın alınmasına görə yaranmış 144,96 manat debitor borc məbləği, malların orta bazar qiymətindən baha alınması hesabına artıq ödənilmiş 350000,0 manat, ümumilikdə 512040,4 manat məbləğində vəsait büdcəyə bərpa edilib.

Eyni zamanda Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş nümunəvi ştat normaları intizamına əməl edilməyərək körpələr evi-uşaq bağçalarının artıq saxlanılmış 2 ştat vahidi ocaqçı ştatının ləğv edilməsinin təmin edilməsi, 01.01.2020-ci il tarixə yaranmış 3 902 404,9 manat məbləğində debitor borc məbləğinin, 872 600,85 manat kreditor borcun bağlanmasının təmin edilməsi tapşırılıb.


Etiket:

Digər xəbərlər

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az