• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 11 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Əli Həsənovun biznes imperiyası: Vəzifədən getsə də...

16:01 30.03.2021 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Ömrünün böyük hissəsini yüksək vəzifələrdə keçirən, siyasi hakimiyyətdəki mövqelərindən, əlaqələrindən, hakim YAP-dakı statusundan və s. istifadə edərək misilsiz dərəcədə varlanan, böyük biznes quran məmurların sırasında “Qaçqınkom”un sabiq sədri Əli Həsənovun xüsusi yerinin olduğu heç kimə sirr deyil. “Köhnə qvardiya”nın “parlaq simalarından” olan Ə.Həsənovun varidatına onun nəvəsi Nail Allahverdiyevin öz bahalı avtomobilində törətdiyi, iki nəfərin ölümü və iki nəfərin yaralanmasıyla nəticələnən qəzadan sonra diqqət xeyli artdı.

Mətbuatda indiyə qədər sabiq “Qaçqınkom” sədrinin yaxın adamlarının adına rəsmiləşdirilən çoxsaylı mal-mülk və biznes strukturlarına dair çoxsaylı məlumatlar yayılıb.

İndi isə belə görünür ki, Ə.Həsənov vəzifəsindən uzaqlaşdırılandan sonra da bu strukturlar öz fəaliyyətini davam etdirir və gəlir gətirir, hətta dövlət büdcəsi qarşısında külli miqdarda borclanır da. Lakin buna görə sabiq məmura və onun şirkətlərinə “gözün üstə qaşın var” deyən yoxdur.

Sosial şəbəkələrdə maliyyə analitiki Ülvi Qasımov tərəfindən Ə.Həsənova aid olduğu bildirilən “Polimer Sənaye Parkı” MMC-nin fəaliyyəti və külli miqdarda vergi borcuyla bağlı maraqlı məlumat paylaşılıb.

Məlumatda vergi orqanının rəsmi saytına istinadla qeyd olunur ki, “Polimer Sənaye Parkı” MMC-nin dövlət büdcəsinə 2 milyon 640 min manat vergi borcu var: “YAP-ın İdarə Heyətindən uzaqlaşdırılan “Qaçqınkom”un eks sədri Əli Şamil oğlu Həsənova məxsus olan biznes strukturlarından birinin –“Polimer Sənaye Parkı” MMC-nin dövlət büdcəsinə 2milyon 640 min manat vergi borcu var ( mənbə : //www.e-taxes.gov.az/ebyn/vergiBorcu.html )

“Polimer Sənaye Parkı” MMC (www.polypark.az) plastik məmulatların istehsalını həyata keçirir. MMC-nin direktoru Əli Şamil oğlu Həsənovun oğlu, polis polkovniki Emin Həsənovun yaxın dostu Rahim Maqsudəli oğlu Maqsudovdur.

Keçmiş məmurlara məxsus müəssisələr dövlətə olan vergi borclarını ödəsələr, bu gün işğaldan azad olunan Qarabağımızın bərpasına tələb olunan vəsaiti formalaşdıran dövlət büdcəmizə böyük kömək olar.”

Belə görünür ki, Əli Həsənov bu qəbildən olan digər bir çox məmurlar kimi, vəzifədən, YAP-ın İdarə Heyətindən uzaqlaşdırılsa da, dövlətin, xalqın "yaxasından" əl çəkmir. Və vəzifədə olduğu vaxt göstərdiyi “xidmətlər” azmış kimi, öz biznesilə də büdcəyə problemlər yaratmaqdadır.

Məsələnin maraqlı tərəfi həm də odur ki, 200-300 manat vergi borcu olan hansısa “dönərxana”nın qapısını kəsən müvafiq strukturlar, nədənsə Əli Həsənov kimilərin böyük şirkətlərinin dövlətə olan külli miqdarda borclarını tələb edib almaqda sanki aciz görünürlər. Bu məbləğdə vergi borcunun yaranmasına necə imkan verildiyi, nədən zamanında bu vəsaitin tələb olunaraq büdcəyə cəlb edilməməsi istər-istəməz, vəzifədən uzaqlaşdırılmasına baxmayaraq, bu tip məmurların hakimiyyətdəki əlaqələrinin, dövlət strukturlarına təsirlərinin hələ də qalmasına dair təsəvvür yaradır.

Əli Həsənovun “biznes imperiyası”na gəlincə, bu şəbəkə təbii ki, bir şirkətlə məhdudlaşmır. Müstəqil jurnalist Cavanşir Həsənli ötən il həmin şəbəkənin bəzi həlqələri barədə material dərc etmişdi. Bu məlumatlardan da görünür ki, sabiq “Qaçqınkom” sədri vəzifədəki illərini qətiyyən “yelə verməyib”.

Həmin araşdırmaya görə, Əli Həsənovun kürəkəni, məlum qəzanı törətsə də, indi azadlıqda lyuks həyatını davam etdirən Nail Allahverdiyevin atası Elman Allahverdiyev hələ 2017-ci ildə Almaniyada milyonlarla avroya aldığı otellə bağlı Qərb mətbuatının "qəhrəmanına" çevrilib.

O, Almaniyanın Hamburq şəhərində ilk şirkətini - LOHIMEX GMBH-ni 2014-cü ildə qeydiyyatdan keçirib. Bu şirkət hazırda logistika sahəsində fəaliyyət göstərir. Elman Allahverdiyev 2015-ci ilin martında Almaniyanın Lüneburg ədliyyəsində GLORIOUS HOTELS RESORTS GMBH şirkətini qeydiyyatdan keçirərək Bad Bevensen kiçik kurort şəhərində, Lerchenweg 1-də yerləşən və bir neçə miyon avro dəyərində olan Kieferneck otelini satın alıb. 2016-cı il maliyyə ilini şirkət 300 min avro zərər vurduqdan sonra Elman Allahverdiyev oteli dəyər-dəyməzinə satıb.

C.Həsənli yazır ki, Azərbaycanda da Elman Allahverdiyevin və Əli Həsənovun qızı Roza Allahverdiyevanın çoxşaxəli biznesi var və bu şirkətlər vasitəsilə keçmiş "Qaçqınkom" sədrinin əziz xələfləri hələ də büdcəyə yol tapırlar. Məsələn, Elman Allahverdiyevin 2004-cü ildə təsis etdiyi "GARDENİA" MMC (hüquqi ünvanı AZ1069, Bakı Şəhəri, Yusif Vəzir Çəmənzəminli, ev 134) yaşıllaşdırma, suvarma sistemlərinin quraşdırılması və satışı sahəsində ixtisaslaşıb, Hollandiya, İtaliya, Almaniya, İsrail, Türkiyə, Rusiyadan müvafiq sistemlərin, gübrələrin, dekorativ ağac və güllərin idxalını həyata keçirir. Şirkət Əli Həsənovun nüfuzu sayəsində iri dövlət sifarişlərindən külli-miqdarda vəsait əldə edib.

Hazırda paytaxtın Atatürk prospektində, Novxanıda və Sumqayıtda hektarlarla ərazidə yaşıllaşdırma sahələri və 3 satış mərkəzi var.

Onun 2007-ci ilin aprelin 3-də təsis etdiyi "SEMARİ" MMC də (hüquqi ünvanı Yasamal Rayonu, Məhəmməd İbn Hinduşah, ev 618 məh.10, m. 16) bitkiçilik və yaşıllaşdırma sahəsində fəaliyyət göstərir. Elman Allahverdiyevin təsiçiliyi ilə daha bir şirkət - "C.T.S. AUTOMOTİV" MMC 2006-cı ilin iyulunda qeydiyyatdan keçib.

Əli Həsənovun qızı Roza Əli qızı Allahverdiyeva "GARDENİA" MMC-nin maliyyə direktorudur. Əli Həsənovun qızı həmçinin 2016--cı ilin mayında qeydiyyatdan keçmiş "GOLDEN HOUSE" MTK-nın təsisçisidir. Şirkət tikinti sektorunda fəaliyyət göstərir və dövlət sifarişlərinin icrasında iştirak edir. Təbii ki, bütün bunlar hələ “aysberqin görünən tərəfləridir”.

Belə məmurların bütün tənqid və faktlara rəğmən bu ölkədə asanlıqla oliqarx həyatı yaşaması, böyük biznesə sahib olması bir yana, hələ üstəlik onlara məxsus şirkətlərin də büdcəyə milyonlarla vergi borcunun olması isə göstərir ki, Azərbaycanda ədalətli, şəffaf, hamı üçün bərabər şərait yaradılan biznes mühitinin formalaşmasına hələ çox var...

Mənbə: Azpolitika.info


Etiket:

Digər xəbərlər

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az