• Xəbər lentİ
Fləş

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Vahid Ələkbərovun oğurlanan milyonları və batdıqca batan – “Yelo Bank”

11:26 23.02.2021 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Ötən ili zərərlə başa vuran “Yelo Bank”a birbaşa olaraq fiziki şəxs, azərbaycanlı milyarder, “Lukoil” Neft Şirkətinin prezidenti Vahid Ələkbərov nəzarət edir. Bankın səhmlərinin 96%-i “Topaz İnvestments Limited” QSC şirkətinə, 3,9% ilə Marina Kulişova Valeryevna və 0,1% payı ilə “İsr Holding”ə məxsusdur.

Marina Kulişova Valeryevna bankda səhmdar, həm də Vahid Ələkbərovun “Topaz İnvestments” şirkətinin direktoru və “Yelo Bank”ın müşahidə şurasının sədridir.

2016-cı ildən ciddi struktur dəyişikliyinə gedən “Yelo Bank” səhmdarların pay bölgüsündə dəyişmələr həyata keçirib. 2016-cı ilin sonunda bankda 91.84% paya sahib olan “Topaz İnvestments” şirkəti 2017 –ci ildə 93,16%-lə, hazırda isə 96%-lə “Yelo Bank”da səhm sahibidir. Həmin ildə “Nikoil” QSC bankdakı 7,98% payını Marina Kulişova Valeryevnaya satıb. 2017-ci ildə isə azərbaycanlı milyarder İsgəndər Xəlilov bankdakı payını 0,19%-dən 0,16-ya salıb. Hazırda isə İ.Xəlilovun (İsr Holdinqin) bankda 0,1% payı var.

Vahid Ələkbərova məxsus bankın talan olunması hələ 2005-ci ildən başlayıb. 12.5 il əvvəlki “Nikoil” İKB-a sədrlik edən Vasiliy Xamaza adıçəkilən bankın 20 milyon manatını mənimsəməkdə ittiham olunmuşdu. 2017-ci ilin yarısına kimi banka sədrlik etmiş V.Xamaza Azərbaycanı tərk edib. Federal və beynəlxalq cinayət axtarışına verilən Xamaza 2018-ci ilin sentyabr ayında Moskva şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Daha sonra banka Gürcüstan vətəndaşı Nikoloz Şurqaia sədr təyin olunur ki, o da bankın vəsaitlərini müxtəlif yollarla talayaraq mənimsəyib. “Kommersant.az”ın bu barədə dəfələrlə yazmasına baxmayaraq, Vahid Ələkbərov və bankın idarəçiliyinə məsul və həmçinin bankın səhmdarı Marina Kulişova Valeryevna heç bir reaksiya verməyib.

Bankın idarə heyyətinin sədri Nikoloz Şurqaia banka təyin olunduğu ildən bu günə qədər əvvəlki “Nikoil Bank” hazırki “Yelo Bank”ın rüblük və illik hesabatları yekunu zərərlə başa vurub. Sabiq sədrin təyin olunduğu illə 2020-ci ilin sonunu müqayisə etsək, görərik ki, “Yelo Bank” 45 milyon 381 min manat zərər edib.

Cədvəldən də göründüyü kimi Vahid Ələkbərovun bankı Nikoloz Şurqaianın təyinatı və bu illər ərzindəki fəaliyyətində xeyli geriləyərək ölkənin ən zəif banklarından birinə çevrilib.

Mətbuatda dərc olunan yazılara görə, N.Şurqaia və onun müavini Fərhad Hacınskinin Gürcüstanda fəaliyyət göstərən “TBC Bank”-ın rəhbərləri ilə ciddi işbirliyi içərisində olub. Onun dövründə “Yelo Bank”-da “TBC Bank”-dan göndərilən 4 nəfər Gürcüstan vətəndaşı çalışıb.

Nikoloz Şurqaianın Gürcüstanın bank sektorunda ciddi əlaqələri olub və o, bu əlaqələrdən daha çox şəxsi mənfəəti üçün istifadə edib. Bu zaman “Yelo Bank”-ın vəsaitlərini də istifadə etməkdən çəkinməyib.

Məlumata görə, “Yelo Bank”-ın hələ də mənfəətlə işləyə bilməməsinin səbəbi elə bununla bağlıdır. Belə ki, N.Şurqaia və F.Hacınski bankın vəsaitlərini bankdan kənarda qeyri-bank fəaliyyətinə yönəldib milyonlarla dollar gəlir əldə ediblər. Konkret ifadə etsək, Vahid Ələkbərovun pullarını işbirliyində olan tikinti şirkətlərinə, habelə Gürcüstanın “TBC Bank”-nın Azərbaycanda təsis etdiyi Bank Olmayan Kredit Təşkilatı (BOKT) – “TBC Kredit”-ə yönləndiriblər.

Məlumatlarda qeyd olunurdu ki, “Yelo Bank”-dan külli miqdarda vəsaitin adıçəkilən BOKT-a yönləndirilməsi işinə bilavasitə Nikoloz Şurqaia, Spartak (Azərbaycanda Nukri kimi tanınır) Tetraşvili, sədr müavini Fuad Tağıyev və departament direktoru Fuad Mədətov rəhbərlik ediblər. Bankın çökdürülməsində mühüm rol oynamış Gürcüstan vətəndaşları N.Şurqaianın istefaya göndərilməsi ilə eyni zamanda ölkədən gediblər. BOKT-da isə Spartak Tetraşvilini vaxtı ilə onun əlaltısı olan Əjdər adlı şəxs əvəzləyib.

Xatırladaq ki, N. Şurqaia “Yelo Bank”-dan əvvəl “Rabitə Bank” ASC-nin İdarə Heyətinin sədri, sonra “Unibank”-ASC-da yüksək vəzifədə çalışıb. Hər iki kommersiya qurumundan yarıtmaz fəaliyyətinə görə qovulub. Son nəticədə dörd il yarıma “Yelo Bank”-ı çökdürdükdən sonra buradan da uzaqlaşdırılıb. Amma o və kamandası bank sektorundakı əməllərinə görə cəzasız qalıb.

Qeyd edək ki, N. Şurqaianın və ətrafındakı şəxslərin qanunsuz əməlləri barədə dəfələrlə Azərbaycan Mərkəzi Bankında (AMB) müraciət və şikayət edilsə də, heç bir tədbir görülməyib. Belə müraciətlər bir neçə dəfə mətbuatda da işıqlandırılıb, amma nəzarətçi qurumlardan heç bir reaksiya olmayıb.

“Yelo Bank”ın idarə olunmasında həmişə ciddi problemlər olub. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğv olunana qədər bankda bir neçə dəfə yoxlama aparıb və ciddi qanun pozuntuları üzə çıxarıb. Sonuncu yoxlama zamanı vəsaitlərin bankdan kənar fəaliyyətlərə yönləndirilməsi məlum olub.

Bütün bunların nəticəsində bankın əsas sahibi azərbaycanlı milyarder, “Lukoil” Neft Şirkətinin rəhbəri Vahid Ələkbərov “Yelo Bank”-a əlavə sərmayə yönəltsə də, xeyri olmayıb.

Bankdakı oğurluq işlərində idarə heyətinin sədrlərindən başqa filial müdirləri və kiçik vəzifəli şəxslər də iştirak edib. 2019-cu ilin əvvəllərində o vaxtkı “Nikoil” İKB-nin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul kreditinin verilməsinə görə onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi təkrarən istəyərək almalarına, həmçinin vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhə olduğundan faktla bağlı cinayət işi başlamışdı.

Bundan başqa, istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min manat məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr ortaya çıxmışdı.

Nəticədə R.Talıbov, V.Qasımov və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs, N.İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Hər il daha da geriləyən “Yelo Bank” 2020-ci ilin 39 milyon 748 min manat xalis zərərlə başa vurub.

Bankın müştərilərinə verdiyi xalis kreditləri 7 milyon 154 min manat azalaraq 249 milyon 679 min manata düşüb. Bu da bankın cəmi aktivlərinin 93 milyon 804 min manat azalmasına səbəb olan əsas göstəricilərdən biridir.

MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİB

“Yelo Bank” 1 il ərzində 79 milyon 87 min manatlıq depozit itirərək depozit portfelini 235 milyon manatadək endirib. Buna görə də bankın cəmi öhdəlikləri 83 milyon 696 min manat azalaraq 333 milyon 839 min manata enib.

Bankın faiz gəliri 4 milyon 134 min manat azalaraq 53 milyon 538 min manata, faiz xərcləri isə 2 milyon 155 min manat artaraq 18 milyon 965 min manata çatıb. Buna görə də bankın xalis faiz gəliri 6 milyon 289 min manat və ya 15,% azalaraq 34 milyon 573 min manata düşüb. Bankın qeyri-faiz gəliri 1 milyon 255 min manat azalaraq 3 milyon 783 min manata düşsə də qeyri-faiz xərcləri 6 milyon 641 min manat artaraq 40 milyon 802 min manata çatıb. Nəticədə bankın əməliyyat zərəri 14 milyon 185 min manat artaraq 2 milyon 446 min manat olub.

“Yelo Bank”ın xalis zərəri isə 39 milyon 816 min manat artaraq 39 milyon 748 min manata yüksəlib.

Banklar haqqında qanuna görə Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalı 50 milyon manatdan aşağı düşərsə o zaman o bankın lisenziyası ləğv oluna bilər. “Yelo Bank” isə bu normativə cəmi 3 milyon 805 min manat fərqlə cavab verə bilir. Çünki, bankın məcmu kapitalı 1 il ərzində 15 milyon 152 min manat və ya 22% azalaraq 53 milyon 805 min manata düşüb.

Vahid Ələkbərov bankına milyonlarla manat yatırım etməsinə baxmayaraq, “Yelo Bank” 2020-ci ilin sonunda 39 milyon 748 min manat zərər etməsi bankın aktivlərə görə faiz zərərini (ROA) 10%dən çox edib. Halbuki bu göstərici 2019-cu ilin sonunda 68 min manatla 0,01% aktivlərə görə faiz gəlirliyi əldə edib.

Xatırladaq ki, Azərbaycan banklarında yerləşdirilən əmanətlər ən azı 8%-dən başlayır. Avropa ölkələrində isə bu rəqəm 1%-dən başlayır. Yəni Vahid Ələkbərov əldə olan vəsaiti yerli və ya avropa banklarında əmanət olaraq yerləşdirsəydi, daha artıq gəlir əldə edə bilərdi.

Bankın kapitala görə faiz zərəri (ROE) isə 69,1%-dən çox olub ki, bu da 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 79,2% çoxdur.

Mənbə: kommersant.az


Etiket:

Digər xəbərlər

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

09.06.2026
Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az