• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 11 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Hadisə

Azərbaycanlı İŞİD-çi ölən dostunun arvadını özünə ikinci arvad elədi

14:27 12.11.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
“Abu Hafz”, “Abu Yəhya”, “Abu Xalid”, “Muaz”, “Abdulhaqq“, “Abu Ali”, “Abu Salim”, “Abdurrahman”, “Abu Yusif” və daha kimlər, kimlər... Bu adlar sizə qəribə gəlmirmi, heç nə demirmi? Yox, onların heç biri milliyyətcə ərəb deyil, onlar Azərbaycan gəncləridir. Söhbət Suriyada hökumət qüvvələrinə qarşı döyüşən, özlərinə dini ləqəb seçən bu gənclərdən gedir. O gənclərdən ki, cihad adı ilə Yaxın Şərqə üz tutublar, İŞİD, «Cəbhətul Nüsra”, “Cundu Şam” kimi radikal təşkilatlarda təlim keçiblər, onların tərkibində döyüşüblər. Özləri azmış kimi, üstəlik həyat yoldaşlarını da Suriyaya gətizdiriblər. Aralarında döyüşlərdə yaralanan da var, əsir düşən də, ölən də.


Maraqlıdır, bəs görəsən İntiqam Əliyevin “Abu Hafz”a, Pərvin Məhərrəmovun “Abdulhaqq”a, Mahir Musayevin “Muaz”a, Zərbəli Abdullazadənin “Abu Ali”yə, Tural Məmmədovun “Abu Salim”ə çevrilməsinin səbəbi nə olub?

Bakı Ağır Cinayətlər Məhkəməsində 1987-ci il təvəllüdlü Bakı şəhər sakini Zərbəli Abdullazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Samir Əliyev sədrlik edib.

Yenə “Azəri camaatı”, yenə də “Abu Hafz”

İttihama görə, Zərbəli Abdullazadə 2013-cü ilin aprel ayında qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçib. Həmin dövlətin ərazisində qanunsuz fəaliyyət göstərən “İslam Dövləti” (İŞİD) terror təşkilatının, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edib.

Suriyada gedən prosesləri internet portalında izlədikdən sonra həmin ölkəyə yollanan Z.Abdullazadə Artma vilayətində “Abu Hafz” ləqəbli İntiqam Əliyevin rəhbərlik etdiyi “Azəri camaatı”na qoşulub.

Z.Abdullazadə ötən il dekabrın 25-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 12.1,218.2 və 12,1,279.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Abu Ali”nin Suriyaya səfəri: cihad yoxsa, dost əmənəti?

Təqsirləndirilın şəxs qismində dindirilən dini ləqəbi “Abu Ali” olan Zərbəli Abdullazadə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 2007-ci ildən İslam dininin Əhli Sünnə məzhəbinin Sələfi təriqəti üzrə ibadət etdiyini, onunla eyni qəsəbədə yaşamış yaxın dostu, Suriyanın Artma şəhərində olan “Abdulhaqq” ləqəbli Pərvin Məhərrəmovla telefon əlaqəsi saxladığını deyib. Söhbət əsnasında Pərvin ondan Bakıda yaşayan həyat yoldaşını Suriyaya gətirməsini xahiş edib. Həmin ərəfədə Artma olan “Muaz” ləqəbli Mahir Musyaev də onunla əlaqə saxlayaraq həyat yoldaşı Türkanı Suriyaya gətirməsini istəyib. Z.Abdullazadə “Abdulhaqq” və “Muaz”ın xahişi ilə onların hər ikisinin həyat yoldaşını Suriyaya aparmağa razılaşıb.


“On gün “Abu Hafz”ın camaatına məxsus evdə qaldım”

İstintaqa verdiyi ilkin ifadəsində Z.Abdullazadə 2013-cü ildə Suriyada başlayan döyüşlər barədə internetdən və kütləvi informasiya vasitələrindən eşitdiyi xəbərlərdən təsirlənərək orada hökumət qüvvələrinə qarşı olan cihadda iştirak etmək qərarına gəldiyini göstərib: “Artmada Azərbaycan camaatında iştirak edən dostum Pərvinlə əlaqə saxlayıb döyüşlərə qatılmaq istədiyimi dedim. Pərvin fikrimi bəyəndi, Suriyaya gələcəyim təqdirdə məni qarşılayacağına söz verdi. Pərvin məni “Abu Hafz”ın camaatına qoşulmağa dəvət etdi. Mən gələcəyimi biləndə Pərvin həyat yoldaşı Rabiyyəni də gətirməyi xahiş etdi. Sonra da Mahir mesaj yazıb gələrkən onun həyat yoldaşını da Suriyaya gətirməyimi istədi”.

2013-cü ilin aprel ayının 3-də “Abdulhaqq”ən və “Muaz”ın həyat yoldaşları ilə birlikdə təyyarə ilə əvvəlcə Türkiyəyə, oradansa Suriya ilə sərhəd olan Hatay vilayətindən Artmaya keçib. Artmada onları “Abdulhaqq” qarşılayıb, yaşadığı evə gətirib. Bir qədər sonra “Muaz” da gələrək həyat yoldaşını öz yanına aparıb.

“Abdulhaqq”ın evində olarkən Zərbəli ilk dəfə “Azəri” camaatına rəhbərlik edən “Abu Hafz”la görüşüb: “Suriyada olarkən 10 gün “Abu Hafz”ın camaatına məxsus evdə qaldım. Orada mənimlə birlikdə silahlı dəstə üzvləri vardı. Söhbətlərdən belə başa düşürdüm ki, həmin şəxslər Muhasqara (təlim düşərgələri) gedərək orada təlim keçirdilər”.

“Dostum “Abdulhaqq”ın döyüş zamanı öldüyünü eşitdim”

On gün Artmada yaşayan Z.Abdullazadənin diqqətini orada yaşayanların dini qaydalarla idarə olunması çəkib. Artmanın dindar ailələrin yaşaması üşün əlverişli hesab edən “Abu Ali” ailəsini də götürüb Suriyaya qayıtmağı planlaşdır. Amma Azərbaycana qayıtdıqdan bir müddət sonra yaxın dostu, “Abdulhaqq”ın döyüşlərin birində öldürüldüyünü eşidir. Bu səbəbdən də Suriyaya qayıtmağı ləngiyir.


Əri “Abdulhaqq”ın ölümündən sonra Rabiyə Məhərrəmova da Azərbaycana qayıdır. Z.Abdullazadə ifadəsində göstərib ki, döyüşdə ölən dostunun arvadının maddi sıxıntı içərisində yaşadığını görüb və onunla evlənmək qərarına gəlir. Bu barədə həyat yoldaşına dedikdə qadın bu işi onun öhdəsinə buraxıb. Və birinci həyat yoldaşının razılığını aldıqdan sonra “Abu Ali” ötən ilin mart ayında Rabiyə ilə evlənib.

Rakkaya getmək istəyi və türk jandarması

2015-ci ildə Z.Abdullazadə Suriyanın Rakka şəhərinə getməyi qərara alır. İŞİD-in tərkibində döyüşən “Əbusəlim” ləqəbli dostu Tural Məmmədovla əlaqə saxlayır. “Əbusalim” ona Rakkada İŞİD-in sıralarına qoşulanlara yaxşı şərait yaradıldığını, qruplaşma üzvləri olan hər bir şəxsin ailəsi üçün əlverişli şərait olduğunu deyir. İŞİD-in tələblərinə biyət edəndən sonra orada dini tələblərə uyğun olaraq yaşamağa və işləməyə qərar verir. Qruplaşmanın tərkibində əlimdən gələn işləri görməklə həm onların fəaliyyətinə köməklik edəcəyini, həm də öz ailəsini dolandırmağı qarşısına məqsəd qoyur.

Amma xaricə çıxış qadağası olduğu üçün şəxsiyyət vəsiqəsindəki Abdullayev soyadını Abdullazadəyə, Zərbalı adını isə Zərbəli olaraq dəyişdirir. Ötən ilin iyul ayında “Abu Ali” ailəsi ilə birlikdə Türkiyəyə yollanır. Bir müddət sonrasa ikinci həyat yoldaşı Rabiyyəni də Türkiyəyə dəvət edir. Lakin Z.Abdullazadə Türkiyədə bir neçə ay yaşadıqdan sonra ailəsi və uşaqları ilə birgə Suriyaya keçmək üçün İstanbuldan Qaziantep şəhərinə gələrkən Qaziantep Jandarması tərəfindən saxlanılır. Ailə üzvləri Azərbaycana deportasiya olunurlar. “Abu Ali” Ərzurumdakı geriyə göndərmə mərkəzinə təhvil verilir, uzun müddət sonra o da Azərbaycana deport edilir.


“Mənə dedi ki, cihadda iştirak etmək üçün “Abu Hafz”ın dəstəsinə qoşulmuşam”

Şahid qismində dindirilən Rabiyyə Məhərrəmova ifadəsində göstərib ki, 2012-ci ildə Pərvinlə ailə həyatı qurub. Bir il sonra Pərvin işləmək məqsədilə Türkiyəyə gedib. Oradan zəng vuraraq İstanbula gəlməyi tapşırıb: “Dedi ki, tək gəlmə, Zərbəliyə demişəm, onunla gələrsən. Mən də razılaşdım. Zərbəli məni və Türkanı təyyarə ilə Türkiyəyə apardı. Getməmişdən əvvəl Pərvin demişdi ki, Hatay vilayətində Reyhanlı qəsəbəsində yaşayacağıq. Həmin kəndə çatanda bizi Pərvin qarşıladı. Pərvin özü mənə dedi ki, Suriyada hökumət qüvvələrinə qarşı dini müharibədə, cihadda iştirak etmək üçün “Abu Hafz”ın dəstəsində döyüşürəm. Türkanla məni yaşadığı evə apardı”.

 “Onun ölümündən sonra “Abu Ali” ilə ailə qurdum”

2013-cü ilin avqust ayında “Abdulhaqq” İŞİD terrorçu qruplaşmasına qoşulmaq məqsədilə onu Haritan şəhərinə aparıb. Həmin vaxtlar əri artıq döyüşlərdə iştirak edirmiş. Həmin ilin noyabr ayında döyüş əməliyyatları zamanı “Abdulhaqq” həlak olur. “Muaz” həyat yoldaşı Türkanla Azərbaycana qayıtmaq üçün onlara yolpulu verir. Azərbaycana qayıtdıqdan sonra isə 2015-ci ildə “Abu Ali” ilə ailə qurur, onunla birlikdə Qızıldaş qəsəbəsində yaşayır.


İş üzrə şahid qismində dindirilən “Muaz” ləqəbli Mahir Musayevin (hazırda həbsdədir - virtiualaz.org) həyat yoldaşı Türkan Məmmədovanın ifadəsində maraqlı məqam ortaya çıxıb. Şahid ifadəsində Əhli Sünnə təriqəti üzrə ibadət etdiyini, 2012-ci ildə orta məktəbi bitirdikdən sonra Mahirlə ailə həyatı qurduğunu, evləndikdən bir neçə ay sonra Mahirin iş tapmaq məqsədilə Türkiyəyə getdiyini göstərib. Gedəndən bir ay sonra Türkanla əlaqə saxlayaraq “Abu Ali” ilə Türkiyəyə gəlməyi tapşırıb: “Zərbalı ilə görüşdüm, yanında Rabiyyə bir qadın da vardı. O da həyat yoldaşının yanına gedirdi. Zərbalı ilə danışdığım müddət ərzində, eləcə də yolda gedərkən onun üzünə baxmamışam, üzümdə niqab vardı”.

 “Oraya çatanda Türkiyədə olmadığımı anladım”

Şahidin ifadəsinə görə, Rabiyyə və Zərbalı ilə birlikdə Gəncədən təyyarə ilə Türkiyəyə, oradan Hataya yola düşüblər. Oradan Mahirin yanına avtomobillə gediblər: “Mahirin yanına çatanda Türkiyədə olmadığımı anladım. O, mənə Suriyada olduğumu dedi. Bir neçə ay Suriyada qaldıqdan sonra Mahir üzv olduğu qruplaşmadakı şəxslərlə dini baxışları arasında ziddiyyətlər yaranması səbəbindən geri qayıtmaq qərarına gəldi. Ötən ilin yanvar ayında Suriyadan çıxaraq Türkiyəyə gəldik”.

Məhkəmənin dünənki qərarı ilə Z.Abdullazadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
DÇ-2026: Futbol bayramı başlayır

DÇ-2026: Futbol bayramı başlayır

11.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az