Almaniya məhkəməsi, sevgili olduqları iki il əvvəl üzə çıxan 14 yaşlı qızın 47 yaşlı dayısı ilə münasibət qurmasına rəsmən icazə verib.
ATV.az “Bild qəzeti”nə istinadən xəbər verir ki, iki il əvvəl yeniyetmə Cozefina ilə dayısı Qerritin yaxın əlaqəda olduğundan xəbər tutan qızın ailəsi onların görüşməsinə mane olmağa çalışıb. Lakin hazırda 16 yaşı olan Cozefina dayısıyla görüşməsinə mane olan ailəsini məhkəməyə verib. Qızın şikayətindən sonra Brandenburq əyalətinin ali məhkəməsi yeniyetmənin lehinə qərar verib.
Hakimlərin fikrincə, qızın 33 yaş böyük dayısı ilə münasibətini dayandırması onun sağlamlığına pis təsir edə bilər. Psixoloqların da rəyini nəzərə alan məhkəmə qızın ailəsini bu vəziyyətlə barışmağa çağırıb.
Qeyd edə ki, qızla dayısının sevgili olması onların yoxa çıxmasından sonra məlum olub. Cütlükdən xəbər tutmayan ailə, onların tapılması üçün polisə müraciət edib. Beynəlxalq axtarışa verilən cütlüyün Fransanın cənubunda istirahət etdiyi üzə çıxıb.
MilliYol.Az
Fotolar
loading...