• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Səlahiyyəti əlindən alınan banklar kimə məxsusdur?

17:31 27.04.2020 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bu gün Mərkəzi Bank ölkədə kifayət qədər tanınan 4 bankın “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC-nin səlahiyyətlərinin alınması ilə bağlı məlumat yaydı.

Məlumata deyilir ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Yəni bank rəhbərlərinin səlahiyyətləri formal olaraq olaraq qalır.

Qeyd edək ki, səlahiyyətləri alınan banklar kifayət qədər tanınmış şəxslərə məxsusdu.

“Yeni Sabah” bildirir ki, “Atabank” keçmiş Vergilər naziri Fazil Məmmədova məxsus olub. Ötən il sabiq nazir Fazil Məmmədov tərəfindən bankın rəhbərliyinə gətirilən qohumlarının – bacısı oğlu Dəyanət Quliyev və yeznəsi Namiq Quliyevin “AtaBank”ı iflas həddinə çatdırdıqları, vəsaitləri müxtəlif vasitələrlə mənimsədikləri iddia olunub. Bunula bağlı nə bank, nə adları çəkilən şəxslər, nə də Fazil Məmmədov bu məlumatları təkzib etməyib.

“AtaBank” maliyyə hesabatında göstərib ki, 22 min manat mənfəəti var. Amma “AtaBank”ın kredit portfelində göstərdiyi, amma əslində, kredit vermədiyi milyonlarla vəsait var. “AtaBank” guya hansısa hüququ şəxsə 22.5 milyon dollar kredit verib, girovu da yoxdur. Həmin şirkətin də kapitalı 10 manatdır. Əslində, bu kredit verilməyib və verilə də bilməz. Çünki həmin dövrdə “AtaBank”ın o qədər pulu olmayıb. “AtaBank” guya verdiyi krediti hesabatlarda aktiv kimi göstərir. Başqa bir şəxsə isə “AtaBank” guya 50 milyon dollar kredit verib. Halbuki o krediti verməyib.

Onu da xatırladaq ki, “Atabank” ASC koronavirus pandemiyası ilə bağlı Koronavirus Fonduna 100 min manat ianə edib.

“AGBank” ASC isə keçmiş deputat Çingiz Əsədullayevə məxsusdur. Belə ki, Çingiz Əsədulayev keçmiş MTN şefi Eldar Mahmudovun biznes ortağı olub. Ancaq 2015-ci ildə Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra Çingiz Əsədullayev deputat seçilə bilməyib. Həmçinin Çingiz Əsədullayev Eldar Mahmudovun bacısı Elmira xanımla - Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dost olub. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxuyub. Belə ki, Çingiz Əsədullayevin Eldar Mahmudovun pullarının Azərbaycandan ofşor yollarla çıxarılmasında adı hallanırdı.

“NBCBank” ASC isə Nurgün Qrup MMC-nin rəhbəri Nuru Əliyevə məxsusdur. 17 dekabr 1992-ci ildə yaradılıb. Əvvəlki adı "Ruzu" Bank. 2002-ci ildən adını dəyişərək "NBCBank" olub. Son devalvasiyadan sonra lisenziyası ləğv edilsə də, qısa müddət sonra ciddi bir açıqlama olmadan yenidən fəaliyyətinə icazə verildi. 2017-cı ildə N.Əliyev bankın kapitalındakı iştirak payını 57,51%-dən 69 faizə qədər artırıb və beləliklə bankın demək olar tam sahibinə çevrilib. Əslində Nuru Əliyev kimdir?

Azərbaycan yeni müstəqillik qazanan illərdə Nuru Əliyevin aeroportda gömrük rəisi olub. Burada qısa müddətdə varlanan N.Əliyev indi ölkənin ən böyük holdinqlərdən birinə çevrilən “Nurgün” Holdinqin əsasını qoyur. Aeroport gömrüyünü öz nəzarətində saxlaması ona yüzlərlə xarici brendin disribütorluğunu alaraq ölkəyə müxtəlif məhsullar keçirib qısa müddətdə fantastik dərəcədə varlanmağa şərait yaradıb. Onun ölkəyə gətirdiyi məhsulların spektri o qədər geniş olub ki, adam heyrətlənməyə bilmir. Çoxsaylı xarici avtomobil brendlərindən tutmuş, siqaretlərə qədər...Onu da qeyd edək ki, Nuru Əliyev bir zamanlar kifayət qədər imkanlara malik olan Hafiz Məmmədvla (Hafka) da quda olub.

Qeyd edək ki, “NBCBank” hətt ötən il depozit yerləşdirənlər üçün faiz dərəcəsini illik olaraq ən yüksək - 12.5%-ə qaldırsada bu onun nüflis olmaqdan xilas etməyib. Maraqlı məqam burasındadır ki, bu qədər imkanlara malik bank müdiri koronavirusla bağlı yaradılan fonda “NBCBank” adından hər hansı bir ianə də etməyib.

“AmrahBank” ASC-nin kimə məxsus olması isə Azərbaycanda demək olar ki, böyükdən kiçiyə hamıya məlumdu. Azərbaycanın bank rəhbərlərindən hesab olunan Yunis İldırımzadə, Bankın təsisçisi kimi, yarandığı gündən onun sürətli inkişafında müstəsna rol oynamışdır. Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. 10 il müxtəlif dövlət strukturlarında fəaliyyət göstərmişdir. Bu sahədə son olaraq Azərbaycan Dövlət Yanacaq Komitəsində rəhbər vəzifələrin birində çalışmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra fəal olaraq özəl bank sektoruna qoşulmuşdur. 1993-cü ildən “Amrahbank”ın Müşahidə Şurasının Sədridir.

Yarandığı gündən yüksələn xətt üzrə inkişaf edən “Amrahbank” 2015-ci ildəki devalvasiyadan sonra özünə gələ bilmədi. Belə ki, 2018-ci ilin yekununda “Amrah Bank”ın öhdəlikləri aktivlərini üstələyib. Bu haqda məlumat isə bankın müvafiq dövrün hesabatında yer alıb. Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu üzə çıxarıb. Hesabata görə, 2018-ci ilin əvvəlinə Bank 199,864 milyon manatlıq cəmi aktivlərə, 210,919 milyon manatlıq cəmi öhdəliklərə malik olub. Son nəticədə kredit təşkilatının cəmi kapitalında 11,055 milyon manatlıq çatışmazlıq yaranıb (yəni kapitalı mənfiyə düşüb). Faktiki olaraq audit yoxlamasından sonra Bankın müflis olduğu üzə çıxıb. Amma “Amrah Bank” özünü rəsmi olaraq müflis elan etməyib.

Qeyd edək ki, müflis durumda olmağına baxmayaraq “Amrah Bank” koronavirusla bağlı fonda digər banklardan fərqli olaraq 200 min manat pul köçürüb.

Onu da qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Yunis İldırımzadə Xətai rayonunun prokuroru Yusif İldırımzadə ilə qardaşdır. Yusif İldırmzadə isə keçmiş Daxili İşlər naziri Ramil Usubovla qudadı. Həmçinin Yunis İldırımzadənin oğlu Əmrah İldırmzadənin adı “Günay Bank” işi kimi tanınan cinayət işində Emin Zeynalova faizə pul verənlər sırasında da hallanmışdı. Belə ki, o, Zeynalova 300 min ABŞ dollar pul vermişdi.


Etiket:

Digər xəbərlər

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az