• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

Şəhidin xanımı: “Uşaq atasının şəhid olduğunu bilmir“ - FOTOLAR

22:36 17.05.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
"Çalışıram Muradın ölümünü uşaqlardan gizli saxlayım. Təbii, oğlumuz Nurlan anlayır ki, burada nəsə var. Bilirsiniz, Murad şəhid olub. İstəyirəm uşaqlar dərk etsinlər ki, ataları ölməyib, şəhidlik zirvəsinə ucalıb. Uşaqlar ölümün nə olduğunu bilirlər, şəhidliyi başa düşmürlər. Bunu onlara izah etməyə çalışıram".

Bunu "Report"a döyüş tapşırığını yerinə yetirərkən şəhid olan, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva deyib.

İxtisasça həkim olduğunu söyləyən F.Mirzəyeva bu çətin vaxtlarda uşaqları ovundurmağa, başlarını qatmağa çalışdığını soyləyib: 
"Məncə, anadan yaxşı psixoloq yoxdur. Uşaqlar atalarına çox bağlı idilər. Allah heç kəsi aciz qoymasın. Mən xaraktercə güclü insanam. Amma uşaqlar nəsə soruşanda sualın qarşısında aciz qalıram. Soruşurlar ki, ata haradadır, niyə gəlmir? Bu suallar insanın ürəyini parçalayır. Bilmirəm nə cavab verim".

O qeyd edib ki, şəhid M.Mirzəyevlə vida mərasiminə övladlarını gətirməyib: "Müdafiə Nazirliyində medal təqdim olunarkən uşağı ona görə apardım ki, bu, onun yaddaşında qalmalıdır, atası şəhid olub. Zamanla başa düşəcək ki, niyə döyüşüb, atası niyə şəhid olub. Nurlan kitabçanı götürdü, oxudu, orada yazılıb ki, Murad Mirzəyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Məndən soruşdu ki, ana, niyə bura "ölümündən sonra" yazılıb? Birtəhər başa saldım ki, zamanla hər şeyi başa düşəcəksən, dərk edəcəksən. Birinci sinifdə oxuyur, təbii ki, dərk edir. Binada hər kəs bilir, amma heç kim atasının şəhid olduğunu Nurlana demir. Müsəlmanıq, inanmıram, kimsə uşağa bu hadisəni desin. Bəlkə uşaqlar deyə bilər..."

F.Mirzəyeva həyat yoldaşı ilə son danışıqlarını da bölüşüb: "Aprelin 2-də axşamüstü danışdıq. Həddindən artıq çox qapalı insan idi. Cəbhədə baş verənlərlə əlaqədar ona sual verə bilməzdim. Sual versəydim belə cavablandırmırdı. Bəzən mənə deyirlər, sənə nəsə demədi? Qəti şəkildə mənə nəsə demirdi. Evdən çıxanda həmişə evi Nurlana tapşırırdı. Nurlana deyirdi ki, mən gedirəmsə, evdə kişi sənsən, anan sənə əmanətdir. Sonuncu dəfə gedəndə həmişə necə gedirdisə, elə getdi. Ayın 2-də əlaqə saxladı, soruşdum ki, Murad xəbərlər yayılıb ki, cəbhədə gərginlikdir, siz hansı tərəfdəsiniz? Dedi mən belə xəbərləri eşitməmişəm. İnanırsınız həmin vaxt da mənə bir kəlmə söz demədi... Mənə bircə "salamatam" dedi. Sonra yazdım ki, özündən muğayat ol, nə olursa-olsun, evə salamat gəl. Ayın 3-də əlaqə yarada bilmədim, hiss elədim ki, nəsə olub. Aprelin 4-də bizə dedilər ki, vəziyyət gərgin olduğundan, Muradgilin briqadası ilə əlaqə kəsilib. Həmin gün başqa bir zabitin həyat yoldaşı zəng edib mənə başsağlığı verdi. Təsəvvür edin, necə olaram?! Həmin vaxt da Murad adlı başqa bir polkovnik şəhid olmuşdu. Amma soyadlar fərqli idi. Fikirləşdim, səhv salıblar, elə şey ola bilməz, inanmadım. Həmişə yoldaşıma deyirdim ki, sənin haqqında mənə nə desələr belə, heç kimə inanmaram. Yalnız özündən məlumat aldıqdan sonra inanırdım. Sonra hərbi hissə ilə əlaqə saxladım, onlar da məlumatsız olduqlarını dedilər. Düşünürdüm ki, qayıdacaq... Təsəvvür edin, ayın 10-na qədər evin içində çaxnaşma olub. Vaxt keçdikcə başa düşürdüm ki, vəziyyət yaxşı deyil. Aprelin 10-da Muradın meyitini Gəncəyə gətiriblər, orada tanımışdılar, onda anladım ki, Murad şəhid olub. Uşaqlara bildirmədim, cənazə də gələndə uşaqları çıxardım evdən. İstəyirəm ki, ataları uşaqların yaddaşında canlı kimi qalsın, yaddan çıxmasın. Çox çətindir... Nə qədər ki, yaşayıram, Muradın adını yaşadacağam. Murad ölməyib, onlar haqqında "ölü" demək düzgün deyil, döyüşdə şəhid olarlar, ölməzlər".
Milli Qəhrəmanın həyat yoldaşı deyib ki, Murad Mirzəyev ailəsini də, işini də çox sevirdi: "Tamam başqa bir insan idi. İnanırsınız, elə bil iki həyat yaşayırdı: işi və ailəsi. Ailə quranda mənə dedilər, hərbçidir, kobud olacaq. Amma Murad elə deyildi, bir dəqiqə, bir saat vaxtı olanda onu bizimlə bölüşürdü. Son zamanlar evə gec gəlirdi. Yorğun da olsaydı, uşaqlar ayaqlarına sarılırdılar, o da güləşirdi. Yemək də yeyəndə uşaqlar qucağında olurdu. Başqa cür insan idi, sadə, təmkinli birisi idi. Mən ondan səbirsiz idim. İşi ilə bağlı çox şeyi yeni eşitmişəm, düşünürəm ki, elə şeyləri görən insan ailədə necə mülayim ola bilərdi? Çox səbirli idi. Mənə həmişə deyirdi ki, səbirli ol. Təbiəti çox sevirdi, bizi həmişə təbiət qoynuna aparardı. O, işini də çox sevirdi. O, mənimlə ailə quranda - 2004-cü ildə kapitan idi. Sonra dünyanın müxtəlif ölkələrinə səfərlər etdi. ABŞ-da kurs keçdi... Mən də həmişə ona təkan vermişəm, məsələn, deyib ki, harasa gedirəm, demişəm, get, fikrin arxada qalmasın, hər şeydən arxayın ol. Mən sevinirdim, qürur duyurdum ki, o, sevdiyi işlə məşğul olur. Komandir idi, tabeçiliyində xidmət edənləri çox istəyirdi. Onların başından bir tük əskik olanda çox pis olurdu. Zirvəyə çox əziyyətlə gəlib çıxmışdı, halal insan idi. Nə araq içirdi, nə də siqaret çəkirdi. Qohumlardan kimsə uşağını tapşıranda deyirdi ki, hamı xidmətə getməlidir.

F.Mirzəyeva vurğulayıb ki, Milli Qəhrəman uşaqlarını onların öz istədikləri peşədə görmək istəyirdi: "O, hərbini seçəndə atası etiraz eləmişdi, amma qərarı özü vermişdi. Bir dəfə Nurlandan soruşdu ki, hansı peşəni seçəcəksən? Dedi, ata, mən hələ adam olmaq istəyirəm. Bu, onun xoşuna gəlmişdi. İstəyirdi ki, oğlu idmanla məşğul olsun. Özü uşaqların dərsi ilə məşğul olurdu. Bəzən elə şeylər olurdu ki, onun üzərinə yönləndirirdim. Heç nəyə etiraz etmirdi, məsələn, işdən gəlmişəm, yorğunam. Ailəyə aid olan nəyəsə heç bir zaman etiraz etməzdi".

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Murad Mirzəyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
General-polkovnik Zakir Həsənov "Azərbaycanın Milli Qəhrəmanı" adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və "Qızıl Ulduz" medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb.

"Milli Yol"

Fotolar


Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az