• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 11 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

İqbal Məmmədovla bağlı sensasion faktlar

10:50 21.08.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və daha 4 şəxs Vergilər Nazirliyinin əməkdaşlarına zor tətbiq, nazirliyə məxsus nəqliyyat vasitələrini daşqalaq etdiklərinə görə barələrində həbs-qətimkan tədbiri seçilib. Tutulanlara qarşı Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Bundan sonra deputatın oğlu və digərlərinin neçə il müddətinə azadlıqdan məhrum edilə biləcəyi sualı aktuallaşıb.

Hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda oxşar situasiyalarda fərqli qərarların verilməsi pis bir ənənə şəklini alıb: “Lerikdəki ”Relaks" istirahət mərkəzində baş verən hadisəyə gəlincə isə yayılan videolardan belə aydın olur ki, Vergilər Nazirliyinin əməkdaşlarına, yəni hakimiyyət nümayəndələrinə qarşı cinayət qrup şəklində törədilib.

Yayılan məlumatlardan o da aydın olur ki, nazirlik əməkdaşlarına qarşı qabalıq edən, onlara əl qaldıran dəstənin rəhbəri rolunda deputatın oğlu çıxış edib. Qrup şəklində törədilən cinayət əməlləri adətən nəzərdə tutulan maddənin sanksiyasının ən yuxarı həddində cəza tətbiqini şərtləndirir.

CM-in 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

CM-in 315.2-ci maddəsinə əsasən bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə - 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Hüquqşünas deyir ki, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının iş üzrə dəstə başçısı olaraq tanınması onun vəziyyətini ağırlaşdıra bilər: “İstintaq videoları əsas götürüb iş üzrə araşdırma aparsa, Mirhəmid Nərimanlını nəticə etibarı ilə 8 il və daha artıq müddətə azadlıqdan məhrum edilməsinə əsas yaranar. Onunla bərabər tutulan şəxsləri də az cəza gözləmir”

Hüquqşünas deyir ki, İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı hakimiyyət nümayəndəsinə zor tətbiq edən ilk deputat övladı deyil: “2 il əvvəl eks-deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadəni də hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etdiyinə görə həbs etmişdilər.

Sonradan onun barəsində prokuror 4 il cəza istədi, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənova 3 il həbs cəzası çıxardı. Əlihüseyn Salahzadə 1 nəfərə - ”Azərsu" əməkdaşına bir sillə vurmuşdu. Buna görə ona 3 il azadlıqdan məhrum etmə cəzası verilib.

İqbal Məmmədovun oğlu isə başının dəstəsi ilə Vergilər Nazirliyinin işçilərinə qarşı daha aqressiv davranış göstərib, dövlətə məxsus maşınlara daş atıblar. Bu, dövlətə qarşı de-marşdır. Belə məsələlərdə şəxslər ən sərt şəkildə cəzalandırılmalıdır ki, gələcəkdə bir daha təkrar olunmasın".

Hüquqşünas oğlunun hərəkətinə görə deputat İqbal Məmmədovun cəzalandırılması perspektivinin olduğunu da qeyd edib: “2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov idarə etdiyi ”BMW" markalı, Az 10 OG 300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib etmişdi.

Sonra da vətəndaşların gözü qarşısında bir qrup şəxslə sürücünü döymüşdü. Onu bu cinayətinə görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etdilər. Atası Novruzəli Orucovu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən qovdular. Mümkündür ki, deputat İqbal Məmmədovla bağlı da eyni gedişatın şahidi ola bilərik.

İqbal Məmmədovun karyerasının alt-üst olması da mümkündür".

Hüquqşünas Əkrəm Həsənov isə ümumən vergidən yayınma halına görə Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən müvafiq vergi məbləğinin 50 - 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilə bildiyini deyib: “Yəni vergi ödəyicisi ödəmədiyi vergi ilə bərabər büdcəyə sanksiya üzrə məbləği də ödəməlidir. Bu, sırf iqtisadi məsuliyyətdir. Eyni zamanda vergidən yayınma əlavə olaraq inzibati və ya cinayət məsuliyyəti ilə də nəticələnə bilər. Az miqdarda (20.000 manatadək) vergidən yayınmağa görə İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə məsuliyyət nəzərdə tutulub:

Müvafiq məbləğinin 30 faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Amma bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. 20.000 manatdan artıq yayınma Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Belə ki, 20 min - 100 min manat arası yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya 100 min manat miqdardan artıq yayınma olduqda cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma bu əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur”.

Yayılan son məlumatlar onu deməyə əsas verir ki, deputat İqbal Məmmədovun “Relaks” istirahət mərkəzində vergidən yayınma halları illərdir ki, davam edir.

“Relaks” istirahət mərkəzinin necə vergidən yayınması ilə bağlı təfərrüatları da üzə çıxıb. Belə ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları avqust ayının 16-dan “Relaks” istirahət mərkəzində yoxlama aparır.

Yoxlamalar zamanı ciddi qanunvericilik pozuntuları aşkarlanıb. Aşkarlanan pozuntular çərçivəsində “Relaks” istirahət mərkəzində ciddi vergi sanksiyaları tətbiq olunmaq üçün müvafiq sənədlər tərtib edilib. Aparılan yoxlamalar zamanı məlum olub ki, 2017-ci ildə vergidən yayınmaq üçün Milli Məclisin deputatı İqbal Məmmədov obyekti 20-yə yaxın qohum və tanışlarının adına rəsmiləşdirib: “Relax” hoteli qardaşı və oğlunun, çayxana və restoranların hər biri isə başqa-başqa adamların adına sənədləşdirilib.

Adı “Relax” MMC olsa da, demək olar ki, bu obyektdə MMC-lik heç nə saxlanılmayıb. Bununla belə, istirahət mərkəzinə gələn müştərilərin sayı rəsmi sənədlərdə azaldılıb, xərcləri isə şişirdilib. Ümumilikdə istirahət mərkəzində külli miqdarda vəsaitin vergidən yayındırılması aşkarlanıb.

Vergilər Nazirliyinin əməkdaşları baş verən qanun pozuntuları ilə bağlı İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlını məlumatlandırıblar. Bu da Mirhəmid Nərimanlının ciddi narazılığına səbəb olub. Tərəflər arasında baş verən söz atışması sonda əlbəyaxa davaya səbəb olub.

Onu da qeyd edək ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti “Relaks” istirahət mərkəzində bu il bir neçə dəfə də vergidən yayınma halları aşkarlayıb və bununla bağlı sanksiyalar tətbiq edib. Amma “Relaks” rəhbərliyi bu sanksiyalardan çəkinməyərək, yenə də eyni əməllərini təkrarlayıb.

28 mart 2019-cu il tarixində “Relaks” MMC qərarın ləğv edilməsi barədə Şirvan Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə işə 30 aprel 2019-cu ildə baxılması qərarını verib. Həmin gün apelyasiya instansiyasında keçirilən məhkəmə prosesində 6 saylı Ərazi Vergilər Departamentinin qərarı qüvvədə saxlanılıb.

Məsələnin ən ilginc tərəfi isə odur ki, eyni insident 2017-ci ildə də baş veribmiş!

Deputatın rəhbəri olduğu obyektdə 2017-ci ildə də oxşar insident olub. Həmin vaxt buna görə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin şikayəti əsasında “Relaks” MMC-nin rəhbərliyinə İnzibati Xətalar Məcəlləsinin 602.4 (sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, digər yerlərə baxış keçirilməsinə mane olması) maddəsi ilə iş başlanıb.

“Relaks” bu qərara görə Şirvan Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmədən İXM-nin 602.4 maddəsinin ləğv edilməsini tələb edib. Məhkəmə “Relaks” MMC rəhbərliyinin iddiasını rədd edib.

“Relaks”dakı məlum olaydan sonra deputat İqbal Məmmədovun ən müxtəlif sahələri əhatə edən biznesi haqda məlumatlar da ortaya çıxıb:

“Kaspi Yıldız” şirkətlər qrupu (hotellər, restoranlar),

“Relaks” şirkətlər qrupu (Lerikdə “Relax” istirahət mərkəzi də bura daxildir),

Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma,

Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi,

Lerik rayon sakini Eldəniz Quliyevin əlindən zorla aldığı 60 sot torpaq,

Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil,

Xətai rayonu, Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil,

Yanğınsöndürmə balonlarının biznesi (“Azərtürkmm” şirkəti),

Tibbi yardım çantalarının (“apteçka”) biznesi (Azərtürkmm şirkəti),

Lerik rayonunda donuz ferması,

Lerik rayonunda dəvəquşu ferması,

“Piran broyler” şirkəti (qardaşı Çingiz idarə edir),

Piran kənində şeben və kərpic fabrikləri,

Şüvəlan və Novxanıda villa,

Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər,

Ukrayna, Belarus və Rusiyada ticarət obyektləri və mənzillər,

İngiltərə, İsveçrə, Çexiyada mənzillər,

Lerik rayonunda villalar və sairə.

Yada salaq ki, deputat oğlunun başının dəstəsi ilə qanunlardan çox uzaq düşən əməllərindən sonra ərazidə DİN-in BMCMİ əməliyyat keçirib və 6 nəfəri həbs edib. Onların arasında deputatın oğlu Mirhəmid Nərimanlı və qardaşı Çingiz Məmmədovun oğlu Orxan Nərimanlı da var. Artıq deputatin digər obyektlərində də vergi yoxlamalarının başlanması haqda xəbərlər gəlməkdədir.


Etiket:

Digər xəbərlər

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az