“Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas olacaq”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə münaqişəsinin nizama salınmasında pozitiv rol oynaya bilər.
“Əgər Ermənistan və Türkiyə Qarabağ münaqişəsinə baxmayaraq, öz münasibətlərini yoluna qoya biləcəklərsə, biz bundan yalnız şad olacağıq. Lakin bizim fikrimiz budur ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması münaqişənin nizama salınmasından keçir”, - deyə o bildirib.
Lavrov qeyd edib ki, Ermənistanın blokadan çıxarılması, regionda qarşılıqlı əməkdaşlığın qurulmasnda Türkiyə əhəmiyyətli rol oynaya bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...