• Xəbər lentİ
Fləş

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 11 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

“Zapravka”larda yanacağı necə və nə qədər kəsirlər?

13:50 09.10.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Yoxlamaların dayandırılması yanacaq oğurluğunun artmasına gətirib çıxarıb”

 

Yanacaqdoldurma məntəqələrində (YDM) avtomobillərə vurulan yanacağın kəsilməsi ilə bağlı şikayətlərin sayı durmadan artır. Son vaxtlar sosial şəbəkələrdə sürücülər tərəfindən qeyd olunan halların bəzilərini qeyd etməklə vəziyyəti göstərmək istəyirik. Qeyd olunur ki, YDM-lərdə benzin və dizel yanacağı vurularkən azı 10% kəsilir. Yəni, misal üçün 30 litr benzin əvəzinə maşının yanacaq deposuna 27 litr yanacaq vurulur. Hətta mətbuatda, sosial şəbəkələrdə tez-tez sürücülərin belə şikayətləri dərc olunur ki, maşına tam depo benzin vurularkən aparatda deponun ümumi tutumundan 10 litr çox benzin vurulduğu göstərilir. Misal üçün, 65 litr tutumu olan depoya 70-75 litr benzin “vurulur”. Halbuki, hələ yanacaq deposunda da 5-10 litr benzin qalmış olur.

Sürücülər narazı olsalar da sübut edə bilmirlər?

Sosial şəbəkə istifadəçilərdən Namiq Qarayev yazır: “Yanacaqdoldurma məntəqələrində 10-15 faiz az vururlar. Məsələn, aparat 10 litr yanacaq vurulduğunu, maşının “datçiki” isə yanacağın cəmi 8 litr artdığını göstərir. Operatordan soruşuram ki, niyə belədir? Cavab verir ki, aparat düz işləyir, problem maşındadır. Avtoservisdə isə maşının tamamilə düzgün işlədiyini deyirlər. Belə hallarla dəfələrlə üzləşmişəm, amma bunu onlara sübut etmək olmur”.

Daha bir sürücü Elçin Qəhrəmanov isə deyir ki, yanacağın kəsilməsinə tam əmin olduğu bir hadisə baş verib, lakin bunu sübut etmək çətindir: “Bir gün yanacaq deposunu sökdürüb yudurtdum, içindən çıxan yanacaq 20 litrlik qabla bir oldu. Təmizləndikdən sonra bu yanacağı əlimlə depoya tökdüm. Yəni, 65 litr tutumu olan depoda 20 litr yanacaq oldu, yaxınlıqdakı YDM-nin birində benzin vurdurdum, aparat 55 litr göstərdi. Halbuki, uzağı 45 litr vurula bilərdi. Bunu onlara sübut etmək mümkün olmadı, dedilər, sən yalan deyirsən, depoda yanacaq az olub. Yəni, açıq şəkildə soyğunçuluq edirlər və heç cür sübut etmək olmur”.

Digər bir sürücü – Elmar Əliyev yazır: “Mən Bakının əksər “zapravka”larında benzin vurub yoxlamışam. Hamısında 10-20 faiz kəsirlər. Üstəlik, elə sürətlə vururlar ki, adam məəttəl qalır. Güclü napor benzini köpük halında verir və çəkidə uduzuruq, həm də çənin içindəki yanacaq datçikini zədələyib sıradan çıxarır, irad tutanda deyirlər bizdə belədir.

“Azpetrol”da qırmızı yanan anda “polnu bak” benzin vurdurdum, bir neçə gün sonra məlum oldu ki, maşın 100-ə 20 litr işlədibmiş. Halbuki, davamlı tıxac hallarında belə mənim maşınım 13,l-dən artıq yanacaq işlətməyib. Hesabladım, məlum oldu ki, 57 litr əvəzinə çənə 45 litr vurubmuşlar.

Bundan başqa, benzin də keyfiyyətsizdir, maşın ideal vəziyyətdə olsa da, motor boğulur. Belə çıxır ki, biz A92 benzini 90 qəpiyə yox, faktiki olaraq 1 manata alırıq”.

Benzin bir neçə gün çəndə qaldıqda azalır

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı isə deyir ki, son vaxtlar yanacaqdoldurma məntəqələrində yoxlamaların dayandırılması yanacaq oğurluğunun artmasına gətirib çıxarıb: “Yanacaq oğurluğu əvvəlki illərə nisbətən azalmaq əvəzinə daha da genişlənir.

Avtomobilin yanacaq deposunda 5-6 litr yanacaq olduğu halda YDM-ə məntəqəsinə daxil olduqda nəzarətçi çənin tutumundan 5-10 litr artıq yanacaq vurduğunu deyir. Avtomobil çəninin tutumu 60 litr olduğu halda, operator 67 litr benzin tutduğunu iddia edir. Sürücülər məcbur olurlar adi qablarla yanacağı alıb, sonradan şlanqla çənə töksünlər. Artıq buna da maneə törədirlər. Belə ki, 10 litrlik qabları aparıb, benzin almaq istədikdə bəzən imtina edirlər”.

Ekspert yanacağın keyfiyyətinin də xeyli aşağı olduğunu deyir: “Heç istifadə etmədən maşını bir həftə həyətdə saxlayın, baxacaqsınız ki, yanacaq xeyli azalıb. Keyfiyyətsiz yanacağın satılması isə avtomobilləri sıradan çıxardaraq, avtomobil sahiblərini ikiqat ziyana salır”.

“Sayğacdan keçən yanacaq şlanqda qalır”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, AİB-ə belə müraciətlər tez-tez daxil olur: “Sürücülər tərəfindən bizə əsasən, yanacağın kəsilməsi, yanacağı qablara vurmaqdan imtina edilməsi və nağdsız ödənişlərin qəbul edilməməsi ilə bağlı müraciətlər olur”.

AİB sədri bildirib ki, sürücülərin şikayətinə görə, “zapravkalar” yanacağın kəsilməsi üçün uzun şlanqlardan istifadə edirlər: “Bəzi “zapravka”larda uzun şlanqlar tətbiq olunur ki, benzin sayğacdan çıxır amma yekunda baka çatmamış şlanqda azı 1-2 litr qalır”.

Bundan başqa, sürətli vurulma zamanı da, yanacaq köpük halında vurulur ki, bu da nəticədə faktiki həcmdən daha az yanacağın baka daxil olmasına səbəb olur. Məntəqələrdə menzurka olmalıdır ki, sürücülər istədikləri vaxt yanacaq aparatın nə qədər yanacaq vurmasını yoxlaya bilsinlər. Üstəlik, istehlakçı benzini qaba tökdürüb də ala bilər, bundan imtina etməyə YDM-in heç bir əsası yoxdur”.

Birlik rəhbərinin sözlərinə görə, belə halları sübut etmək çox çətindir.

“Aparatlar verilən əmrdən az yanacaq vura bilməz”

YDM rəhbərləri isə deyirlər ki, belə şikayətlər əsassızdır: “Bizə bu barədə şikayət olanda dərhal yoxlama aparılır. Yoxlamalar göstərir ki, şikayətçilər əksər hallarda haqsızdırlar. Çünki bu yanacaqdoldurma aparatları elə qurulub ki, o verilən əmrdən az yanacaq vura bilməz. Bizim məntəqələrdə menzurka var. İstənilən sürücü onun vasitəsilə aparatın nə qədər yanacaq vurduğunu yoxlaya bilər” - yanacaqdoldurma məntəqələrindən birinin rəhbəri bizimlə söhbətində bildirdi.

Müsahibimiz qeyd etdi ki, müştərilər belə problemlə qarşılaşdıqda rəhbərliyə müraciət edə bilərlər: “Bəzən elə ola bilər ki, hansısa operatorun səhvi ucbatından müştəriyə az benzin verilib. O halda bizim rəhbərlik tərəfindən dərhal müvafiq tədbirlər görülür. Fakt təsdiqini tapdıqda, müştərinin haqqı bərpa olunur, bunu edən əməkdaş isə cəzalandırılır”.

Qeyd etmək istəyirik ki, yanacağın az vurulması ilə bağlı sürücülərin çoxu eyni fikirdədir. YDM-lər isə bunu etiraf etmirlər, lakin belə hallarda müştərinin bunu sübut etmə imkanları yoxdur. Bu problem getdikcə kəskinləşir, təcili qarşısı alınmalıdır.

MilliYol.Az


Etiket: zapravka benzin oğurluq

Şərh yazın.


Digər xəbərlər

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

11.06.2026
Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

11.06.2026
DÇ-2026: Futbol bayramı başlayır

DÇ-2026: Futbol bayramı başlayır

11.06.2026
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az