Bakı metrosunda qadın sərnişin yıxılaraq xəsarət alıb.
Qaynarinfo.Az "Report"a istinadən xəbər verir ki, hadisə metronun "Nəriman Nərimanov" stansiyasında qeydə alınıb.
Məlumata görə, 1983-cü il təvəllüdlü Şəbnəm Məmmədova stansiyanın çıxışında yerləşən pilləkəndan ehtiyatsızlıq nəticəsində yıxılaraq kəllə-beyin travması alıb.
Ş.Məmmədova təcili tibbi yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.
MilliYol.Az
Digər xəbərlər
loading...