• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Aprel döyüşçülərinin bir qrupu ehtiyata buraxıldı - FOTOLAR

12:12 05.10.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" 9 sentyabr 2016-cı il tarixli sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Tərtər şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında "Vətənə nümunəvi xidmətə görə sağ ol!" devizi altında keçirilən tədbirdə yüzlərlə rayon sakini, veteran, ictimaiyyət nümayəndələri və məktəblilər cəbhə bölgəsində əsgəri borcunu şərəflə yerinə yetirərək ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından bir qrupunu təntənə ilə yola salıblar. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani tədbir iştirakçılarına Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini çatdıraraq Azərbaycan Silahlı Qüvvələrinin son illərdəki uğurlarından, aprel döyüşlərindəki qələbəmizdən, ordu ilə xalqın daha sıx birliyinin yaranmasından danışıb. Qeyd olunub ki, mütəşəkkil ordunun yaranması əgər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdırsa, bu ordunun nəinki Cənubi Qafqazda, eləcə də dünyanın güclü orduları sırasında yer alması Ali Baş Komandanımız İlham Əliyevin adı ilə bağlıdır.

Son illərdə ordumuzun maddi-texniki bazası daha da təkmilləşdirilib, yeni silahlar, döyüş texnikaları, zenit-raket kompleksləri, artilleriya qurğuları, təyyarə və helikopterlər alınmış və düşməni susdurmaq üçün həm silah-texnika, həm də şəxsi heyət sarıdan kifayət qədər qüvvəmiz vardır. Hər şeydən öncə şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissinin yüksək olması və hamının bir amal uğrunda, bir bayraq altında birləşməsidir.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu gün yola salınan əsgər və çavuşların hamısı aprel döyüşlərinin iştirakçılarıdırlar və onlar doğmalarının yanına qalib kimi qayıdırlar.

Ehtiyata buraxılan hər bir əsgər haqqında məlumat verilib, döyüşlərdə göstərdikləri rəşadətlərindən söhbət açılıb. Sonra döyüş növbəsinin, qəhrəmanlıq estafetinin rəmzi təhvili mərasimi başlanıb.

Ehtiyata buraxılan əsgər Altay Vəliyev "Bu gün mən və mənimlə bir vaxtda müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər həyatımızın ən xoşbəxt günlərini yaşayırıq. Biz artıq Vətən və xalq qarşısında müqəddəs əsgəri borcumuzu şərəf və vicdanla yerinə yetirərək doğmalarımızın yanına alnıaçıq və üzüağ dönürük. Ancaq Vətən çağırarsa biz silaha sarılaraq yoluna-izinə yaxşı bələd olduğumuz, şəhidlərimizin qanı çilənmiş səngərlərimizə yenidən qayıdacaq və yenə də Vətənin sadiq əsgəri kimi xidmətimizi davam etdirəcəyik", - deyərək silahını, dəmir dəbilqəsini və zirehli gödəkçəsini onu əvəz edəcək gənc əsgərə təqdim edib. Gənc əsgər Elmir Məmmədov isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin qəhrəmanlıq ənənələrini davam etdirəcəklərinə, Ali Baş Komandanımızın rəhbərliyi altında tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızdan xalqımıza qələbə müjdəsi gətirəcəklərinə and içib. Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ehtiyata buraxılan əsgərlərə tərtərlilərin minnətdarlığını çatdırıb, onlara xatirə hədiyyələri təqdim edib və ordudan mülki həyata həm fiziki, həm də mənəvi cəhətdən mükəmməl, hazırlıqlı gənc kimi dönən igid oğullara uğurlar arzulayıb.

Tərtər məktəbliləri öz bağçalarında becərdikləri gül-çiçəklərdən dəstə tutaraq Vətən oğullarına yaxşı yol diləyiblər.

General-mayor Hikmət Həsənov bu gün yola salınan igidlərlə fəxr etdiyini, onlarla bütün xalqımızın fəxr etdiyini bildirib. Belə vətənpərvər, qorxmaz, cəsarətli oğullar ordumuza bəxş etdikləri üçün onların valideynlərinə təşəkkür edib.

Ordu ilə xalqın birliyindən danışan general H.Həsənov diqqətə çatdırıb ki, tərtərlilər həmişə olduğu kimi aprel döyüşlərində də Azərbaycan əsgərinə arxa-dayaq olmuş və qələbənin qazanılmasında səylərini əsirgəməmişlər. Yaşayış məntəqələri düşmən atəşlərinə məruz qalanda, mərmilər dolu kimi yağanda heç bir tərtərli od-ocağını tərk etməyib. Bu, əsil qəhrəmanlıqdır.

Daha sonra general şəhidlərin hörmət və ehtiramla ünvanlarına yola salınmasında göstərdiyi diqqətə görə şəxsən rayonun icra başçısına və bütün tərtərlilərə minnətdarlıq edib.

Ehtiyata buraxılan əsgərlərə hərbi biletlər, nümunəvi xidmətlərinə görə fəxri fərman, valideynlərinə isə təşəkkür məktubları təqdim edən birlik komadiri onları bir-bir bağrına basıb, yaxşı yol arzulayıb. Əmin olduğunu bildirib ki, bu gün ehtiyata buraxılan gənclər əsgərlikdə olduqları kimi arxa cəbhədə, ictimai həyatda da ümidləri doğruldacaq xalqımıza, dövlətimizə layiqli övladlar olacaqlar. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon filialının sədri Suliddin Yusifov, Azərbaycan Bayrağı ordenli veteran döyüşçü Nizami Heydərov da Vətən qarşısında əsgəri borclarını yerinə yetirən oğullarla fəxr etdiklərini deyərək onlara uğurlar arzulayıblar.

Aprel döyüşlərinin iştirakçılarından olan gizir Raqif Qayıbov və müddətdən artır həqiqi hərbi xidmət hərbi qulluqçusu Niyazi İsgəndərov da ehtiyata buraxılan gənclərlə bir yerdə erməni işğalçılarına divan tutduqlarını, strateji yüksəklikləri azad etdiklərini, erməni əsgərlərinin silah-sursatlarını ataraq necə qaçdıqlarını xatırlayıb və bu gün ehtiyata buraxılan döyüşçüləri əvəz edəcək əsgərlərə bu barədə daha geniş söhbət açaçaqlarını, onları nümunə göstərəcəklərini deyiblər. Tədbirə toplaşanlar milli musiqimizin sədaları altında əsgərlərlə bir yerdə rəqs edib, onları böyük qələbəliklə doğma el-obalarına yola salıblar.

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az