Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.
MilliYol.az xəbər verir ki, ata əqli problemləri olan Pərvanə adlı qızını 8 ildir dustaq kimi tövlədə zincirlənmiş vəziyyətdə saxlayıb. Yaşanmış hadisə Xəzər televiziyasında yayımlanan "Bizə danış" adlı verilişdə ictimaiyyətə açıqlanıb.
Aparıcı X.Hidayətqızının verdiyi məlumata görə, qonşular qızın 8 ildir belə vəziyyətdə yaşamasına susublar. Bundan əlavə qohumlar da əqli problemi olduğu deyilən qız barəsində heç bir quruma müraciət etməyiblər.
Pərvanə haqqında ətraflı sujet sabah verilişdə yayımlanacaq.
<iframe width="500" height="315" src="https://www.youtube.com/embed/Qp9tgIwOB0Y" frameborder="0" allowfullscreen></iframe>
MilliYol.Az
Digər xəbərlər
loading...