• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Mehriban Əliyeva bir sıra görüşlər keçirib - FOTOLAR

19:08 29.09.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb.

MilliYol.Az xəbər verir ki, görüşdə birinci xanım Mehriban Əliyeva rəhbərlik etdiyi Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb, bu layihələrin ölkələrarası əlaqələrin möhkəmləndirilməsi üçün ən gözəl vasitə olduğunu bildirib. Mehriban Əliyeva bu yaxınlarda Bolqarıstanın Veliko Tırnova şəhərinə səfərini xatırlayaraq ona şəhərin fəxri vətəndaşı adının verilməsi ilə əlaqədar bir daha minnətdarlığını çatdırıb. Birinci xanım Mehriban Əliyeva təhsil, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin önəmini qeyd edib, Heydər Əliyev Fondunun prezidenti kimi bu istiqamətdə layihələrin reallaşdırılmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popova V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu bildirərək, Azərbaycan-Bolqarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu, ölkələrimiz arasında həyata keçirilən layihələrin bu münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

*  *  *

Mehriban Əliyeva bu gün V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova ilə görüşüb.

Birinci xanım Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan mövzuların əhəmiyyətinə toxunub, bu məsələlərin bütün dünya üçün aktual olduğunu vurğulayıb. Mehriban Əliyeva Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, xalqlarımızı sıx qardaşlıq tellərinin bağladığını deyib.

Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələrini böyük qələbə kimi dəyərləndirib. Qonaq Azərbaycan-Qazaxıstan münasibətlərindən danışaraq ölkələrimizin beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlıq qurduqlarını və bir-birlərini hər zaman dəstəklədiklərini diqqətə çatdırıb.

Gülşar Abdıkalikova Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim edib.

*  *  *

Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb.

Qonağı ölkəmizdə yenidən görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva Forumda iştirakına görə ona təşəkkür edib. ISESCO-Azərbaycan əməkdaşlığının uğurlarından danışan qurumun xoşməramlı səfiri birgə layihələrin, təhsil və mədəniyyət sahələrində əlaqələrin vacibliyini vurğulayıb, müxtəlif ölkələrin mədəni irsinin qorunmasına Azərbaycanın verdiyi töhfələrdən danışıb.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Foruma dəvətə görə təşəkkür edərək bu tədbirin dünya üçün mühüm məsələlərin müzakirə olunduğu platformaya çevrildiyini bildirib. O, dünya mədəni irsinin qorunması sahəsində birgə əməkdaşlıqdan şad olacağını vurğulayıb.

*  *  *

Mehriban Əliyeva bu gün həmçinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Xemenezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Əsas məqsədi sülh mesajı vermək olan bu Forumun ölkəmizlə daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyən Mehriban Əliyeva Azərbaycan ilə Argentina arasında dostluq əlaqələrinin qurulduğunu, daha geniş əməkdaşlıq üçün potensialın mövcudluğunu diqqətə çatdırıb, ölkəmizin hər zaman müxtəlif dinlərin və millətlərin nümayəndələrinin bir ayara gəlməsinə çalışdığını bildirib. Gələcəkdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da güclənəcəyinə əminliyini ifadə edən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondu tərəfindən ölkələrimiz arasında gələcəkdə reallaşdırılacaq birgə layihələrə dəstək verməyə hazır olduğunu bildirib.

Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Xemenez Bakıya ilk dəfə səfər etdiklərini, şəhərin gözəlliyinin onlarda xoş təəssürat yaratdığını deyib.

Bu Forumun bir çox ölkələrin nümayəndələrinin, Nobel mükafatçılarının bir araya gələrək beynəlxalq miqyaslı bir platformaya çevrildiyini vurğulayan nümayəndə heyətinin üzvləri Argentina-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildiriblər. Qonaqlar ölkələrimizin mədəni əməkdaşlığına mühüm töhfə olacaq və Azərbaycan-Argentina münasibətlərinə həsr edilən muğam-tanqo festivalına hazırlıq görüldüyünü diqqətə çatdırıblar.

*  *  *

Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb.

Azərbaycanın birinci xanımı Foruma dəvəti qəbul etdiyinə görə qonağa təşəkkürünü bildirib. Mehriban Əliyeva Forumun nəticələrinin həyata keçirilməsinin qarşıda duran mühüm məsələlərdən olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunu millətlərarası əməkdaşlıq üçün gözəl format adlandırıb.

Görüşdə Azərbaycan ilə UNESCO arasında mövcud əlaqələr müzakirə olunub.

*  *  *

Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliya Senatında Azərbaycan-İtaliya dostluq qrupunun sədri Mauro Mariya Marinonun rəhbərli etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın birinci xanımı ölkəmizdə hökm sürən tolerantlıq mühitindən danışıb, bir neçə gündən sonra Roma Papası Fransiskin Azərbaycana səfər edəcəyini bildirib. Mehriban Əliyeva ölkəmizdə qeyd edilən bayramlarda bütün dinlərin nümayəndələrinin birgə iştirak etdiklərini, bunun dünyadakı bəzi stereotiplərin qarşısını almaq üçün cəmiyyətə bir mesaj olduğunu söyləyib. Fondun prezidenti Mehriban Əliyeva Azərbaycan-İtaliya əlaqələrinin nümunəvi xarakter aldığını, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada mədəni abidələrin qorunması və bərpasında yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Qonaqlar bu dəstəyə görə təşəkkürlərini bildirərək, belə layihələrin ikitərəfli əlaqələrin güclənməsinə xidmət etdiyini bildiriblər. Onlar 2019-cu ildə Avropanın mədəniyyət paytaxtı elan olunan qədim Mattera şəhərinin İçərişəhərlə qardaşlaşması təklifini irəli sürüblər.

Mehriban Əliyeva bunu gözəl təşəbbüs kimi dəyərləndirərək bu cür addımların regionlar arasında əlaqələrin qurulmasına yaxşı imkan yaratdığını vurğulayıb.

*  *  *

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya senatının vitse-prezidenti Daira de Yezus Qalvis Mendeslə görüşüb.

Bakı Beynəlxalq Humanitar Forumunun artıq beşinci dəfədir keçirildiyini deyən Mehriban Əliyeva bu tədbirdə iştirak edən ölkələrin sayının getdikcə artdığını bildirib. “Əsas odur ki, Forumun nəticələri həyata keçirilsin”, - deyən Azərbaycanın birinci xanımı tədbirdə diqqət mərkəzində duracaq məsələlərin bütün dünya üçün aktual olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun prezidenti Kolumbiyanın Xocalı soyqırımını tanıyan 10 ölkədən biri olduğunu qeyd edərək Azərbaycan xalqının Kolumbiyanın bu addımını çox yüksək dəyərləndirdiyini diqqətə çatdırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ən böyük problem olduğunu bildirib.

Kolumbiya Konqresindən Forumda 3 senatorun iştirak etdiyini deyən Daira de Yezus Qalvis Mendes ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az