Pakistanda yeni prezidenti müəyyənləşdirmək üçün parlament və 4 əyalət məclisində səsverməyə start verilib
Səsvermədə Arif Alvi, Aitzaz Ahsan, və Maulana Fəzl Rəhman yarışacaq. Arif Alvi hazırda hakimiyyətdə olan "Pakistan Tehreek-e-Insaaf" partiyasının namizədidir. Yeni prezident bu vəzifəni icra edən Məmnun Hüseyni əvəzləyəcək. Səsvermə prosesi 6 saat davam edəcək. Yeni prezidentin seçilməsi üçün 706 səs veriləcək.
Qeyd edək ki, Pakistan ötən həftələrdə yeni baş nazirini seçib. İmran Xan bu vəzifəni icra edir. (qaynarinfo.az)
MilliYol.Az
Digər xəbərlər
loading...