• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Bu sular təcili qadağan olunmalıdır - XƏBƏRDARLIQ

13:07 16.05.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Yaz-yay mövsümündə sərinləşdirici sulara tələbat artdığından, eyni zamanda içməli suyun tarifləri bahalaşdığından bu sahədəki vəziyyəti öyrənmək üçün mütəxəssis rəyinə ehtiyac gördük.


Su İstehlakçıları Birliyinin sədri Dövlət Məmmədov Modern.az saytına respublikadakı 5 su zavodunu çıxmaq şərti ilə bu sahədə vəziyyətin ürəkaçan olmadığını bildirib.

“Krant” suları da bahalaşacaqmı?

D.Məmmədov eyni zamanda “Azərsu “ASC-nin suyun tariflərini bahalaşdırmasına da münasibət bildirib. Qurum rəsmisi dükanlarda satılan suların qiymətlərinin bahalaşdırılmasına heç bir əsas görməyib:

“Dükanlardakı sular onsuz da lazımından daha baha qiymətə satılır”.

O, eyni zamanda sahibkarlıq subyektlərindəki yoxlamaların 2 il müddətinə dayandırılmasının bütün kateqoriyalara şamil edilməsinin doğru olmadığını dilə gətirib:

“Bizə quyu suyu içirirlər”

“Ümumiyyətlə, sahibkarlarla bağlı yoxlamaların 2 il müddətinə dayandırılmasının bütün sahələrə aid edilməsini doğru hesab etmirəm. Fikrimcə qərarın, “sanepidemiya” həkimlərinə aid edilməsi düzgün deyil. Onlar bizim sağlamlığımıza cavabdeh şəxslərdir. Qadağa qoyulduğundan onların da hansısa müəssisədə yoxlama aparmasına, məhsulların hansı şəraitdə qablaşdırılmasına nəzarət etməsinə icazə verilmir.

Bu gün suyun keyfiyyətsiz olmasının bir nömrəli səbəbkarları mağaza müdirləridir. Günəş şüaları qarşısında qoyulan sular öz keyfiyyətini itirir. Məsələn, ən müasir zavodda qablaşdırılaraq satışa çıxarılan suyun saxlanma qaydalarına riayət edilmədiyi zaman, o öz keyfiyyətini itirir.

Digər tərəfdən, Bakıdakı quyu sularından geniş istifadə edilir. Hansı ki, həmin suları filterdən keçirib qablaşdıraraq 10 qat bahasına əhaliyə satırlar.

Nəzərə almaq lazımdı ki, quyu sularının istifadəsi 2 ay müddətinə reallaşmalıdır. Əks təqdirdə həmin su istifadəyə yararlılığını itirir. Əfsuslar olsun ki, bizdə buna nəzarət yoxdur. Bu gün “Slavyanka”, “Damla”, “Sirab”, “Badamlı”, “Aqua-vita” suları ən son avadanlıqlarla təchiz edilmiş zavodlarda istehsal olunur. Su qablaşdırılmazdan əvvəl laboratoriyalarda analiz edilir, tam təhlükəsiz olduğu zaman qablaşdırılaraq satışa çıxarılır.

Mən keçən ay şəxsən Slavyankada olmuşam. Bu zavod suyunun ilkin mənbəyi bulaqdır. Həmin zavoda 5 milyon manat sərmayə qoyulub. Bir müəssisə tikilməzdən əvvəl həmin suyun həcmi zavodun fəaliyyət göstərməsi üçün nəzərə alınır. Su mənbəyi olmasa, heç vaxt zavod tikilməz. Bu zavodun təkcə bir anbarında 240 kub su var. Yəni, bir anbarda su qurtaranda ikinci anbarın suyundan istifadə olunur”.

“Bonaqua”, “Kəhriz”, “Elsu”, “Şirinsu”yu birləşdirən “krant”...

D.Məmmədov hazırda ölkəmizdə az qala brendə çevrilən bəzi suların əslində tam keyfiyyətsiz olduğu iddiasındadır:

“Bu gün Bakıda “Bonaqua”, “Kəhriz”, “Elsu”, “Şirinsu” və bir çox başqa adda suların hamısı “krant”dan doldurulur. Bunlar hökumətin böyük əziyyət və vəsait hesabına şəhərə çəkdirdiyi suyu qablaşdıraraq əhaliyə 5-10 qat bahasına satırlar.

Yaxşı olardı ki, onlar zavodlarını su mənbələrində tikib, elə yerli əhalini də işlə təmin edəydilər”.

Birlik rəsmisi su satışı üçün lisenziyaların verilməsində hərc-mərcliyin baş alıb getdiyini qeyd edib:

“Azərbaycanda suya lisenziyanı verən institut onun keyfiyyətini necə, nə cür gəldi yoxlayır. Vəziyyət qənaətbəxş deyil. Məsələn, saxtakarlar başqa şirkətin istehsalı olan bir şüşə suyu gətirib xahiş edir ki, “bunu yoxlayın”. Suyun mənbəyində yoxlanması baş vermir. Qurum suyu yoxlayır və müsbət qərar verir. Daha sonra Respublika Gigiyena və Epidemologiya Mərkəzinə suyun keyfiyyətli olması ilə bağlı rəy göndərir. Mərkəz də öz növbəsində suya gigiyenik sertifikat verir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də bu iki sənədə əsasən 1 il müddətinə uyğunluq sertifikatı hazırlayır. İşbazlar isə bir butulka şüşəyə verilən rəy əsasında “fəaliyyətə” başlayırlar.

Təsəvvür edin ki, fəaliyyətə başlayanda 1 ay yaxşı məhsul istehsal edib müştəri yığandan sonra, nə gəldi istehsal edə bilirlər. Çünki, 1 illik sertifikat var. Hesab edirəm ki, problemin həlli üçün bu sertifikatlar hissə-hissə verilməlidir”.

Qazlı su bədəndəki kalsiumu “yeyir”

Ekspert həm də daha çox tələbat olan qazlı suyun zərərlərindən də danışıb:

“Nəzərinizə çatdırım ki, Avropa ölkələrində yaşayan əhalinin istifadə etdiyi suyun 94 faiz qazsızdır. Qazlı su Sovet hökumətinin vaxtında meydana gələn bir şey idi. Qazlı su ilkin olaraq insan orqanizminə zərərlidir. Xüsusilə də mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərə məsləhət görülmür. Çünki, mədədə olan yara qazlı su vasitəsilə açıla və daha pis hala gələ bilər.

Qazlı su kalsiumun, dişlərin düşmənidir. Son zamanlar uşaqların dişləri tez tökülür və yeni diş çox gec çıxır. Çıxdığı zaman isə bəzən çox eybəcər şəkildə olur. Bunun səbəbi kalsium çatışmazlığıdır. Hesab edirəm ki, valideynlər tərəfindən azyaşlıların qazlı su, “Pepsi”, “Coca-cola”, “Fanta” kimi içkilərdən istifadəsi qadağan olunmalıdır. Qazlı su uşaqların bədənindəki kalsiumu yuyub aparır, sümüklərində zəiflik yaradır”.

“Su uşaq və böyüklər üçün kateqoriyaya bölünmür”

D.Məmmədov Azərbaycanda satılan idxal sularının həddindən artıq keyfiyyətsiz olduğu qənaətindədir:

 “Respublikaya xaricdən sonsuz sayda keyfiyyətsiz məhsullar daxil olur. Onu da deyim ki, əksəriyyəti elə Azərbaycanda fəaliyyət göstərən sexlərdə qablaşdırılan sulardır. Xüsusilə Rusiyadan, Gürcüstandan, Türkiyədən gətirilən suların üstündəki qeydlərlə tərkibi uyğun gəlmir. Ən əsası Rusiya istehsalı olduğu iddia edilən “Aquşa” suları və şirələri satılır. Üzərində uşaq üçün nəzərdə tutulduğu qeyd edilir. Axı su uşaq və böyüklər üçün kateqoriyaya bölünmür?... Sadəcə onlar valideynin öz övladı üçün hər şeyi edəcəyi prizmasından yanaşaraq, fırıldağa əl atırlar.

Yoxlamalar zamanı “Aqusha”nın keyfiyyətsiz olması müəyyənləşib. Xaricdən gələn suların hamısı gizli sexlərdə qablaşdırılır.Təəssüflər olsun ki, aiddiyyatı orqanlar həmin sexlərin yerini müəyyənləşdirməkdə maraqlı deyil. Məsələn, bu yaxınlarda Gürcüstanda “Natakhtari”, “Navaqzali”, “Barjomi” istehsalının saxatakarlıqla istehsal olunduğu gizli sex aşkar olunub. Kim bizə təminat verir ki, həmin sular Azərbaycana daxil olmayıb?.. Gürcüstanda bu cür saxtakarlara , həm məhsulu istehsal edən və həm də satanlara 5 il iş kəsilir. Bizdə isə hər şey göz qabağındadır..”.

"Milli Yol"

Etiket:

Digər xəbərlər

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az