• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

“Salam olsun şövkətüzə, elüzə...”

12:28 25.09.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Ruhun şad olsun Böyük Azərbaycan aşiqi

Son illər klassik Azərbaycan ədəbiyyatının, xüsusən də 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri unudulur. Bəzən bu gün orta məktəbə gedən uşaqların Şəhriyarı, Səməd Vurğunu, Süleyman Rüstəmi, Əli Vəliyevi, Mirzə İbrahimovu, onlarla digər şair və yazıçılarımızı və hətta Hüseyn Cavidi, Mikayıl Müşviqi və azadlıq bayrağdarımız olan şairimiz Xəlil Rza Ulutürkü belə tanımamaları sovet dönəmində yaşayan insanlarımızda dəhşətli təəccüb doğurur. Və o təəccübü doğuran dəhşətli hiss başa düşüləndir. Çünki bizi var edən hər zaman keçmişimizdir. Gələcəyimizə uzanan keçmişimiz. Və bu gün 21 əsr Azərbaycan ədəbiyyatının varlığı, örkənin nə qədər uzun olmasına baxmayaraq doğanaqdan keçməyə məhkum olması kimi, 20-ci əsr ədəbiyyatının varlığına məhkumdur. Müasir Azərbaycan ədəbiyyatının təməli 20-ci əsrdədir və bu anlamda biz hətta bəyənməsək belə, o təməlin üzərində böyüməyə və uculmağa məhkumuq. Xalqları hər zaman siyasi hakimiyyətləri deyil, onların mədəniyyəti və xüsusən də ədəbiyyatı yaşadır. Bir xalqı yaşadan və əsrlərdən əsrlərə daşıyan ana dilindəki yaradıcılığıdır. Bu üzdən də hər bir fərdimizin yaşından asılı olmayaraq ömrünü Azərbaycana, Azərbaycan dilinə və Azərbaycan ədəbiyyatına verən şəxslərimizi tanımalıdır.

Bütün bunları nəzərə alaraq pia.az-ın əməkdaşımız Nərminə Umudlunun “Unudulmayacaq Azərbaycan korifeyləri ” layihəsinə start verir. Və bildiririk ki, bu layihə Azərbaycan korifeylərini tanıtmaq istəyən hər kəs üçün açıqdır. 

Layihəmizi Azərbaycan ədəbiyyatının 20-ci əsrdəki ən böyük zirvələrindən  biri olan Məhəmməd Hüseyn Şəhriyarla başlayırıq.

***
82 illik ömründə bircə dəfə də olsun Şimali Azərbaycanı görə bilmədi və elə bu həsrətini özüylə apardı Şəhriyar. Şeirlərində daim bu həsrəti, bu ayrılığı duyulur. Lakin şeirləri onu dünyaya tanıdır. Tək onu tanıtmır şeirləri, həm də Azərbaycanı tanıdır bütün dünyaya. Və bütöv Azərbaycan ağrısını.

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.  

Bildiyim qədər Şəhriyar Şimali Azərbaycan həsrəti ilə yaşasa da və bu həsrətini şeirlərinə töksə də, Şimali Azərbaycanda da çoxlu sayda insanlarmızın həsrət ünvanı olub böyük şairimiz. O, sovet dönəmində kommunizm buxovlarında boğulan Şimali Azərbaycanda bütöv Azərbaycanın birlik simvolu olub. Və həmçinin İranda Azərbaycan anlayışının simvolu olub. 

Məhəmməd Hüseyn Şəhriyar mənim də hələ məktəb illərimdə ən çox oxuduğum, sevdiyim şair idi. Hər dəfə Şəhriyarın adın eşidəndə bütöv Azərbaycan gözümün önündə canlanır. Çünki bu dahi şair bir zamanlar türklərin paytaxtı olan Təbrizi bizə yenidən sevdirib. Təbrizin həsrəti hər birimizin içini göynədib və bu göynərti bütöv Azərbaycan göynərtisi olub. 

Bəlkə də Qarabağımız kimi Təbrizimizin də üzünə baxmağa cəsarətimiz olmamalıdır. Çünki Qarabağımıza gedib yad dildə danışıb, yad dildə yazanları görmək imkanımız olmasa da, indii Təbrizə gedib yad dildə danışanları və yazanları görürük. Və bu zaman mənim içiimdən qəribə bir hiss keçir. Niyə axı zaman-zaman qazanan tərəf yox, həmişə ancaq elə itirən tərəf olmuşuq? 

Şəhriyarın vətən nisgili ilə, Azərbaycan nisgili ilə yazılmış şeirlərini oxuyanda istəyirsən ki, bu ülfətin mehrini duyan doğma yerlərdə bircə dəfə olasan. O səpkili şeirləri oxuyanda gözlərimin qarşısında tək şəkillərdə, videolarda gördüyüm Ağdama, Şuşaya, Laçına, gedən yollar açılır. Şəhriyar bir şair olaraq və bir Azərbaycan türkü olaraq bütöv Azərbaycan görmək üçün bütün dünyaya hayqırırdı. Və bu gün böyük çoxluğumuz üçün bütöv Azərbaycan bir utopiyaya çevrilib. Biz xəyallarımızı kiçildir və bütxv Azərbaycanı öldürürük. Hər gün öldürürük. Halbuki Şəhriyar bizim hər birimizin bu xəyalını böyüdür və bütöv Azərbaycana can verirdi. Bəlkə də məcbur olaraq barışmışıq param-parça qoyulan Azərbaycanımızın taleyi ilə. Amma inanıram ki, nə vaxtsa Şəhriyarın görmək istədiyi bütöv Azərbaycan olacaq, biz görsək də, görməsək də…

Bu dahi şairin yaradıcılığına nəzər salanda onun hər sözündə bir dərin məna əks olunduğun duyursan. Şəhriyarın «Azərbaycan» şeiri adamın bütün varlığına hoparaq ruhunu dara çəkir. Bu səsin ahənginə qoşulub döyüş meydanlarına, düşmən üstünə yerimək istəyirsən. Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü:

Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan...
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!

Yaddaşımda iki şairin öz şeirini necə qəribə ahənglə söyləməsi lövbər salıb. O şairlərin üzünü görməsəm də, səsləri qəlbimdə portretlərini əbədi həkk etdirib: Bunlar Bəxtiyar Vahabzadənin öz səsiylə söylədiyi “Özümdən özümə şikayət” şeiri, bir də ustad Şəhriyarın avazında dinlədiyim «Heydərbabaya salam» mənzuməsi. İndi İranla sərhədlərimizdə gediş-gəlişin səhmana düşüb vüsətlənməsində də "Heydərbabaya salam" mənzuməsinin müəllifi Şəhriyarın tarixi xidmətləri heç bir diplomatın, əlbəttə, heç bir silahlı qüvvənin xidmətləri ilə müqayisədə ölçüyə-gəlməz dərəcədə böyükdür: 

Heydər Baba, sənin gönlün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə, mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qalar.

Çox şairlər yaradıcılıqlarında öz fikirlərini oxuculara səmimi şəkildə təqdim edə biliblər. Amma mən düşünürəm ki, Şəhriyar həmişə vicdanının səsinə qulaq asan, qəlbində tüğyan edən duyğuları, başından keçən fikirləri səmimiyyətlə əks etdirən bir sənətkar idi. Özü bu barədə çox gözəl deyib:

Dedim: Azər elimin bir yaralı nisgiliyəm mən;
Nisgil olsam da gülüm, bir əbədi sevgiliyəm mən.
El məni atsa da öz gülşənimin bülbülüyəm mən.
Elimin farsca da dərdini söylər diliyəm mən.
Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən.
Əbədiyyət gülüyəm mən!

Göründüyü kimi Şəhriyarın əsərləri hər şeydən əvvəl, kədəri, dərdi, fəlakətləri, yer üzündə insanların öz əli ilə süni surətdə bərqərar edilən cəhənnəmin dünyadan uzaqlaşdırmaq, hər kəsə özü haqqında, varlığı, insanlıq vəzifəsi barəsində düşündürmək, aşıladığı nəcib, xeyirxah duyğularla, öz adına, şərəfinə layiq ömür sürməyə dəvət etmək, dünyanı gülzara, bolluq, firavanlıq mənbəyinə çevirmək, bir sözlə, cənnəti yer üzündə bərqərar etmək kimi böyük məqsəd izləmişdir. Bu gün biz inamla deyirik: Şəhriyarın idrak və zövq mənbəyi olan əsərləri, eləcə də onun dönə-dönə yüksək qiymətləndirdiyi sənət bahadırlarının təkrarsız irsi olmasaydı, Azərbaycan ədəbiyyatı nə qədər solğun, insanlarız isə mənən nə qədər yoxsul və miskin görünərdi…

Dahi şair bütün ömrünü keşməkeş içində yaşasa da, yaralı Azərbaycan duyğusu onun mənəviyyatını təşkil edib.  Vətən həsrətiylə paralel şəxsi həyatında da həsrətlər yaşayıb Şəhriyar. Tələbəlik illərində şair pəri adlandırdığı Sürəyyanı sevib, lakin qovuşa bilməyib. Sürəyyanı sevən şahın yaxın qohumu onu həbs etdirib, bir daha Tehrana gəlməmək şərti ilə Nişapura sürgünə göndərib. 

Sanki həsrət və nisgil Şəhriyarın boyuna biçilib. Şəhriyar sürgünə getməmişdən əvvəl Sürəyyanı son dəfə görmək üçün qızın anasına yalvarır. Bu yalvarışlardan sonra anası görüşə razı olur. Sevgililər son dəfə Tehranın Behcətabad parkında görüşməyi planlayırlar. Sevgilisini son dəfə görmək ümidi ilə gecə həmin yerə gələn şair səhərədək gözləyir, amma  onun “Pəri”si  gəlmir. Şair heç vaxt unuda bilmədiyi həmin gecədən yadigar olaraq məşhur “Behcətabad xatirəsi” şeirini qələmə alır:

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı.
Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım gör nə döşürməkdədi darı
Bir quş : “Ayığam”-söyləyərək gahdan inildər,
Gahdan onu day yel deyə laylay huş aparı.

Əsil söz sənətkarının böyuklüyü həm də bununla ölçülür ki, onun istər sağlığında, istərsə də dünyasını dəyişməsindən on illər, qərinələr keçəndən sonra əsərlərini oxuyan hər kəs, ilk növbədə isə sözə qarşı həssas olan yüksək səviyyəli bədii zövq sahibləri, şeirsevənlər dərindən təsirlənir. Şəhriyar insanların qəlbinə hakim olur. Şəhriyar məhz bu cür sənətkarlardandır. 

Ustad Şəhriyarın adı farsdilli ədəbiyyatda Sədi Şirazi və Hafiz Şirazinin adı ilə bir çəkilir. Təxəllüsləri: «Behcət», «Şəhriyar» olub. Şəhriyar təxəllüsünü Hafizin divanına üz tutaraq qəbul edib. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün (18 sentyabr 1988-ci il) hər il İranda "Milli şeir günü" kimi qeyd edilir.

Tanrı həyatı boyu Şəhriyara nisgil, dərd və kədər qismət eləsə də, ona istər sağlığında, istərsə də ölümündən sonra böyük xalq məhəbbəti qismət etdi. Bu gün o, bütöv Azərbaycan xalqının sinvoludur. Şəhriyar özünü azərbaycanlı olaraq, Azərbaycan türkü olaraq hiss edən hər kəsin içində yaşayır.  Bu gün cənubda da, şimalda da Azərbaycan deyəndə Şəhriyar, Şəhriyar da deyəndə Azərbaycan yada düşür. 

Ruhun şad olsun Böyük Azərbaycan aşiqi.

Nərminə Umudlu
pia.az

Fotolar


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az