• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Dünya

Ərdoğan Amerika nəşrində yazır

12:21 15.08.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Türkiyəyə qarşı birtərəfli fəaliyyət ABŞ-ın maraqlarını və təhlükəsizliyini sarsıdacaq”
The New York Times (ABŞ), 13.08.2018

Türkiyə və ABŞ son altmış ildə NATO-da strateji tərəfdaş və müttəfiqdir. Hər iki ölkə soyuq savaş dönəmində və sonralar ümumi çağırışlara qarşı çiyin-çiyinə durub.

Türkiyə uzun illər boyu gərək olarkən Amerikanın köməyinə tələsib. Bizim hərbçilər –  kişilər və qadınlar –  qanlarını Koreyada birgə axıdıblar. 1962-ci ildə Kennedi administrasiyası “Yupiter” raketlərini İtaliya və Türkiyədən yığışdıraraq sovetləri Kubadan raketləri çıxartmağa məcbur etməyi bacarıb. 11 sentyabr teraktlarından sonra Vaşinqton öz dost və müttəfiqlərinin şərə cavab zərbəsi vuracağına ümid edəndə biz öz qoşunlarımızı Əfqanıstana göndərdik ki, orada NATO missiyasının icrasına yardım edək.

Lakin Birləşmiş Ştatlar türk xalqının təşvişlərinə dəfələrlə və ardıcıl şəkildə sayğısızlıq və anlamazlıq  göstərib. Bizim tərəfdaşlığımız son illərdə fikir ayrılıqlarının möhkəmlik sınağından keçib. Təəssüf ki, bizim bu təhlükəli tendensiyanın geri döndərilməısi üzrə səylərimiz hədər çıxıb. Birləşmiş Ştatlar Türkiyənin suverenliyinə sayğı göstərməyə başlamasa və ölkəmizin üzləşdiyi təhlükələri anladığını sübut etməsə, tərəfdaşlığımız təhlükə altına düşə bilər.

Türkiyə 2016-cı il 15 iyulda Pensilvaniyada kəndistan kompleksindən öz təşkilatına rəhbərlik edən, mənim hökumətim tərəfindən rəsmən Fətullahın Terrorçu təşkilatı adlandırılan Fətullah Gülən başda olmaqla kölgə qrupunun həmləsinə məruz qalıb. Gülənçilər mənim  hökumətimə qarşı qanlı çevriliş təşkil etməyə çalışıblar. Milyonlarla sadə vətəndaş həmin gecə Amerika xalqının Perl-Harbor və 11 sentyabr teraktlarından sonra yaşadığı kimi vətənsevərlik hissi üzündən küçələrə atılıb. Şirkətin  çoxdankı rəhbəri və mənim əziz dostum Erol Olkok, habelə onun oğlu Abdulla Tayib Olkok daxil olmaqla 251 adam ölkəmizin  azadlığı uğrunda ən yüksək qiymət ödəyib. Uğur mənim və ailəmin dalınca gəlmiş ölüm eskadronuna yar olsaydı, mən də onlara qoşulardım. Türkiyə xalqı gözləyirdi ki, Birləşmiş Ştatlar həmləni qeyd-şərtsiz  pisləyəcək və Türkiyənin seçilmiş rəhbərliyinə həmrəyliyini bildirəcək. Bu, belə olmadı. Birləşmiş Ştatların reaksiyası heç də qaneedici deyildi. Birləşmiş Ştatların rəsmi şəxsləri Türkiyə demokratiyasına qoşulmaq əvəzinə ehtiyatla “Türkiyə daxilində sabitlik, barış və vərəsəliyə” çağırdılar. Daha pisi budur ki, Türkiyənin ikitərəfli müqaviləlrə uyğun olaraq Fətullah Gülənin təslim edilməsi haqda xahişinə münasibətdə heç bir irəliləyiş olmayıb.

Məyusluq üçün daha bir səbəb Birləşmiş Ştatlar və 1984-cü ildən minlərlə Türkiyə vətəndaşının həlakına görə məsuliyyət daşıyan və ABŞ-da terrorçu qruplaşma sayılan Kürdüstan Fəhlə Partiyasının Suriya filialı P.Y.D./Y.P.G arasındakı tərəfdaşlığa aiddir. Türkiyə hökumətinin dəyərləndirdiyinə görə, Vaşinqton son illərdə P.Y.D./Y.P.G.-yə silah tədarükü üçün beş min furqon və iki min yük təyyarəsindən istifadə edib.

Mənim hökumətim Suriyada Kürdüstan Fəhlə partiyasının müttəfiqlərinə təlim keçmək və təchiz etmək qərarıyla bağlı bizim təşvişlərimizi Amerika rəsmilərilə dəfələrlə bölüşüb. Təəssüf ki, bizim sözümüz eşidilməyib və son nəticədə Amerika silahı Suriyada, İraqda və Türkiyədə mülki şəxslərə və təhəlükəsizlik qüvvələrimizin əməkdaşlarına qarşı istifadə olunub.

Birləşmiş Ştatlar Amerika vətəndaşı Əndryu Bransonun terrorçu təşkilatla əlbirlik ittihamı üzrə Türkiyə polisi tərəfindən həbs edilməsini bəhanə gətirərək Türkiyə ilə münasibətlərin gərginləşməsi üçün son həftələr boyunca bir sıra addımlar atıb. Birləşmiş Ştatlar məhkəmə prosesinə sayğı əvvəzinə – ki mən çoxsaylı görüş və söhbətlərimizdə prezident Trampı buna çağırmışam –  dost millətin ünvanına yolverilməz təhdidlərlə çıxış edib və kabinetimin bir neçə üzvünə nisbətdə sanksiyalar tətbiq edilməsinə girişib. Bu qərar yolverilməz, irrasional və son nəticədə çoxdankı dostluğumuz üçün çox ziyanlı çıxıb.

Biz Türkiyənin təhdidlərə reaksiya vermədiyini məlum etmək üçün Amerikanın bir neçə məmuruna münasibətdə sanksiyalarla cavab verdik. Biz irəli gedərək həmin prinsipi təqib edəcəyik: mənim hökumətimi məhkəmə prosesinə qarışmağa məcbur etmək cəhdləri bizim Anayasaya və ümumi demokratik dəyərlərimizə ziddir. Birləşmiş Ştatlar dinləməkdən imtina edərsə,

Türkiyə dəfələrlə bildirib ki, özü öz qayğısına qalacaq. Türkiyə hökuməti 1970-ci illərdə Vaşinqtonun etirazına baxmayaraq etnik türklərin kiprli yunanlar tərəfindən kütləvi qətliamını önləmək üçün müdaxilə edib. Vaşinqtonun  Şimali Suriyadan qaynaqlanan milli təhlükəsizlik təhdidlərinə münasibətdə əndişələrimizi dərk etməmək bacarıqsızlığı lap bu yaxınlarda İŞİD deyilən qruplaşmanın NATO sərhədlərinə çıxışını kəsən və Y.P.G. döyüşçülərini Afrin şəhərindən çıxardan iki hərbi müdaxiləyə səbəb olub. Habelə milli maraqlarımızın müdafiəsi üçün bu hallardakı kimi gərəkən addımları atacağıq.

Şərin bütün dünya üzrə hissolunmaz qaldığı bir vaxtda Birləşmiş Ştatlar – onilliklər boyu müttəfiqimiz – tərəfindən Türkiyəyə qarşı birtərəfli fəaliyyət yalnız Amerikanın maraqlarını və təhlükəsizliyini sarsıdacaq. Nə qədər gec deyil, Vaşinqton münasibətlərimizin asimmetrik ola biləcəyi haqda yanlış təsəvvürdən imtina etməli və barışmalıdır ki, Türkiyənin alterantivləri var. Bu birtərəfli yanaşma tendensiyasını geri döndərmək bacarıqsızlığı və sayğısızlıq bizdən yeni dost və müttəfiqlər axtarışı tələb edir. (strateq.az)

Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az