Rusiya vəd etdiyi 200 milyon dollarlıq kredit sazişi çərçivəsində Ermənistana silah göndərməyə başlayıb. Bu barədə rusiyalı politoloq Andrey Areşev Ermənistanın tert.am portalı ilə söhbəti zamanı bildirib.
Areşev bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyindən aldığını vurğulayıb.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Avstriyanın "Die Presse" qəzetinə müsahibəsi zamanı münaqişə tərəflərinə - Azərbaycana və Ermənistana silah satışına embarqo qoyulmasını təklif etməsini şərh edən Areşev bunun Ermənistan üçün dəhşətli nəticələrə səbəb ola biləcəyini vurğulayıb: "Sizə çox yaxşı bəllidir ki, münaqişə tərəflərindən biri (Azərbaycan - red.) daima niyyətinə çatacağına qərarlı olduğunu bildirir. Təbii ki. bu güc və hərb yolu ilə gerçəkləşdirilir. Ona görə də bu ideyanın uzunmüddətli perspektivdə ilk növbədə Ermənistanın milli təhlükəsizliyinə zəmanət baxımından nə dərəcədə konstruktiv ola biləcəyini deyə bilmərəm".
Yəni Tiflisdə doğulmuş və milliyyətcə erməni olduğu bildirilən rusiyalı politoloq ermeniləri Rusiyanın Azərbaycana silah satması ilə bağlı çox hay-küy qaldırmamağa, Ermənistana Rusiya daxili qiymətlərlə təklif edilən rus silahlarından imtina etməməyə çağırıb. Areşev Azərbaycanın kommersiya yolu ilə silahları istənilən ölkədən ala biləcəyinə diqqət yetirib: "İsrail dəfələrlə Azərbaycana kommersiya qiymətləri ilə öz silahını satmağı təklif edib. Bu ölkənin əsas tərəfdaşı Türkiyə artilerriya, raket sistemləri, yaxın döyüş üçün nəzərdə tutulan silah növləri göndərir. Yəni biz hamımız gözəl anlayırıq ki, Türkiyə Bakıya silah göndərməkdən imtina etməyəcək".
Ermənistan Müdafiə Nazirliyinin bəzi əməkdaşlarının son 1-2 gündə verdiyi ədəbaz bəyanatlardan da Rusiyanın kredit sazişi çərçivəsində silahları göndərməyə başladığını anlamaq olur. Məsələn, Ermənistan Silahlı Qüvvələrinin təchizat rəhbəri polkovnik Noryar Yolçuyan da ordunun heç bir təchizat probleminin olmadığını bildirib. Onun iddiasına görə, Ermənistan ordusu cəbhədəki istənilən gərginliyə hazırdır.
"Milli Yol"
Digər xəbərlər
loading...