• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Dünya

“Bizim donanma ümumi su səthində tam sərbəst üzəcək"

14:55 09.08.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bu həftə sonu-bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin sammiti keçiriləcək. Sammiti tarixi adlandırmaq olar, çünki 25 illik danışıqlardan sonra nəhayət Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan liderləri Xəzərin hüquqi statusuna dair konvensiyanı imzalayacaqlar

Konvensiya layihəsi artıq mətbuata sızdırılıb. Sənəddə ən mühüm məqamlar regiondan kənar dövlətlərin Xəzərdə hərbi iştirakının istisna edilməsi, habelə dənizin dibindən qaz kəmərlərinin çəkilməsi üçün kəmərin marşrutunun keçdiyi sektorların aid olduğu ölkələrin razılığının kifayət etməsidir. Hərçənd məlumata görə ekoloji normalara dair ayrıca protokolla kəmərlərin çəkilməsi məsələsi yenə də digər sahilyanı ölkələrdən asılı vəziyyətə salınacaq.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin sammit ərəfəsində “Kommersant”a müsahibə verib və imzalanacaq konvensiyanı şərh edib. Diplomat bu suala aydınlıq gətirib: nəhayət Xəzər dənizdir, yoxsa göl? Konvensiya bu ziddiyyətə aydınlıq gətirirmi?

 

“Nə bu, nə digəri. Xəzər dənizinin xüsusi statusu olacaq. Bu, spesifik coğrafi və hidroloji xarakteristika ilə izah edilir. Xəzər qitədaxili su hövzəsidir və Dünya okeanına birbaşa çıxışı yoxdur, ona görə də dəniz kimi nəzərdən keçirilə bilməz”-Karasin bildirib.

Diplomat əlavə edib ki, Xəzər dəniz sayılmasa da ölçüsünə, suyunun tərkibinə və dibinin xüsusiyyətlərinə görə göl də hesab edilə bilməz. Ona görə də BMT-nin 1992-ci ildə qəbul etdiyi dəniz hüququna dair Konvensiya, habelə transsərhəd göllərinə dair prinsiplərin Xəzərə tətbiqi mümkün deyil.



Qriqori Karasinin bildirdiyinə görə, Xəzərin hüquqi statusuna dair Konvensiya imkan verəcək ki, Rusiya Hərbi Dəniz Qüvvələri ümumi su məkanında sərbəst hərəkət etsin, üzsün, habelə inkişaf etsin. Bununla belə Konvensiyada gəmilərin sahilyanı zonalarda və intensiv təsərrüfat fəaliyyəti zonalarında təhlükəsiz hərəkət qaydaları da müəyyən olunur.

Xəzərin sektorlara bölgüsü məsələsində isə Karasinə görə tərəflər mövcud ikitərəfli, üçtərəfli razılaşmalardan yararlana bilərlər.

“Xəzəryanı dövlətlər çoxdan bu cür məsələlərin ikitərəfli və üçtərəfli formtada nizamlanması yollarını tapıblar. Mən hesab edirəm ki, indiyə qədər Rusiya, Azərbaycan və Qazaxıstan arasında imzalanan razılaşmalar, habelə Qazaxıstanla Türkmənistan arasında razılaşma dənizin cənub hissəsinin delimitasiyasında da nümunə ola bilər.

Konvensiyada dənizin dibindən istifadə məqsədi ilə bu cür məhdudlaşdırmanın (sektorlara bölmə) məqsədi aydın göstərili və tərəflərin üzərinə öhdəlik qoyulur ki, bölgünü danışıqlar əsasında, beynəlxalq hüququn prinsiplərinə söykənərək aparsınlar. Sahilyanı ölkələr delimitasiyanı başa çatdırdıqdan sonra öz sektorlarının dibində resurslar üzərində tam yuridiksiyaya malik olacaqlar. Lakin hüquqi statusa dair sənəddə su səthi barədə bölgü fərqlidir”-Qriqori Karasin bildirib.



Diplomat bildirib ki, konvensiya Rusiyanın maraqlarını “tam həcmdə” təmin edir. Karasinin sözlərinə görə Xəzər hövzəsində təhlükəsizliyin təmin edilməsi barədə sahilyanı ölkələrin müstəsna hüquqları 2010-cu ildə imzalanmış razılaşmaya əlavə protokollarla müəyyən edilib. Bu razılaşma Xəzər hövzəsində terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə birgə əməkdaşlığı nəzərdə tutur.

Karasin Aktau sammitinin konvensiyanın imzalanmasına baxmayaraq sonuncu Xəzər sammiti olmayacağını da deyib. “Gözləyirik ki, konvensiyanın qəbulundan sonra mövcud format daha da möhkəmlənəcək. Daimi fəaliyyət göstərən yeni konsultasiya meydançasının formalaşmasının vaxtı çatıb. Sammitdə kifayət qədər maraqlı ideyalar səslənəcək ona görə də gəlin bazar gününü gözləyək.”-diplomat deyib. (Virtualaz.org)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az