Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsdən azad edilməsilə bağlı müxtəlif təşkilat və şəxslərin səyləri heç bir nəticə vermir
Bir neçə nümayişçinin ölümü ilə nəticələnən 2008-ci ilin mart hadisələrinə görə cavabdeh qismində istintiqa cəlb olunan Köçəryanı bu dəfə deputatlar zaminə buraxdırmaq fikrinə düşüblər.
“AzPolitika” erməni KİV-lərinə istinadla xəbər verir ki, keçmiş prezident barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyən 45 deputat ölkə prokurorluğuna müraciət edib. Onlar Köçəryana görə zamin durduqlarını bildirərək, araşdırmanın keçmiş prezident həbsdə olmadan da aparılmasının mümkün olduğunu qeyd ediblər.
Lakin prokurorluğun sözçüsü A.Xaçatryan bildirib ki, deputatların xahişi rədd edilib və istintaq dövründə Köçəryan həbsdə qalacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...