Atlantik okeana səfər edən, Sankt-Peterburq şəhərindəki hərbi-dəniz qüvvələri paradında iştirak etmiş Rusiya Şimal donanmasının hərbi gəmilər dəstəsi La-Manş boğazına daxil olub
Virtualaz.org “Russia Today”ə istinadən xəbər verir ki, hərbi gəmilərin arasında “Marşal Ustinov” raket kreyseri və “Severomorsk” qayıq əleyhinə gəmi də var.
Şimal donanmasının mətbuat xidmətinin rəisi, birinci dərəcəli kapitan Vadim Serqa bildirib ki, paradda iştirak etmiş digər gəmilər daimi dislokasiya yerlərinə yollanıblar.
Mənbə əlavə edir ki, “Marşal Ustinov” və “Severomorsk” gəmiləri isə Atlantik okeanda öz hərbi vəzifələrini yerinə yetirməyə davam edəcəklər.
MilliYol.Az
Digər xəbərlər
loading...