• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Dünya

Adnan Oktar mason olmaq üçün 1 milyon 50 min avro ödəyib - Faktlar

10:54 26.07.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

AİDS testindən və yalan detektorundan keçən “kedicik”lər, Trampın dəvətinə qatılmaq üçün ödənilən 200 min dollar – Oktar qalmaqalı davam edir

Türkiyədə həbs olunan Adnan Oktar və onun dəstəsi ilə bağlı yeni şok detallar üzə çıxmaqda davam edir. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, cinayətkar qruplaşmanın tələsinə düşən gənc qızlardan qan nümunələri alınıb, AIDS Və hepatit testi keçiriləndən sonra Adnan Oktara təqdim edilirdi.

Adnan Oktar “kedicik”lərini yalan detektoruna oturdurmuş

"Mengele" kod adlı qaçaq həkim Muhammed Cihat Gündoğdunun evində bu məqsədlə istifadə edilən, son texnologiyalara sahib tibbi cihazlar ələ keçirilib. Gündoğdunun evi və xəstəxanadakı otağında yerləşən cihazlar da ələ keçirilib. 

Həkim Cihat Gündoğdu eyni zamanda bu cinayətkar qruplaşmanın içində komplikasiya proqramlarına sahib olan yalan detektorundan da istifadə edib. Bu maşının özəl bir kompüter, barmaq ucuna taxılan nəbz ölçən və yeni texnoloji səs analizi edə bilən mikrofondan ibarət olduğu ortaya çıxıb. O, qrupun bəzi üzvləri üzərində təcrübələr keçib, ardınca isə "Bacılar" qrupundan bir-iki nəfərə bu cihazdan istifadəni öyrədib, kompüteri və ona aid hissələri onlara təslim edib.

Onu həbsxanada iki nəfər ziyarət edib

Bu arada Adnan Oktarın türmə günləri ilə bağlı maraqlı detallar üzə çıxmağa davam edir. Silivridən Edirne F tipi türməyə köçürülən A.Oktarın ilk ziyarətçiləri də gəlib. Oktar onlarla ilk qapalı görüşünü keçirib.

Oktar ilk iki gün videokameralı müşahidə otağında türmənin psixo-sosial mütəxəssisləri tərəfindən müşahidə altında tutulandan sonra 3 nəfərlik bir hücrəyə göndərilib. Oktarın ilk ziyarətçiləri ginekoloq qardaşı Kənan Oktar və qardaşı qızı Qamze Oktar olub. Oktar ziyarətçiləri ilə şüşə qoruyucunun arxasından görüşüb. Görüşə türmə işçiləri də nəzarət edib və onların ümumi söhbətləri yarım saat davam edib.

Normal şərtlər altında Oktarın yaxınları ilə həftədə bir dəfə qapalı görüş, ayda bir dəfə də açıq görüş keçirmək haqqı var. Amma intizam cəzası alarsa, bu hüququ məhdudlaşa bilər.

Trampın dəvətinə qatılmaq üçün 200 min dollar ödəyib

Bu mövzu ilə bağlı daha bir detal isə A.Oktarın necə mason olmasıdır. Türkiyə mediası yazır ki, cinayətkar qruplaşmanın lideri 1 milyon 50 min avro verərək, 33-cü dərəcədən mason olub. İstintaq çərçivəsində ifadə verən C.Ö adlı təqsirləndirilən şəxs Oktarın həmin sənədi necə aldığını deyib: "Adnan Oktar 2012-ci ildə xaricdə daha böyük nüfuz əldə etmək üçün mason olmasının vacibliyini dedi və məndən bununla bağlı araşdırma aparmağımı istədi. Mən də dünyadakı ən güclü mason lojalarının Şotland Rit və P2 mason lojaları olduğunu öyrənib bildirdim. Ritə üzv olmaq üçün İngiltərədə yaşaması lazım idi. Ona görə də P2 Mason lojası ilə əlaqə qurmağımı istədi. Hər dəfə 350 min avro olmaqla, 3 dəfə pul verərək, 33-cü dərəcədən mason olmasına nail olduq. Bu vəsilə ilə 2014-cü ildə İtalya xarici işlər naziri Franco Frattini Türkiyəyə gələrək, A.Oktar ilə görüşdü. Bu loja Vaşinqton lojası ilə ortaq hərəkət etdiyi üçün Trampın prezidentiyə qəbul günündə də dəvət alındı. Adnan Oktarı təmsil etmək üzrə Oktar Babuna və yanındakı bir nəfər bu tədbirə qatıldı. Bu dəvətnamələri almaq üçün Adnan Oktar 200 min dollar pul ödədi”.

Oktarın tapançaları, mərmiləri və Tövratı

A.Oktarla bağlı həyata keçirilən əməliyyatlarda ələ keçirilən silahlar və cinayət ünsürəri İstanbul əmniyyət müdirliyində nümayiş etdirilib. Oktarın İstanbul-Çengelköydəki villasında ələ keçirilən əl yazması Tövrat isə İstanbul Muzeylər Müdirliyinə təslim edilib. Hazırlanacaq sənədin ardınca Tövrat müəyyən bir muzeydə nümayiş etdiriləcək. Ünvanlarda ələ keçirilən tabloların ekspertizası isə davam etdirilir.

Polis, 17-si sənədli, 5-i sənədsiz olmaqla toplam 23 tüfəng, 65-i sənədli, 5-i sənədsiz olmaqla 70 tapança, 7 polis ratsiyası, 17 min mərmi və 289 güllə sandıqçası ələ keçirilib. Cinayətkar qruplaşma qızıl əşya satışı ilə məşğul olan şirkətlərin adından istifadə edərək, bu silahları saxta sənədlərlə əldə edib.

İstanbul Baş Prokurorluğunun həyata keçirdiyi istintaq çərçivəsində Oktarın “cinayətə yol vermək məqsədilə qruplaşma qurmaq”, “uşaqların cinsi istismarı”, “məqsədli cinsi hücum”, “şantaj”, "mal varlığı dəyərlərini ölkə xaricinə çıxarmaq” və “”şiddət, təhdiddən istifadə edərək insanların azadlığını məhdudlaşdırmaq” kimi cinayətlərdən həbsinə qərar verilib. Əməliyyat çərçivəsində 187 nəfər göz altına alınıb, onlardan 168-i həbs olunub. Oktarın yaxın cangüdəni Cüneyt Özyaşarın da həbsi ilə bu say 169 olub. Bəzi qaçaq şübhəlilər isə hələ də axtarılır.



Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az