Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə fondu ərazisində başlamış yanğın söndürülüb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın Şabran meşəbəyliyinin Pirəbədil meşə sahəsinin 14 saylı meşə dolayının 3 hektara yaxın ərazisini əhatə edib.
Yanğın nəticəsində quru ot örtüyü yanıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
ETSN vətəndaşlardan xahiş edir ki, yay mövsümündə təbiətdə olarkən odla ehtiyatlı davransın, yanğın təhlükəsizliyi normalarına riayət etsin.
Digər xəbərlər
loading...