Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərindən məğlub çıxan CHP namizədi Məhərrəm İncə medianın qarşısına çıxıb
“AzPolitika.info”nun mlumatına görə, o ilk öncə susmasının səbəbini izah edib. İnc təhdid edildiyi üçün susduğu barədə iddialara “heç kim məni təhdid etmədi, təhdid edəcək adam da hələ doğulmayıb” deyib.
Sonra Ərdoğana müraciət edib: “15 milyon vətəndaş mənə səs verib. Hədəfimiz bunu 30 milyona çatdırmaqdır. Cənab Ərdoğan, lütfən bu gündən sonra 81 milyonun prezidenti olun. Mənim sloqanımı istifadə edin. Artıq hamımızın prezidenti olun. Hamını qucaqlayın. Mən seçilsəydim elə edəcəkdim”.
İncə Ərdoğanın qabiliyyətinin şübhə doğurmadığnı bildirib: “Ortada ciddi səs çoxluğu ilə qalibiyyət var. Ona görə də kimlərəsə küçələrə çıxın demək demokratiyaya ziddir. Əgər bir yarışa girərkən, qarşındakının qalibiyyətini təbrik edə bilməyəcəksənsə, seçkilərə girməməlisən. 50+1 olsaydı, o zaman bunu etmək olardı. Amma ortada fakt var, qalibiyyət var. Uduzdun deyə ona şər at, təbrik etmə deyə bir şey olmamlıdır.
Seçkilərin nəticələrinə gəldikdə, əlbəttə ki, açıqlanamalı olan məqamlar var. Seçim müddətində səslərə müdaxilə edildiyini, sandıqlarda müxtəlif qanunsuzluqlar olduğunu gördük. Əməkdaşlarımız bununla mübarizə apardılar. Əməkdaşlarımızın bizə təqdim etdikləri protokollardakı rəqəmlərlə YSK-nın açıqladığı rəqəmlər arasında ciddi bir fərq yoxdur. Mövcud fərqlər nəticəni dəyişdirəcək qədər deyil. Dolayısı ilə seçkilərin nəticələrini qəbul edirəm”.
Muharrem İnce nədən dünən axşam açıqlama verməməsi ilə bağlı sualı cavablandırıb: “Orada səhv etdim, bunu qəbul edirəm. Mən İsmayıl Küçükkayaya (jurnalist-red.) dostyana mesaj atdim. Onun xəbər hazırlayacağını təxmin etməmişdim. Mənim kimi təcrübəli siyasətçi bunu etməməli idi. Vətəndaşlarımız bunu bir tvitlə öyrənməməli idi. Demək jurnalistlərlə dostluq edərkən diqqətli olmaq lazımdır. Bu məsələyə görə üzr istəyirəm”.
***
Türkiyədəki seçkilərdə prezidentliyə namizəd kimi çıxış edən və böyük nəticələr göstərən Muherrem İnce FOX TV-yə yazdığı mesajda rəqibi T.Ərdoğanın seçkini qazandığını qəbul edib.
Musavat.com xəbər verir ki, FOX TV aparıcısı İsmail Küçükkaya canlı yayında mesaj yazan İnce ”Adam qazandı”, deyə, ifadə işlədib. Həm də qeyd edib ki, adil bir seçki kampaniyası olmadı, lakin nəticələrə görə, Ərdoğan prezident seçilib.
Digər xəbərlər
loading...