• Xəbər lentİ
Fləş

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Dünya

“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya da Azərbaycan hücuma keçəcək...”

15:40 15.06.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycanın təmas xəttinə qoşun cəmləşdirdiyi və hücuma hazırlaşdığı barədə Ermənistandan, eləcə də qondarma “dqr” rejimindən təşviş dolu bəyanatların ardı-arası kəsilmir

Virtualaz.org xəbər verir ki, Azərbaycan ordusunun canlı qüvvəsinin və texnikasının “intensiv cəmləşməsi” barədə videogörüntülərin yayılmasının ardınca Dağlıq Qarabağ “prezidentinin” administrasiya rəhbər David Babayan “Azadlıq” radiosunun erməni xidmətinə danışıb. Azərbaycanın 2016-cı ilin aprelindən bəri təmas xəttində ən irimiqyaslı cəmləşmə həyata keçirdiyini deyib.

D.Babayan deyir ki, aprel ayından başlayaraq Azərbaycan ordusu təmas xəttində cəmləşmə həyata keçirir, Azərbaycan ərazisinin dərinliklərində dislokasiya olunmuş hərbi birləşmələr cəbhə xəttinə yaxın yerləşdirilib və indiyə qədər geri çəkilməyib. 

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə iyunun 14-də Yerevanda keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın təmas xəttində hərbi texnika və canlı qüvvə cəmləşdirməsi hətta Minsk Qrupu həmsədrlərinin regionda səfərdə olduğu bir vaxtda davam edib. Bu da ciddi narahatlıq doğurur. 

Azərbaycan Müdafiə Nazirliyi günlərdir erməni tərəfinin qaldırdığı bu hay-küyü şərh etmir və düz edir. Axı Azərbaycan ordusunun bölmələrinin ölkə əraziləri boyu hər hansı yerdəyişməsi, bölmələrin hansısa gündəlik təlim-məşq toplantıları üçün kazarmalarını tərk etməsi belə  Ermənistanda qorxu yaradırsa bunu şərh etməyə, hansısa izahat verməyə nə lüzum? Azərbaycan ərazilərini işğal altında saxlayanlar daim qorxmaqda, təşviş keçirməkdə haqlıdır və hansısa izahat verib onları sakitləşdirməyə ehtiyac yoxdur.

Digər tərəfdən hərb elminə az-çox bələd olanlar bilir ki, hücuma hazırlaşan tərəf ermənilərin kvadrakopterlə çəkib yaydıqları görüntülərdə olduğu formada, yəni günün günorta çağı, heç bir maskalanma aparmadan və nümayişkarənə şəkildə cəmləşmə həyata keçirmir. Amma erməni tərəfi Azərbaycan ordusunun bölmələrinin təlim-məşq tapşırıqları üçün kazarmalarını tərk edib poliqonlara hərəkətini çəkib yaymaqla guya ayıq-sayıqlığını nümayiş etdirir.

Hansı ki, indi kvadrakopterlərlə 10-15 km. dərinlikdə çəkilişlər aparıb bunu yaymaqla heç kimi təəcübləndirmək mümkün deyil. Azərbaycan ordusunun pilotsuz kəşfiyyat təyyarələri düşmən nəzarəti altında olan bütün əraziləri az qala online izləmək imkanındadır, amma Bakı erməni qüvvələrinin məsələn, Qubadlıdan Füzuli istiqamətində hərəkətinə dair hansısa görüntüləri yayıb bundan təbliğat məqsədi ilə istifadə etmir.

Erməni tərəfinə isə bu hədsiz gərəklidir. Çünki Ermənistanın ardınca Dağlıq Qarabağdakı hərbi-polis rejimi də ciddi laxlayıb, çökmək üzrədir. Xankəndində yerli xüsusi xidmət əməkdaşlarının özbaşınalıqlarına etiraz olaraq başlayan etirazlar güc strukturlarının və “hökumətin” rəhbərliyinin istefasına gətirib çıxardı. Amma etirazlar dayanmayıb. Ermənilər keçmiş xüsusi xidmət agenti Bako Saakyanın rejiminin tamamilə istefa verməsini tələb edirlər. Hansı ki, Saakyanın 2020-ci il “seçkilərində” namizədliyini irəli sürməyəcəyi haqda bəyanatı da etirazçıları sakitləşdirməyib. İyunun 13-də müxalif “Milli dirçəliş” partiyasının Xankəndinin mərkəzində mitinq keçirməsinə icazə verilməsə də etirazçılar parklardan birinə yığışıb Saakyanın istefasını tələb ediblər.

Belə vəziyyətdə Azərbaycan qoşunlarının təmas xəttində cəmləşdirilməsi barədə hay-küy Qarabağdakı hərbi-polis rejimi üçün az qala yeganə xilas yolu kimi görünür. Ermənistanda da etirazlar başlayanda Serj Sərkisyanın komandası eyni taktikadan istifadə etdi, amma işə yaramadı.

Qatı ermənipərəst rusiyalı ekspert, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev isə deyir ki, Azərbaycan son hərəkətləri ilə (yəni Naxçıvanda mövqelərin irəli çəkilməsi, Qarabağda qoşun cəmləşdirilməsi, yeni raketlərin nümayişi və s.) Ermənistana təzyiq göstərmək istəyir. Onun fikrincə güc aləti ilə təzyq hələ başlanğıcdır və Nikol Paşinyanın hökumətinin sınağa çəkilməsidir.

“Əgər erməni tərəfi bunlara ciddi reaksiya verməsə 2016-cı ilin aprel hərbi əməliyyatlarının təkrarı mümkündür”-Yevseyev “Rusarminfo”ya deyir.

Ermənipərəst ekspertin fikrincə hadisələrin iki mümkün inkişaf ssenarisi var. Birinci ssenariyə əsasən Ermənistan Dağlıq Qarabağın ətrafındakı bufer zonasını (ətraf rayonları) özü qaytarır. İkinci ssenariyə əsasən Azərbaycan hərbi əməliyyatlara başlayır.

Ermənistanda bu cür təşvişin, narahatlığın hökm sürdüyü bir vaxtda Minsk Qrupu həmsədrləri Yerevanda keçirdikləri görüşlərin nəticəsi barədə bəyanatla çıxış ediblər. Diplomatların bu səfəri Ermənistanın yeni rəhbərliyi ilə tanışlıq  və onların danışıqların davamına nə dərəcədə sadiq olduğunu aydınlaşdırmaq məqsədi daşıyırdı. Hansı ki, baş nazir Paşinyan bir neçə dəfə populist bəyanatlar verərək Ermənistanın Dağlıq Qarabağın adından danışıqlar aparmayacağını, “dqr”in danışıqlar masasına qayıtmalı olduğunu demişdi. Bu da elə Ermənistanın özündə də Paşinyanın opponentləri tərəfindən danışıqlardan faktiki imtina kimi dəyərləndirilmişdi.

İndi isəhəmsədrlər bəyan edir ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanla Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyə hazırdır. Və “çox tezliklə” xarici işlər nazirlərinin görüşünün baş tutacağı gözlənilir.


MilliYol.Az

Etiket:

Digər xəbərlər

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az