Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Ermənistanın şərt irəli sürmədən Türkiyə ilə əlaqələri inkişaf etdirmək istədiklərini açıqlayıb
Mnatsakanyan bildirib ki, bu günə kimi danışıqların uğursuz olmasının səbəbi Türkiyədir: "Ermənistan çox diplomatik səy etdi, ancaq bu səylər Türkiyənin mənfi reaksiyasına görə uğursuz oldu. Qarşı tərəfdən münasibətləri normallaşdırmğa ümid verəcək heç bir açıqlama görmürəm”.
Mnatsakanyan bildirib ki, Ermənistan Türkiyə ilə mehriban qonşuluq münasibətlərinə hazırlaşmaq istəyir: “ Ancaq bunu öz maraqlarımız üçün istəmirik. Belə şərtimiz yoxdur. Bu təklif təkcə bizim mənafeyimiz üçün deyil, regionun da maraqlarına uyğundur. Ancaq bizim maraqlarımıza zidd olan addımları yerinə yetirməyəcəyik”. (modern.az)
Digər xəbərlər
loading...