• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Hadisə

"Arif Alışanovu öldürmək üçün mənə 600 min manat təklif etdilər"

17:27 25.05.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə şahid qismində Müsabi Namazov ifadə verib.

O deyib ki, A. Alışanova qarşı sui-qəsd barədə ilk dəfə Şamaxıda olanda eşidib. Şahid bildirib ki, A. Alışanovu 600 min manat müqabilində Ş. Əkbərovun evinin qarajında öldürməyi planlaşdırıblar: "Dedilər ki, sənə 600 min manat pul veririk ki, Alışanovu öldürəsən. Sonra mənə silah verdilər. Həmin ərəfədə Arif Alışanov Şamaxıya gəldi, görüşdük. Sui-qəsd ona görə baş tutmadı ki, mən Qoçalıya yalandan dedim ki, bunu planlı şəkildə etməliyik, belə sui-qəsd olmaz. Mənə tapşırıq vermişdilər ki, Arif Alışanovla yanaşı, onun yanında olan şəxsləri də güəllələyim. Sonra mən bu barədə Bakı şəhərinə gəlib, polisə məlumat verdim. Arif Alışaova qarşı sui-qəsd təşkil ediləcəyini dedim".

Şahid vəkillərin suallarını cavablandırarkən təklifdən imtina etməməyinin səbəbini də açıqlayıb: "Əvvəlcə ona görə razılaşdım ki, təqsirləndirilən şəxsləri aldadım və tərksilah edim. Sonra polisə məlumat verəcəkdim. Qətl hadisəsini Qoçalı Cəbiyevlə birlikdə törətməli idim".

Sonra şahid təqsirləndirilən Ş. Əkbərovun suallarını cavablandırıb. Ş. Əkbərov şahiddən uzun müddət dost olduqları halda, nəyə görə ailə üzvlərinə deyil, məhz polisə məlumat verdiyi barədə soruşub. Şahid isə deyib ki, ortada cinayət faktı olduğuna görə, polisə məlumat verməli olub.

Digər şahid sambo və cüdo üzrə dünya çempionu Natiq Bağırov isə ifadəsində bildirib ki, Şamaxıda torpaq sahəsi alıb, fermer təsərrüfatı qurmaq üçün Arif Alışanova 3 milyon 500 min manat məbləğində pul verib.

Sonra Ş. Əkbərovun vəkili əlavə şahid qismində bəzi şəxslərin məhkəmədə dindirilməsi haqqında vəsatət qaldırıb.

Təqsirləndirilən şəxslər də vəsatət veriblər. Onlar məhkəmə tərkibinə etiraz ediblər.

Hakim bildirib ki, vəsatətlərə növbəti məhkəmə prosesində baxılacaq.

Sonra təqsirləndirilən Aqşin Hüseynov məhkəməyə məktubla müraciət edərək, digər təqsirləndirilən şəxslər tərəfindən hədə-qorxuya məruz qaldığını deyib. O bildirib ki, Ş. Əkbərov və digərləri onu şantaj edərək, ibtidai istintaq verdiyi ifadəsini dəyişməyi istəyirlər. A. Hüseynov məhkəmədən bu hərəkətlərə qiymət verilməsini istəyib.

 A. Alışanovun vəkili Zaur Abasov bildirib ki, bəzi KİV nümayəndələri dəfələrlə dərc etdikləri yazılarda Şücayət Əkbərovun əsassız və ağır ittihamlarını qeyd etməklə, ictimaiyyətdə yanlış fikir yaratmaq istəyirlər: "Bildiyiniz kimi, 2013-2016-cı illər ərzində Şücayət Əkbərov Arif Alışanova Şamaxı rayonu Nağaraxana kəndi ərazisində bahalı qiymətə satılan torpaq sahələrini göstərərək, onların müxtəlif vətəndaşlar tərəfindən satıldığını bildirib. Arif Alışanov Şücayət Əkbərovu uzun illər tanıdığından və ona tam etibar etdiyindən, həmin torpaqları almaq məqsədilə qeyd olunan torpaqların pulunu müxtəlif vaxtlarda və məbləğlərdə Şücayət Əkbərova ödəyib. Şücayət Əkbərov Arif Alışanova qarşı dələduzluq edərək, faktiki olaraq Kürdəmir rayonunun ərazisində yerləşən hektarının qiyməti dəfələrlə ucuz olan torpaq sahələrini alaraq, müxtəlif şəxslərin adlarına rəsmiləşdirib, digər hallarda isə Şamaxı rayonunun müxtəlif ərazilərində kənd təsərrüfatı və turizm təyinatlı torpaq sahələri göstərərək satıldığını bildirib. Həmin torpaqların dəyərini təşkil edən məbləğləri Arif Alışanovdan alaraq, ümumiyyətlə, heç bir rəsmiləşdirmə aparmayıb, dələduzluqla həmin pulları da mənimsəyib. Bundan başqa, Arif Alışanov Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən 5 hektar və 6,5 hektar torpaq sahələrini alaraq Şücayət Əkbərovdan həmin sahələri özü ilə arvadı Səlimə Ənvər qızı Sadıqovanın adına rəsmiləşdirməyi xahiş edib. Daha sonra, Şücayət Əkbərov faktiki olaraq özünə məxsus olmaqla, qohumunun adına rəsmiləşdirilmiş Şamaxı rayonu, Mədrəsə qəsəbəsi Nizami Gəncəvi küçəsi 26 ünvanında yerləşən evini Arif Alışanova satıb, lakin rəsmiləşdirməsini müvafiq qaydada həyata keçirməyib. Arif Alışanov bir neçə ədəd Gəncə traktor zavodunda istehsal olunmuş traktor, kotan, dırmıq və sair kənd təsərrüfatı texnikasının lizinqə alınması ilə bağlı öz qohumları ilə razılığa gəldikdən sonra, həmin texnikanın pulunu Şücayət Əkbərova verərək, onu nümayəndəsi kimi həmin texnikanın qəbul edib, bir hissəsini özünə yaxın olan şəxslərin adına rəsmiləşdirməsini xahiş edib və Şücayət Əkbərov həmin texnikaların bir hissəsini özünün, arvadı Səlimə Sadıqovanın, sürücüsü Aqşin Hüseynovun adına rəsmiləşdirib. Şücayət Əkbərov 2016-cı ilin dekabr ayında dələduzluq əməlləri ilə ələ keçirdiyi külli miqdarda pul vəsaitlərini və Arif Alışanov tərəfindən dəyəri ödənilən torpaq sahələrini A.Alışanovun müəyyən etdiyi şəxslərin adlarına rəsmiləşdirilməsini tələb etməsi ilə əlaqədar, eləcə də, adlarına rəsmiləşdirdikləri Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisindəki torpaqlara, kənd təsərrüfatı texnikasına, pulunu aldığı Şamaxı rayonu Mədrəsə qəsəbəsindəki evinə və digər əmlaklara sahib çıxmaq və mənimsədiyi pulları qaytarmamaq və dələduzluq cinayət əməlini gizlətmək məqsədilə, mütəşəkkil cinayət qrupu yaradaraq, bu qrup üzvləri vasitəsi ilə Arif Alışanovu qətlə yetirmək istəyib. Şücayət Əkbərov Arif Alışanovu qətlə yetirmək üçün cinayətkar qrupun digər üzvlərinə 600.000 manat pul təklif edib və bu məqsədlə müxtəlif odlu silahlar əldə edib. Sonradan, qətli avtoqəza nəticəsində həyata keçirməsi üçün adları iş materiallarında keçən və 23.05.2018-ci il tarixində şahid qismində dindirilmiş şəxslərdən “NİVA“ markalı avtomaşını alaraq Zöhrab Şirinov vasitəsilə, həmin avtomaşınla Arif Alışanovun sürücüsü tərəfindən idarə olunan “Toyota Land Cruiser” markalı avtomaşını vuraraq qəsdən dərəyə salmaq məqsədilə bu qətli həyata keçirmək istəyib. Təqsirləndirilən şəxslərin bu və digər cəhdələrinin baş tutmamasının səbəbi isə iş üzrə şahid qismində keçən Müsabi Namazovun qabaqcadan verdiyi məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həyata keçirilməsi mümkün olmamışdır”.

Z. Abasov qeyd edib ki, bu günə qədər iş üzrə təqsirləndirilən şəxs olan Şücayət Əkbərov keçirilən məhkəmə iclasları zamanı dəfələrlə Arif Alışanova şər və böhtan atıb: “Onlar guya Arif Alışanovun özünün olduğu və sürücüsünün idarə etdiyi avtomaşının baqaj hissəsində qız meyitinin olmasını göstərməklə, bu günə qədər ictimaiyyəti çaşdıraraq, Arif Alışanova qarşı heç bir sui-qəsdin törətməsinə cəhd etmədiyini israrla bildirir. Əvvəlki keçirilən məhkəmə iclaslarında zərərçəkmiş şəxslər və şahidlər dindirilmədiyindən, biz indiyə qədər Şücayət Əkbərovun Arif Alışanova qarşı irəli sürülən və əsassız olan ağır ittihamları ilə bağlı fikir bildirməmişdik. Əslində, Şücayət Əkbərovun əsassız ittihamlarına münasibətimizi iş üzrə sübutlar araşdırıldıqdan sonra məhkəmə çıxışında bildirmək istəsək də, hazırda məcburiyyət qarşısında qalaraq bu vəsatətlə məhkəməyə müraciət edirik. Əfsuslar olsun ki, məhkəmə iclasında iştirak edən KİV nümayəndələri dəfələrlə özlərinin dərc etdikləri yazılarda Şücayət Əkbərovun əsassız və ağır olan ittihamlarını qeyd etməklə, ictimaiyyətdə yanlış fikir yaratmaq istəyirlər. Halbuki, iş üzrə dinidirilmiş şahidlərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olan Rövşən Camalovun birbaşa hadisələrin şahidi olmuş Müsabi Namazovla bağlı verdiyi ifadəsi dərc edilmiş yazılarda geniş şəkildə öz əksini tapmayıb”.

Vəkil qeyd edib ki, heç bir dəlil və sübut olmadan bir şəxsi xüsusilə ağır cinayətin törədilməsində ittiham edilməsi və bu məlumatların artıq KİV-də geniş şəkildə yayılması, Şücayət Əkbərovun CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas ola bilər : "Göstərilənləri nəzərə alaraq, məhkəmədən xahiş edirik ki, şər və böhtan xarakterli çıxışların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görəsiniz”

Proses iyunun 29-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az