ABŞ prezidenti Donald Tramp Venesuelada keçirilən və prezident Nikolas Maduronun növbəti qələbəsi ilə nəticələnən (rəsmi məlumatlara əsasən) seçkilərdən sonra bu ölkənin hakimiyyətini ölkədə “azad və ədalətli seçkilər” keçirməyə çağırıb
“Biz Maduro rejimini demokratiyanı bərpa etməyə, azad və ədalətli seçkilər keçirməyə, bütün siyasi məhbusları dərhal azad etməyə, habelə repressiyalara və Venesuela xalqını istismar etməyə son verməyə çağırırıq”-Trampın Ağ evdən yayılan rəsmi bəyanatında bildirilir.
Bundan əvvəl Tramp Venesuelada seçkilərin saxtalaşdırılmasına cavab olaraq bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib, Venesuela dövlət borclarının alınıb-satılmasına qadağa qoyub.
Ötən bazar günü keçirilən seçkilərdə Maduro 68 faiz səslə qalib elan edilib, müxalifətin namizədi Enri Falkon seçkilərin nəticələrini tanımaqdan imtina edib.
Seçkilər Venesuelada bir neçə ildir hökm sürən ağır sosial-iqtisadi vəziyyət, hiperinflyasiya və ərzaq qıtlığı, aclıq və səfalət şəraitində keçirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...