• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Şikayətçi: “Məhkəmə məndən xəbərsiz torpağım barədə qərar çıxarıb”

15:38 17.05.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Sənəd, sübut var, ancaq baxan yoxdur”

“2004-cü ildə İmişli rayon İcra Hakimiyyətinə müraciət etdim. Onlar mənə qum-çınqıl istehsalı üçün 3 hektar torpaq sahəsi ayırdılar. Ancaq bu gün torpağımdan təyinatı üzrə istifadə edə bilmirəm. Qalmışam məhkəmələrdə, idarə qapılarında”.

İmişli sakini Ramiz Hümbətov belə deyir. O, Meydan TV-yə bildirib ki, cəmi 2 il, 2006-cı ilədək torpaq sahəsindən istifadə edə bilib. Bundan sonra “Bəhrəmtəpə Tikinti Materialları” Açıq Səhmdar Cəmiyyətinin sədri məhkəmədə iddia qaldırıb ki, İmişli Rayon İcra Hakimiyyəti onun torpaq sahəsini başqa şəxsə, yəni Ramiz Hümbətova verib:

“Odur ki, həmin sərəncamın ləğv edilməsini, mənim ərazidən çıxarılmağımı istəyib. Şirvan İqtisad Məhkəməsinin o zamankı sədri Elçin Qazımov şirkətin iddiasını təmin edib. Üstəlik, bunu edərkən mənə heç bir məlumat verilməyib. Mən heç səlahiyyətimə verilən torpaqla bağlı məhkəmə iddiası qaldırıldığını da bilməmişəm. Bir də məktub aldım ki, torpaq əlimdən çıxıb. Məntiqlə bir məhkəmə iddia ərizəsi qəbul edirsə, bunu hərtərəfli araşdırmalıdır. Yəni, mənə də məlumat verməli idi. Həm məlumat almamışam, həm də olan-qalan işim də əlimdən çıxıb”.



Məhkəmə haqsız qərar qəbul edibsə, necə?

Ramiz Hümbətov Ədliyyə Nazirliyindən tutmuş, prezidentə, Baş nazirə, Milli Məclisə, bir sözlə, əli çatan bütün orqanlara məktub göndərib, qəbullarında olub. Deyir, haqlıykən haqsız duruma düşüb, şikayətinə baxan yoxdur:

“Hamı bir sözlə deyir ki, məhkəmənin qərarı əleyhinə hərəkət edə bilməzlər. Bəs məhkəmə haqsız qərar qəbul edibsə, necə? Dövlət Torpaq Komitəsindən gedib çıxarış almışam. Həmin ərazi Bəhrəmtəpə Tikinti Materialları ASC-nin balansında deyil, olmayıb. Sənədi götürüb apelyasiya şikayəti verdim. Hakim sənədə yox, mənim üzümə baxırdı. Nəticədə əvvəlki qərarı qüvvədə saxladı”.



Sənəd, sübut var, ancaq baxan yoxdur

Şikayətçi deyir ki, əlində 2004-cü ildə İmişli Rayon İcra Hakimiyyətinin dövlət fonduna aid torpaqdan rəhbəri olduğu “Şəxrux” kiçik müəssisəsinə qum və çınqıl məhsullarının istehsalı üçün 3 hektar sahə ayırması ilə bağlı sənədi də var:

“Nə olsun e, sənəd, sübut var, ancaq baxan yoxdur. Mən illərdir həmin ərazi ilə bağlı bir çox araşdırma aparmışam. Məlum olub ki, həmin yeri ötən əsrin 70-ci illərində Geologiya İnstitutu sənaye ehtiyatı aşkar edilmiş ərazilərə aid edib. Hazırda isə ərazidə digər özəl təşkilatlar da qeyri-filiz materiallarının istehsalı ilə məşğul olur. Lakin iddia yalnız onun müəssisəsinə qarşı qaldırılıb”.

Azərmelorasiya Sutikinti Baş İdarəsinin 1976-cı ildə tikdiyi Bəhrəmtəpə qum-çınqıl karxanası sonralar “Azərsutikinti” Dövlət Konserninin tabeliyinə keçib. 2001-ci ildə onun bazasında “Bəhrəmtəpə Tikinti Materialları” ASC yaradılıb. Çek auksionlarında satışa çıxarılarkən cəmiyyətin torpaq sahəsinin 112 160 kv.m., başqa sözlə, 11,2 hektar olduğu qeyd edilib. Müəssisə yalnız torpaq sahəsi üzərində olan əmlakı özəlləşdirib.

Ramiz Hümbətovda olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun imzaladığı 15.01.2010-cu il tarixli məktubda qeyd edilir ki, “Bəhrəmtəpə Tikinti Materialları” ASC ilə “Şəxrux” kiçik müəssisəsinə ayrılan 11,5 ha və 3 ha torpaq sahələri bir-birindən aralı olmaqla, əvvəllər sənaye ehtiyatı müəyyən edilmiş 117 ha dövlət fondu torpağı daxilindədir.

“Bəhrəmtəpə Tikinti Materialları” ASC İmişli rayon şöbəsinin 17.11.2009-cu il tarixində məhkəməyə göndərdiyi məktubda isə deyilir ki, birinciyə 117 ha torpaq sahəsi verilib, ikincinin 3 ha sahəsi elə onun daxilindədir.



Mübahisənin kökü 1976-cı ilə dayanır

R.Hümbətov sual edir: Necə olur, məhkəmələr Komitə sədrinin yox, şöbə müdirinin arayışına inanır? O, araşdırmalardan sonra mübahisənin kökünün 1976-cı ilə dayandığını bilib. Deyir, o zaman İmişli rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi torpaq sahəsinin ayrılması barədə qərar verib:

“Bu sənədi İmişli Dövlət Arxivindən tapmışam. Sənəddə deyilir ki, Azərbaycan Baş Geologiya İnstitutu tərəfindən dövlət fond torpağının 117 hektarında müəyyənləşdirilmiş qum-çınqıl ehtiyatından Azərmelorasiya Sutikinti Baş İdarəsinin istifadə etməsi məqsədəuyğun hesab edilir. Bundan əlavə, qum-çınqıl karxanası, dəmir-beton zavodu və digər mədəni-məişət binalarının yerləşməsi üçün həmin dövlət fond torpağından 11,5 hektar ayrılması məqsədəuyğun hesab edilib. Sonda isə Azərbaycan SSR Nazirlər Sovetindən qərarın təsdiqi xahiş edilir”.

Hakimlər ya savadsızdır, ya da rüşvət alıblar

Şikayətçi deyir ki, bu sənəddə Nazirlər Sovetinin qərarı təsdiq edib-etməməsi məlum deyil. Odur ki, o, bunu dəqiqləşdirmək üçün Nazirlər Kabinetinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və başqa orqanlara çoxsaylı sorğular göndərib, lakin cavab ala bilməyib.

“Məncə, sonrakı illər qərar təsdiqlənib. Qərarda 117 hektar dövlət fond torpağında sənaye ehtiyatının müəyyən edilməsi və ondan Azərmelorasiya Sutikinti Baş İdarəsinin istifadəsinin məqsədəuyğun olduğu qeyd edilsə də, sözügedən quruma bu sahənin hamısı yox, onun 11,5 hektarı ayrılıb. Amma Ali Məhkəmənin İqtisadi Mübahisələrə Dair İşlər üzrə Məhkəmə Kollegiyasının 17 mart 2010-cu il tarixli qərarında sübut görün necə saxtalaşdırılıb. İşdə olan İmişli rayon ZDS İK-ın qərarından görünür ki, Azərmelorasiya Sutikinti Baş İdarəsinə dövlət fond torpaqlarından 117 ha torpaq sahəsi ayrılıb. Bu, ya hakimlərin savadsızlığından irəli gəlib, ya da rüşvət qarşılığında olub”.

İmişli Rayon İcra Hakimiyyətindən isə Meydan TV-nin sorğusuna cavab olaraq bildiriblər ki, Ramiz Hümbətovun şikayəti illərdir davam edir:

“Xəbərdarıq, ancaq iş məhkəməyə gedib. Ondan böyük instansiya yoxdur. Məhkəmə nə qərar qəbul edibsə, odur”.

“Bəhrəmtəpə Tikinti Materialları” ASC-nin direktoru Nakim Şərifov isə sualları cavablandırmaq istəmədi.

Səsimi eşidən yoxdur

R.Hümbətov deyir, günahın ən böyüyü məhkəmələrindir ki, işə yetərsiz sənədlərlə baxıblar:

“Problemi tam araşdırmayıblar. Mən təkcə, texniki şərti icra etmək üçün dövlət büdcəsinə 12 min dollar vəsait ödəmişəm. Ümumi isə 20 min dollara yaxın xərcim çıxıb. 2009-cu ildən bu yana aldığım mənəvi ziyanı isə, ümumiyyətlə, demirəm. Mən nə edim, bu ölkənin yiyəsi yoxdur? Kimə, hara müraciət edim? Göz görə-görə haqsızlığa uğramışam, səsimi eşidən yoxdur”.

Etiket:

Digər xəbərlər

Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az