• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 11 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Dünya

Trampın oğlunun istintaqa ifadəsi: “Atam Emini Floridaya qolf oynamağa dəvət etdi, orada...”

12:03 17.05.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Ötən gün ABŞ Senatının hüquq komitəsi prezident Donald Trampın oğlunun və köməkçilərinin 2016-cı il iyunun 9-da Nyu-Yorkdakı “Trump Tower”də rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşünə dair istintaqın materiallarını yayıb

Virtualaz.org xəbər verir ki, 2500 səhifədən çox olan istintaq materiallarında həmin görüşün bir sıra iştirakçılarının, o cümlədən Trampın oğlunun ifadələri yer alır.

Həmin görüş Donald Trampın yaxın ətrafının Rusiya ilə gizli işbirliyinin mərkəzi epizodlarından biridir. Əgər xüsusi prokuror Robert Müller Trampın qərargahının Moskva ilə gizli sövdələşməsinə dair rəsmi ittiham irəli sürsə o zaman Veselnitski ilə görüş ittiham aktında əsas yerlərdən birini tutmalıdır.

Amerika KİV-ləri həmin istintaq materiallarından Trampın oğlunun 232 səhifəlik ifadəsinə geniş yer ayırır. Oğul Donald dinləmələrə eyni zamanda üç vəkilin müşaiyəti ilə qatılıb və ifadəsinə əvvəlcədən hazırlanmış yazılı bəyanatını oxuyaraq başlayıb. Bildirib ki, 2002-2013-cü illərdə “Trump Organization” “Kainat gözəli” müsabiqəsinin keçirilməsi hüququna malik idi və atasının 2013-cü ildə Moskvaya səfəri də bu müsabiqə ilə bağlı olub.



Orada Tramp müğənni Emin Ağalarovla və atası, milyarder Araz Ağalarovla tanış olub. Bundan sonra Tramp Ağalarovun “Crocus Group” şirkəti ilə Moskvada daşınmaz əmlak layihələrinə dair danışıqlara girib, amma bu danışıqlar nəticəsiz bitib.

Oğul Tramp deyib ki, onun özü həmin vaxt atası ilə birlikdə Moskvaya getməyib, amma əvvəllər Rusiya paytaxtında olub. Müsabiqədən sonra atası Emini Floridadakı qolf-klubda keçirilən turnirə dəvət edib və orada Trampın oğlu müğənni ilə, habelə onun promouteri Rob Qoldstounla tanış olub. Qoldstoun sonradan Tramp praymerizlərdə  qələbə münasibətilə  hərdən e-maillə təbrik edib, bir dəfə isə Trampın oğlunu Eminin Nyu-Yorkdakı konsertinə dəvət edib.

Trampın oğlunun ifadəsinə görə 2016-cı il iyunun 3-də o, Qoldstoundan e-mail alıb, orada deyilirdi ki, “bir nəfərin əlində Hillari Klintonu və onun Rusiya ilə münasibətlərini ifşa edən, Trampın qərargahının işinə yaraya biləcək” sənədlər və informasiyalar var.



“Mən buna skeptik yanaşdım. Çünki Qoldstounu Eminin kifayət qədər koloritli promouteri kimi tanıyırdım. Ona görə də anlaya bilmədim ki, Qoldstounun dedikləri nə dərəcədə ciddidir. Sonradan görüşdə heç bir faydalı informasiya ala bilmədiyimizə görə bu məsələdə haqlı olduğum təsdiqləndi”-Trampın oğlu bildirib.

Oğul Donald ifadəsində bildirir ki, Qoldstoun ona Rusiya tərəfdən görüşdə kimlərin iştirak edəcəyi barədə siyahı təqdim edəcəyini demişdi, amma belə siyahı göndərilməyib. Trampın oğlu isə əvvəlcədən bildirib ki, özü ilə görüşə Cared Kuşneri (Trampın kürəkəni) və seçki qəargahının rəhbəri Pol Manafortu gətirəcək.

Həmin gün Qoldstoun Trampın kontoruna vəkil Veselnitskayanın müşaiyəti ilə daxil olur. Onunla birlikdə sonradan Trampa İrakli Kavaladze kimi təqdim olunan tərcüməçi də görüşdə iştirak edir. Bir neçə dəqiqə sonra görüşün keçirildiyi konfrans zalına Kuşner və Manafort daxil olurlar, onlar görüşün məzmunu qeydə alırlar.

Görüşdə rusiyalı vəkil əvvəlcə Rusiya ilə bağlı olan və Hillari Klintonun kampaniyasını maliyyələşdirən amerikalı biznesmenlər barədə danışıb. “Mənə başa düşmək çox çətin idi ki, o nə deyir və nədən bunları danışır”-Trampın oğlu deyir.



Onun ifadəsinə əsasən vəkil tez mövzunu dəyişib və rusiyalı uşaqların Amerikada övladlığa götürülməsi məsələsindən, habelə “Maqnitski aktı”ından danışıb. “O vaxta qədər mən “Maqnitski aktı” barədə eşitməmişdim və bu məsələ ilə tanış deyildim. Görüşə də bunun üçün getməmişdim”-Trampın oğlu deyir.

Kuşner zalı tərk edəndən sonra Trampın oğlu da Veselnitskayaya nəzakətlə görüşün başa çatdığını bildirib, deyib ki, atası fərdi şəxsdir və bu mövzularla bağlı diskussiyalar aparması faydasızdır. Qonaq ona təşəkkür edib və zaldan çıxıb. Trampın oğlu onun zalda hansısa sənəd qoyub-qoymadığını xatırlamır.

Qoldstoun isə ifadəsində bildirib ki, həmin görüş Emin Ağalarovun təşəbbüsü ilə təşkil edilmişdi. Hansı ki, Emin israrla ona Hillari Klinton barədə kompromatların olduğunu demişdi. Qoldstounun dediyinə görə o, Emini belə görüşün arzulunmaz nəticələr doğura biləcəyi haqda xəbərdar edib. Amma Emin bildirib ki, bunun heç bir önəmi yoxdur: “Sən sadəcə olaraq bu görüşü təşkil etməlisən”.

İstintaqda Trampın oğlunun Qoldstounla elektron yazışmaları da əksini tapıb. Orada oğul Donald bildirir ki, əgər rusiyalı vəkil Hillari Klinton barədə kompromatlar təqdim etsə bu əla olardı. Məhz bu cavab Trampın oğlunun Rusiyadan kömək qəbul etməyə hazır olmasının sübutu hesab edilir...



Etiket:

Digər xəbərlər

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az