• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

“Koroğlu” MMC-də işçilərə dəhşətli işgəncə verilir!- Faktlar

12:12 14.05.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Şirkətdə borc bataqlığına salınan işçini soyunduraraq videosunu çəkiblər

Dözməyib intihar edənlər var.

İctimai vəkil Samir Zeynalov “Koroğlu” MMC-də baş verən cinayət xarakterli işlərlə, habelə digər qanunsuzluqlarla bağlı geniş məlumat verib. Onu dinlədikcə göz önünə Eldar Mahmudovun rəhbərlik etdiyi “MTN çetesi”nin vaxtı ilə törətdiyi qanunsuzluqlar göz önünə gəlir. 

Samir Zeynalov deyir ki, şirkətdə adam oğurluğu, işçilərin qanunsuz azadlıqdan məhrum edilməsi, iplə boğma, vəhşicəsinə döymə kimi hallar adiləşib. İşçilərə qarşı cinayətlər araşdırılmır deyə hər dəfə daha geniş miqyaslı qanunsuzluqlar baş verir.

1521477131_f7b4f96f-99c4-4af6-bf2f-7ce0eb440d16

Samir Zeynalov bildirir: “İctimaiyyət nümayəndələrimiz, QHT mənsublarımız və səlahiyyətli dövlət mənsublarımız uzun müddətdir ki, ölkəmizdə reketçiliyi, qanunsuzluqları və anti-sosial əməli fəaliyyəti ilə nüfuz qazanan ”Koroğlu” MMC şirkəti haqda səslənən təkzib olunmaz faktlarla tanış olmaqdadırlar. Buna baxmayaraq dövlət və cəmiyyət adına hədsiz zərər vuran əməllərə birbaşa sahiblənən “Koroğlu” MMC barəsində qanuna müvafiq tədbirlərin görülməsi bilinməyən səbəblərdən dolayı bu günə qədər gecikir.

Qeyd edim ki, bu şirkət məhkəmə-hüquq işləri üzrə tarixi-praktikada ən çox adı hallanan şirkətdir. 1992-ci ildə təsis olunan “Koroğlu” MMC ölkəmizə qənnadı məmulatlarının idxalı, müxtəlif adlar və çeşidlər üzrə istehsalı ilə məşğuldur. Şirkətin hazırkı icraçı direktoru Rəşad Əliyevdir. Bundan əvvəl isə hazırkı vəzifəni “Koroğlu” MMC-nin neqativ fəaliyyəti ilə bağlı ən çox adı hallanan Rəşad Əliyevin əmisi Tahir Əliyev icra edirdi. Şirkət şəbəkə marketlər, kiçik sahibkarlıq üzrə fəaliyyət göstərən mağazalara və digər istehlakçı sifariş subyetlərinə ölkəyə idxal etdiyi və istehsal etdiyi məhsulların dağıtımını həyata keçirir. Şirkət birmənalı olaraq marketinq prinsipi ilə məhsullarının satışını gerçəkləşdirmir. İstehlak bazarında qənnadı məmulatlarına hər zaman tələbatın olduğunu nəzərə almaqla məhsulları məcburi olaraq ticarət nümayəndələrinin adına buraxılır. Hər bir vətəndaş ticarət nümayəndəsi işinə qəbul olunarkən aylıq nəzərdə tutulan plan-limiti təmin etmə kimi öhdəliyə yiyələnir.

Belə ki, bir işçinin adına aylıq məcburi olaraq çıxan 10-20 min manatlıq malların satışından həmin işçilərə maaş olaraq həmin malların maliyyə dəyərinin 16-20 faizi miqdarında nominal əmək haqqı ödənilir. Real əmək haqqı isə bağlanılan əmək müqaviləsinə görə ənənəvi olaraq minimum əmək haqqından cüzi miqdarda yüksək olmaqla – 177, 180 AZN civarında göstərilir(vergidən yayınma). Qeyd edim ki, ticarət nümayəndələrinin adına çıxan malların satışı gerçəkləşmədikdə, həmin malların son istifadə tarixinin bitməsinə görə külli miqdarda şirkətə qaytarılması səbəbindən bu mıhsulların maliyyə dəyərinin 90 faizi həcmində işçilərə cərimə tətbiq edilir. Həmin andan etibarən cərimə sanksiyasına məruz qalmış işçilər “Koroğlu” MMC rəhbərliyinin ağır borc köləliyi altında çalışmağa ya məhkum olurlar, ya da adlarına yazılmış cərimə borclarını ödəməyə məcbur olurlar”.

Onun sözlərinə görə, nəticə etibarı ilə şirkət rəhbərliyi hər bir halda özünü sığorta etməklə bərabər, öz işçisinə və cəmiyyətə misilsiz maddi-mənəvi zərər vurur: “Bu barədə daha dəqiq olaraq analoji faktlara diqqət yetirməkdə fayda var: Şirkətin keçmiş ticarət nümayəndəsi Namiq Məmmədov bildirir ki, 2010-cu ilin avqustunda o, şirkətin Sabunçu rayonunda yerləşən ofisinə çağırılıb (metronun ”Koroğlu” stansiyası və “Bakıxanov” qəsəbəsi arasındakı yol). Orada icraçı direktor Tahir Əliyevin iştirakı ilə ondan firmaya 20 min manat borcunu ödəməyi tələb ediblər. O, borcu olduğunu etiraf etməkdən imtina etdikdə amansızcasına döyülüb. Sonra onu şirkətin hüquq şöbəsinin rəhbəri kimi adı keçən Emin Babaşovun başçılığı altında çılpaq soyunduraraq kamera ilə çəkiblər və müəssisə əməkdaşları arasında həmin videonu yayıblar. Bundan sonra ağır vəziyyətdə olan Məmmədovu məhsul verdiyi mağazalardan pul toplamaq üçün Şirvan şəhərinə aparıblar. Növbəti gün onu yenidən şirkətin ofisinə çağırıblar, yenidən döyüblər və çəkilmiş kadrları internetdə yayacaqları ilə hədələyiblər. Bundan sonra Məmmədov borcunu etiraf etməsi barədə kağız imzalayıb. İndi onu təqib edərək pulları tələb edirlər.

“Koroğlu”da vəhşicəsinə döyülən işçiyə həkimlər beyin və daxili orqanlarının zədələnməsi diaqnozu qoyub!

Tusi adına klinikanın həkimləri tərəfindən beyni və daxili orqanlarının zədələndiyi təsdiq olunmuş Namiq Məmmədov Türkiyəyə qaçmaq məcburiyyətində qalıb.

Namiq Məmmədovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət etməkdən qorxurdular. Belə ki, “Koroğlu” MMC onları müxtəlif dövlət orqanlarında yüksək vəzifəli himayədarları olduğu ilə hədələyirdi. Yalnız bu ilin aprelində ölkə rəhbərliyinin korrupsiyaya qarşı mübarizə elan etməsindən sonra Namiq Məmmədovun anası Südabə Məmmədova oğlunun başına gələnlər barədə mətbuata danışmağı qərara alıb. DİN rəhbərliyi buna reaksiya verib və Sabunçu polisinə faktları araşdırmağı tapşırıb. Lakin 12-ci polis bölməsi zərərçəkmişin şikayətinin olmadığını əsas gətirərək, cinayət işi başlamayıb. Qeyd edim ki, hüquq-mühafizə orqanlarına bəlli olan ağır cinayət işləri üzrə zərərçəkmiş şəxsin şikayət ərizəsinə ehtiyac duyulmur. Belə ki, şirkət rəhbərliyi tərəfindən insan oğurluğu, hədələmə, döymə, hədə-qorxu və işgəncə yolu ilə pul tələb etmə, qanunsuz həbsdə saxlamaq kimi bir sıra ağır cinayətlər törədilib”.

İşçini vəhşicəsinə döyüb atasını girov götürüblər!

Şirkətin digər keçmiş əməkdaşı Elgün Teymurov da analoji səbəblərlə döyüldüyünü qeyd edir. Bundan başqa, onun atasını bir müddət girov kimi şirkətdə saxlayıblar. Şirkətin daha bir əməkdaşı Mirrəhim Qənizadənin də atasının və əmisi oğlunun başına eyni oyun açılıb. Qənizadə öz avtomobilini şirkətin “cəza qrupunun” üzvlərindən birinin adına keçirdikdən sonra onları buraxıblar.

“Koroğlu”da işgəncə otağı var!

O, digər əməkdaşların bütün kollektivin gözü qarşısında döyülməsinin və təhqir edilməsinin şahidi olduğunu təsdiq edib. Qənizadənin sözlərinə görə, ofisdə insanların girov saxlanılması və döyülməsi üçün istifadə olunan xüsusi otaqlar var.

Şirkətin keçmiş əməkdaşı Vəkil Quliyevin də paltarlarını soyundurub videoya çəkiblər: “Şirkətin rəhbəri Tahir Əliyev gəlib istehza ilə deyib ki, Prezident Administrasiyasında da, prokurorluqda da mənim adamlarım var, istədiyim adamın başına oyun açaram. Polisə getsəniz, onları da susduracağıq”.

Şikayətçi deyir ki, “Koroglu” MMC-nin rəhbəri Tahir Əliyev dəfələrlə iclas keçirərək işçiləri təhdid edib: O deyib ki, “kimin pulu mənim pulumdan çoxdur? Kim bizdən böyükdür? Bu ölkəni idarə edən qollardanıq. Özünüzü yığışdırın, çaşmayın”.

işkence ile ilgili görsel sonucu

“Gördüm ki, Saleh adlı iş yoldaşımın boğazına ip keçirib sürüyürlər”
Şirkətin keçmiş əməkdaşı Arif Əliyev deyib ki, işgəncə halları “Koroğlu” şirkətində artıq normaya çevrilib: ‘’Mən uzun zaman orda işləmişəm. Bir dəfə öz gözlərimlə gördüm ki, Saleh adlı iş yoldaşımın boğazına ip keçirib sürüyürlər. Pilləkəndən sürüyə-sürüyə yuxarı qaldırdılar. Saleh huşun itirdi. Tahir Əliyev özü gəlib Salehin dilini çölə çıxarıb qucagına alıb apardı. Çünki qorxurdular ki, ölüb üstlərində qalar. Şirkət “vorzakon”luqla məşğuldur. Müəyyən nüfuzlu şəxslərin adını hallandırır və əllərindən nə gəlirsə edirlər. Balalarımın canına and olsun, şirkətdə işləyənlərin hamısının bütün məsələlərdən xəbəri var”.

“Get, kimə istəyirsən şikayət elə, arxamda general dayanıb!”

Şirkətin digər keçmiş və həbs edilən əməkdaşı Fuad Əzimovun anası Zöhrə Əzimova isə təşkil etdiyi mətbuat konfransında qeyd edib ki, MMC rəhbəri T.Əliyev oğluna vaxtı keçmiş mal yollayıb və buna görə ondan 780 min manat pul tələb edib. T.Əliyevdən şikayət edəndə isə “Get, kimə istəyirsən şikayət elə, arxamda general dayanıb” sözlərini eşidib.

Şirkətin keçmiş əməkdaşı Asif Rəhimovu da analoji qondarma ittihamlara və bərbad, qanunsuz iş sisteminə görə döyüb evinin kupçasını əlindən alıblar.

“Koroğlu” saxta qaimə-fakturalarla külli miqdarda vergidən yayınır”

Şirkətin keçmiş əməkdaşı Rauf Əliyev 5 il əvvəl – 2013-cü ildə “Koroğlu” MMC-nin direktoru Tahir Əliyevin idarəetmə sisteminə etiraz olaraq şirkətdə tutduğu yüksək vəzifədən imtina edərək ayrılıb. Bundan sonra Tahir Əliyev dəfələrlə onu şirkətə qaytarmaq istəyib. Rauf Əliyev rəsmi olaraq əmək kitabçasına qeyd olunmaqla 01.02.2013-cü il tarixdə işdən ayrılıb. Buna baxmayaraq o gündən sonra yenə də onun adına şirkətdən qənnadı məmulatlarının müstəqil istiqamətdə çıxışı həyata keçirilib. Şirkətə yenidən qayıtdıqdan sonra məsələni aydınlaşdırıb, buna etirazını bildirib. Məlum olub ki, işdən uzaqlaşdığı müddət ərzində adına qeyri-qanuni olaraq 134 min 471 manat həddində mal buraxılıb. Həmin vəsaitin 25 min manatı naməlum formada mənimsənilib.

Rauf Əliyev apardığı araşdırma zamanı müəyyən edib ki, şirkət daxilində 93 min 184 manat 81 qəpik kəsir var. Bu haqda hesabat hazırlayıb Tahir Əliyevə təqdim edib. Elə bundan sonra da Rauf Əliyevin qara günləri başlayıb. Həmin kəsiri dolayısı ilə elə onun özünün “ayağına” yazıblar. Bakı Ağır Cinayətlər Məhkəməsində “Koroğlu” MMC-nin işçisi Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir. Cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. Rauf Əliyev şirkətin 120 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur.Ona qarşı irəli sürülən ittiham isə heç bir sübuta malik olmamaqla bərabər, bumeranq xarakterlidir. Belə ki, “Koroğlu” MMC-in ittiham üzrə istifadə edilən saxta qaimə-fakturalar külli miqdarda vergidən yayınma faktıdır.

Samir Zeynalov bildirir ki,  “Koroğlu” MMC-nin apardığı qanunsuzluqlara, özbaşınalıq hərəkətlərinə dözməyərək, intihar etmiş şəxslər də çox təəssüflər olsun ki, mövcuddur: “Həmin şəxslərin də adlarını təqdim edirəm:

 İsmayıllı rayonu Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü Tofiq Adıgözəlov ( İntihar tarixi 14.05.2014).

Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Xəyyam Vüsal oğlu Nağıyev (İntihar tarixi 05.12.2011).

Göründüyü kimi, “Koroğlu” MMC-nin rəhbərlik səviyyəsində neqativ təmayüllü uzun tarixi əhatə edən əməlləri mütəşəkkil cinayətkar dəstənin fəaliyyəti haqqında real təsəvvür yaradır. Nəticə etibarı ilə onu da qeyd edim ki, “Koroğlu” MMC tərəfindən istehlaka təqdim edilən mallar külli miqdarda son istifadə müddətləri bitməsinə rəğmən belə müəssisədə yenidən qablaşdırılaraq istehlaka təqdim edilir. Bununla da ölkə miqyasında görünməmiş antimilli, antisosial, xəyanət tərkibli əməllərə imza atılır”(musavat.com).

Qeyd: Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Etiket:

Digər xəbərlər

Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az